DÜNYA
2 dəqiqə oxuma
Fransanın keçmiş prezidenti Nikola Sarkozi bu gün həbs olunacaq
Fransanın keçmiş prezidenti Nikola Sarkozi 2007-ci il seçki kampaniyasının Liviya tərəfindən maliyyələşdirilməsi işi üzrə cinayət əlaqəsinə girməkdə təqsirli bilinib
Fransanın keçmiş prezidenti Nikola Sarkozi bu gün həbs olunacaq
Fransanın keçmiş prezidenti Nikola Sarkozi bu gün həbs olunacaq
21 oktyabr 2025

Fransanın keçmiş prezidenti Nikola Sarkozi 2007-ci il seçki kampaniyasının Liviya tərəfindən maliyyələşdirilməsi işi üzrə cinayət əlaqəsinə girməkdə təqsirli bilinib. O, oktyabrın 21-də həbs olunacaq.

Nikola Sarkozi Fransa tarixində həbs olunan ilk keçmiş prezident olub. Sarkozinin oğlu Lui atasına dəstək olmaq üçün Sarkozinin və həyat yoldaşı Karla Bruni-Sarkozinin yaşadığı dəbdəbəli Paris məhəlləsində mitinq keçirməyə çağırıb.

Qeyd edək ki, Karla Bruni-Sarkozi məhkəmənin N.Sarkozi ilə bağlı qərarından sonra sosial media hesablarında Sarkozinin uşaqlarının fotolarını və müxtəlif mahnılarını paylaşaraq həyat yoldaşına dəstək olub.

Fransa prezidenti Emmanuel Makron ötən həftə Nikola Sarkozini Yelisey Sarayında qonaq etmişdi. Makron bazar ertəsi verdiyi müsahibədə deyib:
"Mən məhkəmə sisteminin müstəqilliyi ilə bağlı həmişə açıq danışmışam, lakin bu kontekstdə sələflərimdən birini sarayda qəbul etmək humanist bir addım idi’’.

Sarkozi “Le Figaro” qəzetinə verdiyi müsahibədə bildirib ki, o, təkadamlıq kamerada qalacaq. Başqa bir ehtimal odur ki, o, həbsxananın "həssas" məhbuslar üçün nəzərdə tutulmuş, xalq arasında "VIP bölmə" kimi tanınan hissəsində qalacaq.

Sarkozi "La Tribune Dimanche" qəzetinə müsahibəsində deyib:
"Mən həbsdən qorxmuram. ‘‘La Sante’’ həbsxanasının qapılarında belə başım dik olacaq. Mən sona qədər mübarizə aparacağam’’.

Nikola Sarkozi “Le Figaro” qəzetinə bildirib ki, ona oxuması üçün üç kitab icazə veriləcək, onlardan biri Aleksandr Dümanın “Qraf Monte Kristo” əsəridir. Bu kitabda qəhrəman həbsxanadan qaçaraq qisas alır.

Paris hakimi cinayətin ictimai asayişə vurduğu ciddi ziyana görə Sarkozinin apellyasiya şikayətini gözləmədən həbs cəzasını çəkməyə başlamasına qərar vermişdi.

Qərara əsasən, 70 yaşlı Sarkozi yalnız həbs olunduqdan sonra apellyasiya məhkəməsinə azadlığa buraxılması üçün müraciət edə biləcək.

Araşdırma
''Kiyevin bütün rayonları genişmiqyaslı hücuma məruz qaldı''
İordan çayının qərb sahilində qeyri-qanuni israilli köçkünlər məscidi yandırıblar
İsrail Livanın cənub şəhərlərini hava hücumları ilə hədəfə alır
Viktoriya ştatı yerli avstraliyalılara geniş səlahiyyətlər verən tarixi müqavilə imzaladı
Şiә əl-Sudani parlament seçkilərində qələbə qazandıqlarını elan edib
Sergey Lavrov ABŞ-a Ukrayna ilə bağlı çağırış edib
BMT: Liviya sahillərində qayığın batması nəticəsində 42 miqrantın öldüyü ehtimal olunur
BMT Qəzzada atəşkəsin "kövrək" olduğunu və "dəfələrlə pozulduğunu" bildirib
G7 ölkələri Ukraynada təcili atəşkəsə çağırıb
İsrail ordusu Suriyanın Kuneytra bölgəsinə iki gün ərzində dördüncü dəfə daxil olub
İvanov: "Rusiya Ukrayna ilə İstanbul danışıqlarını yenidən başlatmağa hazırdır"
ABŞ Qəzzaya qoşun yerləşdirmək planlarını təkzib edib
Avstraliya və İndoneziya təhlükəsizlik sahəsində yeni müqavilə imzalamaq barədə razılığa gəliblər
Kolumbiya Prezidenti ABŞ-la kəşfiyyat məlumatlarının mübadiləsini dayandırmaq barədə göstəriş verib
Məhbus mübadiləsinin bərpası üçün İstanbulda danışıqlar aparılır
Livanda on ildir həbsdə olan Hannibal Qəddafi girov müqabilində azadlığa buraxılıb
Tailand Kamboca ilə sülh sazişini dayandırdı
20-dən çox ölkə Sudandakı hücumları pisləyib və zorakılığın dərhal dayandırılmasını tələb edib
İraq ölkənin növbəti dörd ilinə istiqamət qazandıracaq parlament seçkilərinə hazırlaşır
ÜST-nin rəhbəri Sudanda qan tökülməsinə son qoyulmasına çağırıb