DÜNYA
2 dəqiqə oxuma
İsrail mediası: İsrail İranı bombalamağı davam etdirərkən ABŞ-ın da münaqişəyə qoşulacağını gözləyir
İsrail mediası bildirib ki, İsrail ABŞ-ın İrana qarşı davam edən misli görünməmiş hücumlarına qoşulacağını gözləyir.
İsrail mediası: İsrail İranı bombalamağı davam etdirərkən ABŞ-ın da münaqişəyə qoşulacağını gözləyir
İsrail-İran münaqişəsi / Reuters

Yerli medianın məlumatına görə, İsrail rəsmilərindən biri hücumların tək başına İranın Fordo nüvə obyektini dağıda bilməyəcəyini söylədikdə, "Kanal 13" isə Trampın dəyişikliyinin ABŞ-ın müharibəyə girməsi üçün siqnal ola biləcəyinə işarə edib.

İsrail mediası bildirib ki, İsrail ABŞ-ın İrana qarşı davam edən misli görünməmiş hücumlarına qoşulacağını gözləyir.

Adının açıqlanmasını istəməyən yüksək rütbəli İsrail rəsmisi deyib ki, Təl-Əvivdəki qiymətləndirmələr göstərir ki, ABŞ prezidenti Donald Tramp Amerika qüvvələrinin İrana hücumlarda iştirakını təsdiqləyəcək.

“Tramp tamaşaçı deyil, iştirakçı kimi yadda qalmaq istəyəcək”, - deyə rəsmi əlavə edib.

Rəsmi "ABŞ olmadan "Fordo" nüvə obyektlərinə yalnız məhdud zərər verə bilərik" deyib.

İsrailin "Kanal 13" telekanalı qeyd edib ki, Trampın mövqeyini dəyişməsi onun münaqişəyə qatılmaq niyyətində olduğununa işarəsi ola bilər.

Xəbərdə həmçinin İsrailin İranın ən möhkəm və mühüm obyektlərindən biri olan "Fordo" nüvə obyektinə mümkün hücuma hazırlaşdığı bildirilib.

Rəsmilər Fordonun İsrail ordusunun hədəf siyahısında olduğunu və İsrailin nə vaxt zərbə endirəcəyinə qərar verəcəyini qeyd edib.

Bununla belə, rəsmilər ABŞ-ın iştirak etmədiyi təqdirdə hücumun mahiyyətinin daha aşağı olacağını da etiraf ediblər.

Netanyahunun ABŞ-ın rolu üçün təhrik etməsi

İsrailin müdafiə naziri İsrael Katz iyunun 17-də təhlükəsizlik qiymətləndirməsi zamanı məsələyə toxunaraq, bir tərəfdən Baş nazir Benyamin Netanyahu ilə strateji işlər naziri Ron Dermer, digər tərəfdən isə Tramp arasında davam edən birbaşa əlaqəyə diqqət çəkib.

“İsrail Hayom” qəzeti ABŞ-ın münaqişədə iştirakının vacibliyini vurğulayaraq, “İsrail dağda 295 metr dərinlikdə basdırılmış ən kritik nüvə obyekti Fordo istisna olmaqla, İranın nüvə obyektlərinin əksəriyyətini hədəf alıb” deyib.

Xəbərdə qeyd edilib ki, yalnız ABŞ-ın bu cür dərin basdırılmış hədəflərə nüfuz edə və məhv edə bilən B-2 bombardmançı təyyarəsi var.

B-2 həm adi, həm də nüvə silahlarını daşıya bilən uzun mənzilli, çoxməqsədli bombardman qırıcısıdır.

Eyni kontekstdə Netanyahu daha sonra deyib: "Hazırda qarşı-qarşıya olduğumuz təhdid İrandır. Ya biz, ya da onlar".

“Fərqli bir Yaxın Şərq görəcəyik, daha əvvəl görmədiyimiz bir reallıqdır”, - o əlavə edib.

Qeyd edək ki, iyunun 13-də İsrailin mülki, hərbi və nüvə obyektləri də daxil olmaqla İranda bir çox məntəqələrə koordinasiyalı hava hücumları təşkil etməsi və Tehranın cavab zərbələri endirməsi ilə regional gərginlik artmaqdadır.

İran İsrailin hücumu nəticəsində azı 224 nəfərin öldüyünü, 1400-dən çox insanın isə yaralandığını bildirib.

İsrail rəsmiləri o vaxtdan bəri İranın raket zərbələri nəticəsində ən azı 24 nəfərin öldüyünü və yüzlərlə insanın yaralandığını bildirib.

Araşdırma
İndoneziya və Çin xarici işlər nazirləri Cakartada görüşüblər
BMT məruzəçisi fələstinlilərə qarşı hücumlarını davam etdirən İsrailə reaksiya göstərib
Yaponiyada oyun zalını yandıraraq 5 nəfərin ölümünə səbəb olan məhkum edam edildi
İsrail qüvvələri Cenində bir fələstinlini də qətlə yetirib
Nigeriyada qayığın batması nəticəsində 52 nəfər ölüb
Antonio Quterreş Rusiyanın Kiyevə və Ukraynanın digər şəhərlərinə hücumlarını kəskin pisləyib
Pakistan və Suriya ikitərəfli münasibətlərin genişləndirilməsini müzakirə ediblər
Qəzzada xərçəng xəstələri isti havada və çadır şəraitində həyatda qalmaq üçün mübarizə aparırlar
İsveçrə Rusiyaya qarşı yeni sanksiya paketini təsdiqləyib
Rusiya: Kiyevin mövqeyi böhranın sülh yolu ilə həlli ehtimalını zəiflədir
İsrail gecə saatlarında Livanın cənubuna hava zərbələri endirib
İsrail iki ildən çox inkardan sonra 5 yaşlı Hind Rəcəbi öldürdüyünü etiraf edib
İndoneziyada baş verən zəlzələ nəticəsində həyatını itirənlərin sayı 71 nəfərə çatıb
İsrailin polis məntəqəsinə hücumu nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb
V.Kliçko: ''Rusiya Kiyevə raket zərbələri endirib''
Beynəlxalq Cinayət Məhkəməsi ABŞ sanksiyalarını məhkəmə müstəqilliyinə qarşı "açıq hücum" adlandırdı
Almaniya kansleri F.Merts İtamar Ben-Qvirin çıxışlarını kəskin şəkildə pisləyib
V.Zelenski:''Rusiyanın Xersona endirdiyi PUA zərbələri nəticəsində 4 nəfər həlak olub''
İsrail polisi Fələstinin Qüds üzrə naziri Əşrəf əl-Avarı  saxlayıb
Ukraynada yüksəkvəzifəli şəxslərdən ibarət cinayətkar şəbəkəyə qarşı əməliyyat keçirilir