Türkiyə Xarici İşlər Nazirliyi İspaniyanın Toledo şəhəri yaxınlığında baş verən qatar qəzası ilə bağlı bəyanat yayıb.
Nazirliyin yaydığı bəyanatda bu ifadələrə yer verilib: "İspaniyanın Toledo şəhəri yaxınlığında baş verən qatar qəzası nəticəsində həyatını itirənlərin ailələrinə və dost İspaniya xalqına dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirik’’.
Bəyanatda həmçinin qeyd olunub ki, ilkin məlumatlara görə, həlak olanlar və yaralananlar arasında Türkiyə vətəndaşları yoxdur. Türkiyənin Madriddəki səfirliyi hadisə ilə bağlı inkişafları diqqətlə izləyir.
Xatırladaq ki, Madrid-Əndəlüs marşrutu üzrə hərəkət edən iki sərnişin qatarının toqquşması nəticəsində 64 nəfər həyatını itirib, çox sayda insan isə yaralanıb. Hadisə ilə əlaqədar Madrid, Sıudad-Real və Əndəlüs istiqamətində qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb.























