NATO-nun Daimi Müdafiə Planı çərçivəsində alyansın hava müdafiə imkanlarını gücləndirmək məqsədilə mühüm addım atılıb. Türkiyənin Milli Müdafiə Nazirliyindən (MSB) verilən rəsmi açıqlamaya görə, İtaliyaya məxsus "SAMP-T" hava hücumundan müdafiə sistemi Konyada yerləşən 3-cü Əsas Reaktiv Baza Komandanlığının ərazisində yerləşdiriləcək.
Nazirliyin yaydığı bəyanatda qeyd olunub ki, bu addım müttəfiqlik öhdəliklərinə uyğun olaraq, bölgənin və NATO-nun ümumi hava məkanının təhlükəsizliyinin artırılması məqsədilə atılıb.


















