"TRT World Forum-2026" noyabrın 6-7-də İstanbul Konqres Mərkəzində təşkil olunacaq. Bu ilki forum "Mərkəzsiz dünya: Qaydalar etibarsız olduqda kim liderlik edir?" mövzusuna həsr edilib.
TRT-nin məlumatına görə, 2017-ci ildən bəri keçirilən tədbirə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da qatılacağı gözlənilir. Forum dünyanın ən aktual problemlərini müzakirə etmək üçün siyasətçiləri, akademikləri, jurnalistləri, sənətçiləri, idmançıları və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirəcək.
Tədbirdə dəyişən qlobal güc balansı ilə yanaşı, süni intellekt, enerji böhranları, beynəlxalq hüquq və iqtisadiyyat kimi strateji mövzular diqqət mərkəzində olacaq. Panellərdə Türkiyənin regionlararası rolundan Yaxın Şərqdəki vəziyyətə, Qəzzadakı humanitar böhrandan Rusiya-Ukrayna müharibəsi və yeni geosiyasi dəhlizlərə qədər geniş spektrli məsələlər ətrafında müzakirələr aparılacaq.
Son 10 ildə 800-dən çox natiqi bir araya gətirən forumda iştirak etmək istəyənlər trtworldforum.com saytı üzərindən qeydiyyatdan keçə bilərlər.























