SİYASƏT
2 dəqiqə oxuma
Prezident L.Silva İsrailin Braziliyada yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etməyib
İsrail rəhbərliyi öz növbəsində Braziliya prezidenti Lula da Silvanı “persona non qrate” elan edib
Prezident L.Silva İsrailin Braziliyada yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etməyib
Lula da Silva / AP

İsrail mediasının məlumatına görə, Braziliyanın yeni təyin olunan İsrail səfirinin etimadnaməsini qəbul etməməsi iki ölkə arasındaki diplomatik münasibətlərin səviyyəsini aşağı salıb. Buna qarşılıq olaraq İsrail tərəfi də Braziliya prezidenti Lula da Silvanı “persona non qrate” (arzuolunmaz şəxs) elan edib. Tərəflər arası münasibətin bu səviyyədə ilərləməsi iki ölkə arasında diplomatik böhranı daha da dərinləşdirib.

Avqustun 25-də Lula da Silva İsrailin keçmiş Kolumbiya səfiri Qali Daqanın Braziliyada yeni səfir təyin olunmasını rədd etdiyi üçün bu vəzifə hazırda boş qalıb.

Məsələ ilə bağlı İsrail Xarici İşlər Nazirliyi bəyanat yayıb: “Braziliyanın qeyri-adi şəkildə səfir Q.Daqanın etimadnamə tələbinə cavab verməkdən yayınması üzərinə İsrail bu müraciəti geri çəkib və iki ölkə arasındakı münasibətlər bundan sonra daha aşağı diplomatik səviyyədə aparılacaq”.

Xatırladaq ki, Braziliya ötən il Qəzzada baş verən qətliamlar səbəbindən İsraildəki səfirini geri çağırmış, yerinə yeni təyinat verməmişdi. Cavab olaraq İsrail Lula da Silvanı “arzuolunmaz şəxs” elan etmişdi.

Lula da Silva İsrailin Qəzzadakı hərbi əməliyyatlarını nasistlərin cinayətləri ilə müqayisə edərək demişdi: “Qəzzada baş verənlər müharibə deyil. Bu, soyqırımdır. Bu, əsgərlərin bir-biri ilə döyüşü deyil; bu, təlim keçmiş ordunun qadınlara və uşaqlara qarşı müharibəsidir”.

Bu son hadisədən sonra avqustun 25-də İsrail Lula da Silvanın “arzuolunmaz şəxs” statusunu bir daha təsdiqləyib. Braziliya isə 2023-cü ildə İsrailin Qəzzadakı soyqırımına qarşı açıq şəkildə Fələstinə dəstəyini bəyan edib.

İyul ayında Braziliya Cənubi Afrikanın İsrailə qarşı Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı soyqırım iddiasına qoşulacağını açıqlamışdı. Qeyd edək ki, Braziliya 2010-cu il 5 dekabr tarixində Fələstini 1967 sərhədləri ilə rəsmən tanıyıb.

MƏNBƏ:TRT
Araşdırma
Donald Tramp İrana tətbiq edilən sanksiyaların əsas məqsədini açıqladı
Çin dövlət başçısı Si Cinpin Misirə işgüzar səfər edib
Si Cinpin, V.Putin və N.Modi ŞƏT sammiti üçün Qırğızıstana səfər edəcəklər
M.B.Qalibaf:"Bizim neft sata bilmədiyimiz bir regionda heç kim neft sata bilməyəcək"
Mariya Zaxarova:"Böyük Britaniya və Fransa odla oynayır"
Donald Tramp İranla bağlı paylaşım edib
D. Peskov:"Rusiya öz məqsədlərinə dinc yolla nail olmağa üstünlük verir''
Təzyiqlərə baxmayaraq, Netanyahu qanunsuz məskunlaşmanı genişləndirəcək
İran Prezidenti: "Əsas prinsipimiz problemleri dialoqla həll etməkdir"
Netanyahu İranla diplomatik razılaşma əldə etməyin mümkün olmadığını iddia edib
Tramp administrasiyası miqrant viza müraciətlərini dayandırıb
Ermənistan parlamenti Bakı və Ankara ilə normallaşmanı nəzərdə tutan 5 illik proqramı təsdiqlədi
Rusiya NATO qoşunlarının Ukraynada yerləşdirilməsi məsələsinə etiraz edir
Səudiyyə Ərəbistanı və Fransa Fələstin dövlətinin qurulmasını dəstəklədiklərini bildirdi
N.Paşinyan Ermənistan dəmir yollarının idarəsini Rusiyanın əlindən almaq istəyir
Prezident V.Zelenski müharibə şəraitində seçkilərin keçirilməsinə etiraz edir
Fələstində parlament və prezident seçkiləri keçiriləcək
İsrail ordu rəsmiləri B.Netanyahunun davam edən müharibələrin başa çatmasını istəmədiyini bildirib
Suriya XİN rəhbəri Ə.H.Şeybani Türkiyəni Suriyanın yenidən qurulmasında əsas tərəfdaş adlandırıb
İran Baş Qərargah rəisi: "Düşmənin təhdidlərinə sərt cavab verəcəyik''