TÜRKİYƏ
2 dəqiqə oxuma
Hakan Fidan: "Tehran danışıqlara hazırdır"
Fidan ABŞ-nin İrana potensial hücumunun "səhv" olacağını bildirib və Vaşinqton və Tehranı fikir ayrılıqlarını diplomatik yolla həll etməyə çağırıb
Hakan Fidan: "Tehran danışıqlara hazırdır"
Hakan Fidan / Reuters

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ rəsmilərinə İranla bağlı problemlərin hərtərəfli bir razılaşma əvəzinə mərhələli şəkildə həll olunmasını tövsiyə edib.

Fidan ABŞ-nin İrana potensial hücumunun "səhv" olacağını bildirib və Vaşinqton və Tehranı fikir ayrılıqlarını diplomatik yolla həll etməyə çağırıb.

Yanvarın 28-də "Al Jazeera"yə verdiyi müsahibədə Fidan İranla gərginliyin artması və ABŞ hərbi qüvvələrinin Yaxın Şərqə yerləşdirilməsi fonunda regional əməkdaşlığın vacibliyini vurğulayaraq deyib: "Müharibəni yenidən başlatmaq səhvdir".

İki ölkə arasında sərt ifadələrə baxmayaraq, diplomatik həllin hələ də mümkün olduğunu vurğulayan Fidan deyib ki, İran nüvə məsələsini yenidən müzakirə etməyə hazırdır.

Nazir Fidan İranla bağlı problemlərin hərtərəfli bir razılaşma əvəzinə mərhələli şəkildə həll olunmasını tövsiyə edərək deyib: "Amerikalı dostlarımıza məsləhətim İranla olan məsələləri bir-bir həll etməkdir. Nüvə ilə başlayın, onu bitirin, sonra digərlərini həll edin".

Fidan əlavə edib ki, “Bütün məsələləri vahid paket kimi təqdim etsəniz, iranlı dostlarımız üçün bunu həzm etmək, üzərində işləmək və həyata keçirmək çox çətin olacaq. Bəzən bu, hətta onlara alçaldıcı görünə bilər. Bunu təkcə onlara deyil, həm də rəhbərliyə izah etmək çətin olacaq”.

Xarici işlər naziri Fidan həmçinin bildirib ki, İran regional nizamda “əla yer” tapa bilər, lakin qonşu ölkələrlə etimad yaratmalıdır.

Türkiyə xarici işlər naziri həmçinin vurğulayıb ki, fərqli ideologiyalara və məzhəblərə baxmayaraq, regiondakı ölkələr milli dövlət sistemi daxilində əməkdaşlıq etməlidirlər.

Araşdırma
Milli Müdafiə Nazirliyi: Suriyaya dəstəyimiz davam edəcək
Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırıb
R.T.Ərdoğan Yunanıstanı adaları silahlandırmaqdan imtina etməyə çağırıb
Akın Gürlek yunanıstanlı həmkarı Yorqos Floridislə görüşüb
Prezident Ərdoğan Putinlə görüşüb
İstanbul sahillərində iki ticarət gəmisi toqquşub, 10 heyət üzvü itkin düşüb
Türkiyənin müdafiə sənayesi dünya nəhəngləri ilə yarışır
Nazirlər H.Fidan və Y.Gülər Pakistanın XİN rəhbəri İ.Dar ilə birlikdə Bişkekə yola düşüblər
“Məkkə Müdafiə Sazişi”nin ilk komitə iclası İstanbulda başladı
Türkiyə Silahlı Qüvvələri və Suriya ordusu əməkdaşlığı ilə Fərat çayı üzərində üzən körpü salınıb
Prezident R.T.Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində iştirak edəcək
Türkiyə ŞKTC-də batmış gəmidə həyatını itirənlər üçün başsağlığı verib
Türkiyə Daxili İşlər Nazirliyindən Girnə sahillərində batan gəmi ilə bağlı bəyanat
B.Duran 30 Avqust Zəfər Bayramı münasibəti ilə təbrik mesajı paylaşıb
Prezident R.T.Ərdoğan 30 Avqust Zəfər Bayramı münasibətilə Türkiyə xalqını təbrik edib
Türkiyə Xarici İşlər Nazirliyi İsrailin R.T.Ərdoğan haqqındakı bəyanatına kəskin reaksiya verib
Ukraynanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb
Prezident R.T.Ərdoğan "Mövludi Nəbi Həftəsi" münasibətilə təşkil olunan tədbirdə çıxış edib
Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ö.Keçelidən Yunanıstan bəyanatı
Türkiyə meşə yanğınlarında insan itkisi ilə bağlı Əlcəzairə başsağlığı verib