DÜNYA
1 dəqiqə oxuma
İsrail işğal altındakı İordan çayının qərb sahilində mülki təyyarəyə atəş açdığını etiraf etdi
İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində uçan mülki təyyarəni pilotsuz uçuş aparatı (PUA) zənn edərək səhvən atəşə tutduğunu etiraf edib
İsrail işğal altındakı İordan çayının qərb sahilində mülki təyyarəyə atəş açdığını etiraf etdi
İsrail işğal altındakı İordan çayının qərb sahilində mülki təyyarəyə atəş açdığını etiraf etdi

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində uçan mülki təyyarəni pilotsuz uçuş aparatı (PUA) zənn edərək səhvən atəşə tutduğunu etiraf edib. İsrail mediasının yaydığı məlumata görə, hadisə mayın 28-də sözügedən təyyarə Tel-Əviv yaxınlığındakı Ben Qurion Beynəlxalq Hava Limanına doğru hərəkət edərkən qeydə alınıb.

“The Times of Israel” qəzetinin məlumatına görə, hərbçilər təyyarəyə atəş açdıqdan sonra ordu hadisə ilə bağlı araşdırmaya başlayıb. İnsident İordan çayının qərb sahilindəki Beyt El bölgəsi yaxınlığında baş verib.

Hadisədən əvvəl yerli sakinlərin bölgədə bir neçə naməlum PUA gördükləri barədə rəsmilərə məlumat verdiyi bildirilir. Bununla əlaqədar ərazidə axtarış aparmaq üçün göndərilən hərbi bölmələrdən biri hava obyektini səhvən düşmən dronu hesab edərək ona atəş açıb. Müəyyən edilib ki, Ben Qurion Hava Limanına eniş edən təyyarələrin uçuş marşrutları şərqə doğru yönləndirildiyi üçün onlar Beyt El rayonu üzərində nisbətən aşağı hündürlükdə uçublar və bu da hərbçilər arasında çaşqınlığa səbəb olub.

Hadisə nəticəsində təyyarəyə heç bir ziyan dəymədiyi və xəsarət alanın olmadığı bildirilsə də, hərbçilər hava gəmisinə qarşı hansı növ silahdan atəş açıldığını dəqiqləşdirməyiblər.

Araşdırma
ABŞ Konqresinin üzvü: "Məkkə Birgə Müdafiə Sazişi Yaxın Şərqin NATO-su olmaq potensialına malikdir"
Nepalda baş verən daşqın fəlakətində itkin düşmüş 5.200-dən çox insan hələ də tapılmayıb
Hudeydədə husilərə aid mühüm mövqelərə zərbələr endirilib
A.Quterreş Qəzza üzrə daimi atəşkəs çağırışı etdi
Moskvaya 650 dronla edilən hücum ölkənin iki ildə məruz qaldığı ən böyük ikinci hücum olub
Fransa miqyasında şagirdlərin etiraz aksiyaları davam edir, ölkə üzrə 500-ə yaxın lisey bağlanıb
Bolqarıstanda bomba həyəcanı yaşanıb
İsrailin Qəzzaya yönəlmiş hücumlarında 800-dən çox fələstinli müəllim həyatını itirib
Rusiyadakı laboratoriya işçisinin şübhəli ölümü panikaya səbəb olub
ABŞ İsrailə əlavə hərbçi və qırıcıların yerləşdirilməsinə hazırlaşır
Genişləyən tələbə etirazları səbəbindən Fransada yüzlərlə lisey bağlanıb
Qəzzalı həkim Əbu Səfiyə Avropa Parlamenti İnsan Hüquqları Mükafatına namizəd göstərilib
İsrailin Qəzzaya son 24 saatda təşkil etdiyi hücumlarda daha 8 nəfər həyatını itirib
Danimarka Soyuq müharibədən bəri ən irimiqyaslı təlimlərə başlayır
Pakistan Əfqanıstana hava hücumları təşkil edib
İraq ölkədəki bütün silahlı qrupların tərksilah edilməsini nəzərdə tutan plan hazırlayır
Suriyada mina partlayışı olub, üç nəfər həyatını itirib
Rusiya Müdafiə Nazirliyi bəyanat yayıb
Suriyanın Hama şəhərində mikroavtobusa hücum nəticəsində 7 nəfər həlak olub
"FlyDubai" təyyarəsi pilotların əlbəyaxa davası səbəbilə Səudiyyə Ərəbistanına təcili eniş edib