DÜNYA
2 dəqiqə oxuma
İsrail qüvvələri Qəzza zolağında daha iki fələstinlini qətlə yetirib
Bununla da İsrail tərəfi 2025-ci ilin oktyabrında əldə olunmuş atəşkəs razılaşmasını növbəti dəfə pozmuş olub
İsrail qüvvələri Qəzza zolağında daha iki fələstinlini qətlə yetirib
İsrail qüvvələri Qəzza zolağında daha iki fələstinlini qətlə yetirib / AA

Tibbi mənbələrin verdiyi məlumata görə, İsrail qüvvələri Qəzzanın cənubunda və Xan Yunis şəhərinin şərqində iki fələstinlini qətlə yetirib. Bununla da İsrail tərəfi 2025-ci ilin oktyabrında əldə olunmuş atəşkəs razılaşmasını növbəti dəfə pozmuş olub. Yerli mənbələr bildirir ki, hadisələrdən biri Xan Yunisin şərqində, "Sarı Xətt" yaxınlığındakı Şeyx Nasir ərazisində baş verib.

Qeyd edək ki, "Sarı Xətt" atəşkəs müqaviləsinə əsasən, Qəzzanın 50 faizindən çoxunu əhatə edən İsrail hərbi işğal zonaları ilə fələstinlilərin sərbəst hərəkət edə bildiyi qərb ərazilərini ayıran şərti sərhəddir. Şahidlərin sözlərinə görə, hücum Xan Yunisin şərqində yerləşdirilən İsrail hərbi texnikasından açılan intensiv atəşlə müşayiət olunub.

Nasir Xəstəxanasından verilən məlumata görə, həmin şəhərin işğal zonasından kənarda qalan hissəsində daha bir fələstinli İsrail hərbçilərinin açdığı atəş nəticəsində həyatını itirib. Cənubdakı Rəfah şəhərində isə vəziyyət gərgin olaraq qalır. Şahidlər İsrail qüvvələrinin şəhərin şimalındakı yaşayış binalarını dağıtmağa davam etdiyini, ərazidən güclü partlayış səslərinin gəldiyini və tüstü buludlarının yüksəldiyini bildiriblər.

Atəşkəs qüvvəyə mindiyi tarixdən bu yana İsrailin törətdiyi hücumlar nəticəsində ümumilikdə 492 fələstinlinin öldürüldüyü, 1356 nəfərin isə yaralandığı qeyd edilir. Sözügedən razılaşmanın əsas məqsədi İsrailin iki ildir davam edən və genişmiqyaslı dağıntılara səbəb olan hərbi əməliyyatlarına son qoymaq idi.

Xatırladaq ki, 2023-cü ilin oktyabrından bəri davam edən hücumlar nəticəsində 71 mindən çox fələstinli həlak olub, 171 mindən çox insan isə yaralanıb. Qəzzadakı mülki infrastrukturunun təxminən 90 faizinin məhv edildiyi bildirilir. BMT-nin məlumatına əsasən, bölgənin yenidən qurulması üçün təxminən 70 milyard dollar vəsaitə ehtiyac var.

Araşdırma
İordaniya XİN rəhbəri İranın ölkəsinə hücumlarını qiymətləndirib
Uttar-Pradeşdə daşqınlar səbəbindən 17 500 nəfər təxliyə olunub
Nigeriyada neft oğurluğuna cəhd edən 43 nəfər ölüb
Paşinyan: "Əgər Rusiya hərbi bazasını Ermənistandan çıxarmaq qərarına gələrsə, etiraz etməyəcəyik."
İran ordusu: Küveyt və BƏƏ-dəki ABŞ bazalarını raket və PUA-larla hədəf aldıq
İsrailin atəşkəsi pozaraq etdiyi hücum nəticəsində biri uşaq 2 fələstinli həyatını itirib
Yunanıstanda Qərbi Nil virusuna yoluxanların sayı 290-a yüksəlib
Rusiya Moskva istiqamətində uçan 37 PUA-nın məhv edildiyini açıqlayıb
ABŞ ordusu Sakit okeanda narkotik qaçaqmalçılarının qayığını batırdı
ABŞ-nin Minneapolis şəhərində silahlı insident olub, ölənlər var
Rusiya: Ukraynanın hərbi məqsədlərlə istifadə olunan logistika mərkəzlərini və gəmilərini vurduq
İordan çayının qərb sahilinin əl-Muğayyir bölgəsində iki fələstinli öldürülüb
İsrail əsgərləri məscidə gözyaşardıcı qaz bombası atıb
Almaniyada qatar stansiyasının yaxınlığında partlayış baş verib, yaralananlar var
Çin-Nepal sərhədində baş verən təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 1130-a çatıb
Misirdə baş verən yol qəzasında 16 nəfər həlak olub
ABŞ və İran gecə saatlarında qarşılıqlı hücumlar təşkil ediblər
Rusiyanın Kiyev və ətraf ərazilərə kütləvi raket hücumu nəticəsində dörd nəfər həlak olub
Nepalda daşqın zamanı ölənlərin sayı 900-ü ötüb
İran Hörmüz boğazında ABŞ-yə məxsus MQ-9 tipli PUA-nı vurduğunu elan edib