SİYASƏT
2 dəqiqə oxuma
Qazaxıstan neft terminalına edilən hücuma görə Ukraynanı məsul tutur
Rəsmi Astana bu hadisəni Qazaxıstan–Ukrayna münasibətlərinə zərər vuran bir hərəkət kimi qiymətləndirir
Qazaxıstan neft terminalına edilən hücuma görə Ukraynanı məsul tutur
Qazaxıstan neft terminalına edilən hücuma görə Ukraynanı məsul tutur / Reuters

Qazaxıstan dövləti Ukraynanın noyabrın 29-da Qara dənizdəki bir neft terminalına yönəlik hücumunu rəsmi şəkildə qınayıb. Rəsmi Astana bu hadisəni “qəsdən hücum” kimi xarakterizə edərək, insidentlə bağlı etiraz notası təqdim edib. Bundan əlavə, Ukraynadan gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün təsirli tədbirlər görməsini tələb edib.

Bu barədə Qazaxıstan XİN sözçüsü Aybek Smadiyarov noyabrın 30-da (bu gün) verdiyi açıqlamada bildirib. Onun sözlərinə görə, hücum Rusiyanın cənubundakı Novorossiysk Limanı yaxınlığında “kritik infrastruktur” sayılan və Xəzər Boru Kəməri Konsorsiumuna (CPC) məxsus obyektə istiqamətlənmişdi.

A.Smadiyarov deyib: “Bu hadisə tamamilə mülki xarakter daşıyan və fəaliyyəti beynəlxalq hüquq normaları ilə təminat altına alınmış bir obyektə edilən üçüncü hücum cəhdidir. Bu baş verənləri Qazaxıstan Respublikası ilə Ukrayna arasındakı ikitərəfli münasibətlərə zərər verən bir addım kimi qiymətləndiririk və Ukrayna tərəfinin gələcəkdə belə halların qarşısını almaq üçün təsirli tədbirlər görməsini gözləyirik.”

Qazaxıstanın enerji resurslarının sabit və fasiləsiz tədarükündən yana olduğunu qeyd edən A.Smadiyarov bildirib ki, CPC qlobal enerji sisteminin sabitliyinin təmin edilməsində mühüm rol oynayır.

 

“Qəbuledilməzdir”

Noyabrın 29-da CPC tərəfindən yayılan açıqlamada bildirilib ki, pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirilən hücum nəticəsində terminaldakı yanacaq qurğularından biri zədələnib və Rusiya rəsmilərinin göstərişi ilə yükləmə və digər əməliyyatlar dayandırılıb.

Hücum nəticəsində həm insan itkisinin olmadığı həm də ilkin məlumatlara görə, Qara dənizə neft sızması qeydə alınmayıb.

Qazaxıstan Energetika Nazirliyi də həmin gün bəyanat yayaraq hücumu pisləyib və “tamamilə mülki kritik infrastruktura yönəlmiş bu kimi hərəkətləri qəbuledilməz” adlandırıb. Açıqlamada hücumun kimin tərəfindən törədildiyi barədə məlumat verilməyib.

Rusiya hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib, lakin RİA da daxil olmaqla bir neçə dövlət mediası Novorossiysk Limanındakı terminalın Ukraynanın hücumu nəticəsində zərər gördüyünü yazıb.

Ukrayna rəsmiləri isə nə insident, nə də Qazaxıstanın bəyanatları barədə hələlik şərh verməyiblər.

Qeyd edək ki, CPC tərəfindən idarə olunan 1.500 kilometrlik boru kəməri Qazaxıstanın Xəzər sahilində yerləşən “Tengiz” yatağından çıxarılan nefti Novorossiyskdakı dəniz terminalına nəql edir.

MƏNBƏ:TRT
Araşdırma
Çin dövlət başçısı Si Cinpin Misirə işgüzar səfər edib
Si Cinpin, V.Putin və N.Modi ŞƏT sammiti üçün Qırğızıstana səfər edəcəklər
M.B.Qalibaf:"Bizim neft sata bilmədiyimiz bir regionda heç kim neft sata bilməyəcək"
Mariya Zaxarova:"Böyük Britaniya və Fransa odla oynayır"
Donald Tramp İranla bağlı paylaşım edib
D. Peskov:"Rusiya öz məqsədlərinə dinc yolla nail olmağa üstünlük verir''
Təzyiqlərə baxmayaraq, Netanyahu qanunsuz məskunlaşmanı genişləndirəcək
İran Prezidenti: "Əsas prinsipimiz problemleri dialoqla həll etməkdir"
Netanyahu İranla diplomatik razılaşma əldə etməyin mümkün olmadığını iddia edib
Tramp administrasiyası miqrant viza müraciətlərini dayandırıb
Ermənistan parlamenti Bakı və Ankara ilə normallaşmanı nəzərdə tutan 5 illik proqramı təsdiqlədi
Rusiya NATO qoşunlarının Ukraynada yerləşdirilməsi məsələsinə etiraz edir
Səudiyyə Ərəbistanı və Fransa Fələstin dövlətinin qurulmasını dəstəklədiklərini bildirdi
N.Paşinyan Ermənistan dəmir yollarının idarəsini Rusiyanın əlindən almaq istəyir
Prezident V.Zelenski müharibə şəraitində seçkilərin keçirilməsinə etiraz edir
Fələstində parlament və prezident seçkiləri keçiriləcək
İsrail ordu rəsmiləri B.Netanyahunun davam edən müharibələrin başa çatmasını istəmədiyini bildirib
Suriya XİN rəhbəri Ə.H.Şeybani Türkiyəni Suriyanın yenidən qurulmasında əsas tərəfdaş adlandırıb
İran Baş Qərargah rəisi: "Düşmənin təhdidlərinə sərt cavab verəcəyik''
Ermənistanın yeni 5 illik proqramına Bakı və Ankara ilə normallaşma daxil edilib