DÜNYA
1 dəqiqə oxuma
Yaponiyada oyun zalını yandıraraq 5 nəfərin ölümünə səbəb olan məhkum edam edildi
Sunao Takami 2025-ci ilin iyun ayından bəri ölkədə edam edilən ilk məhbus olub
Yaponiyada oyun zalını yandıraraq 5 nəfərin ölümünə səbəb olan məhkum edam edildi
Yaponiyada oyun zalını yandıraraq 5 nəfərin ölümünə səbəb olan məhkum edam edildi

2009-cu ildə Yaponiyanın Osaka şəhərində oyun zalını yandıraraq 5 nəfərin ölümünə səbəb olan 58 yaşlı məhbus Sunao Takami barəsində ölüm hökmü icra olunub. O, asılaraq edam edilib.

Yaponiyanın Ədliyyə naziri Hiroşi Hiraquçi mətbuat konfransında qərarı diqqətlə və hərtərəfli araşdırdıqdan sonra imzaladığını bildirib.

Qeyd edək ki, Sunao Takami 5 iyul 2009-cu ildə oyun zalının döşəməsinə benzin tökərək binanı yandırmış, nəticədə 5 nəfər həlak olmuş, 10 nəfər isə yaralanmışdı.

Barəsində çıxarılan ölüm hökmü 2016-cı ildə qüvvəyə minən Takami 2025-ci ilin iyun ayından bəri ölkədə edam edilən ilk məhbus olub. Bu, eyni zamanda Baş nazir Sanae Takaiçinin hakimiyyəti dövründə icra olunan ilk edam cəzası kimi qeydə alınıb.