TÜRKİYƏ
1 dəqiqə oxuma
Gürcüstanda Türkiyəyə məxsus hərbi yük təyyarəsinin qəzaya uğraması nəticəsində 20 hərbçi şəhid olub
Azərbaycan–Türkiyə istiqamətində uçan C-130 tipli hərbi yük təyyarəsi Azərbaycan–Gürcüstan sərhədi yaxınlığında qəzaya uğrayıb
Gürcüstanda Türkiyəyə məxsus hərbi yük təyyarəsinin qəzaya uğraması nəticəsində 20 hərbçi şəhid olub
Gürcüstanda Türkiyəyə məxsus hərbi yük təyyarəsinin qəzaya uğraması nəticəsində 20 hərbçi şəhid olub / AA

Türkiyə Milli Müdafiə Nazirliyi noyabrın 11-də açıqlama yayaraq bildirib ki, Gürcüstanda baş verən qəza nəticəsində 20 Türkiyə hərbçisi şəhid olub.

Nazirliyin noyabrın 12-də verdiyi son açıqlamada isə qeyd olunub:
“Azərbaycan–Gürcüstan sərhədi yaxınlığında qəzaya uğrayan hərbi yük təyyarəmizin qalıqları ilə bağlı axtarış-xilasetmə və hadisə-araşdırma qrupları Gürcüstan rəsmiləri ilə koordinasiyalı şəkildə saat 06:30-da işə başlayıb.”

Məlumata görə, Türkiyəyə məxsus C-130 tipli hərbi nəqliyyat təyyarəsində 20 hərbçi olub. Təyyarə Azərbaycandan Türkiyəyə qayıdarkən qəzaya uğrayıb.

Müdafiə Nazirliyi şəhid olan 20 hərbçinin adlarını ictimaiyyətə açıqlayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 11-də Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə ayrıca telefon danışığı apararaq davam edən axtarış-xilasetmə əməliyyatları ilə bağlı son məlumatları müzakirə edib.

Paytaxt Ankarada keçirilən tədbirdə çıxış edən Prezident R.T.Ərdoğan şəhidlərin ailələrinə başsağlığı verib.

Qəzanın səbəbi hələlik məlum deyil.

Hadisədən sonra dünyanın bir çox ölkələrindən və dövlət başçılarından Türkiyəyə həmrəylik və başsağlığı mesajları ünvanlanıb.

MƏNBƏ:TRT
Araşdırma
Türkiyədəki ikili vətəndaşlar Bolqarıstandakı seçkilərdə səs verməyə çağırılıb
Rəcəb Tayyib Ərdoğan və Mark Karni birgə mətbuat konfransında çıxış ediblər
Prezident Ərdoğan TDT-nin Baş katibi Ömüralıyevi qəbul edib
7 ölkənin xarici işlər nazirləri İstanbulda görüş keçirəcəklər
İstanbul Hava Limanı "ən yaxşı bağlantı təmin edən hava limanı" mükafatına layiq görüldü
Kanada Baş naziri Mark Karni Türkiyəyə səfər edəcək
Rəcəb Tayyib Ərdoğan və Rumen Radev arasında telefon danışığı olub
Türkiyə və Azərbaycan prezidentləri ikitərəfli münasibətləri və regional prosesləri müzakirə ediblər
Türkiyə, Qətər, İndoneziya və Pakistan arasında hərbi əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
R.T. Ərdoğan Suriya kəşfiyyatını və MİT əməkdaşlarını təbrik edib
M.Çiftçi Brüsseldə keçirilən Türkiyə-Belçika nazirlərinin 4-cü toplantısı haqqında danışıb
"TRT World Forum-2026" noyabrın 6-7-də İstanbulda təşkil olunacaq
Hakan Fidan NATO baş katibi Mark Rutte ilə görüşüb
İstanbul Hava Limanı "dünyanın ən yaxşısı" seçilib
Türkiyə, Qətər, Pakistan və İndoneziya müdafiə sənayesi sazişi imzalayacaqlar
Xarici işlər naziri Hakan Fidan səudiyyəli həmkarı ilə görüşüb
Prezident Ərdoğan: "Ölkəmizi ətrafımızdakı münaqişələrdən uzaq saxladıq"
Türkiyə Dəyanət Vəqfi Kərkükdə ehtiyac sahibi yetimlərə geyim və məktəb ləvazimatı dəstəyi göstərib
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Türkiyə dövləti H.Fidan haqqındakı iddiaları təkzib etdi