TÜRKİYƏ
2 dəqiqə oxuma
TUSAŞ hərbi aviasiya texnologiyaları sahəsində uğurla inkişaf edir
TUSAŞ-ın baş direktoru Mehmet Demiroğlu bildirib ki, Avropadakı rəqibləri ilə müqayisədə Türkiyə altıncı nəsil qırıcı təyyarə texnologiyasında böyük üstünlük əldə edib
TUSAŞ hərbi aviasiya texnologiyaları sahəsində uğurla inkişaf edir
TUSAŞ hərbi aviasiya texnologiyaları sahəsində qlobal rəqiblərini qabaqlayır

TUSAŞ-ın baş direktoru Mehmet Demiroğlu Türkiyənin Berlin Səfirliyində təşkil olunan "Yüksələn Türkiyənin Aviasiya və Müdafiə Texnologiyası" mövzusundakı konfransda çıxış edib. O, Türkiyə müdafiə sənayesinin qlobal uğurlarından və gələcək məqsədlərindən bəhs edib.

M.Demiroğlu 1973-cü ildə kiçik bir yerdə başlayan TUSAŞ-ın fəaliyyətinin 2005-ci ildə xarici səhmlərin tamamilə satın alınması ilə yüz faiz yerli və milli struktura çevrildiyini bildirib. Baş direktor son 20 ildə pilotlu və pilotsuz uçuş aparatları, helikopterlər və kosmos layihələri də daxil olmaqla, 13 unikal platforma hazırladıqlarını vurğulayıb.

M.Demiroğlu deyib: "Bu gün Ankara Kahramankazanda 4 milyon kvadratmetrlik nəhəng bir şəhərcikdə, 16 min 300 nəfərlik dinamik heyətlə fəaliyyət göstəririk. İşçilərimizin yaş ortalaması 34-dür. Dünyanın bir çox nöqtəsində ofislərimiz mövcuddur. Yaxın gələcəkdə isə Nigeriya başda olmaqla, Afrika qitəsində də böyüməyi hədəfləyirik."

 

TUSAŞ qlobal aviasiya sahəsində aparıcı tədarükçülər sırasındadır

TUSAŞ-ın qlobal mülki aviasiya bazarındakı strateji roluna diqqət çəkən M.Demiroğlu şirkətin mülki aviasiya struktur hissələri sahəsində dünyada "Airbus" və "Boeing" üçün hissələr istehsal edən yeganə qurumlardan biri olduğunu vurğulayıb.

O, deyib: "Mülki aviasiya struktur hissələri sahəsində (Airbus) və (Boeing) şirkətlərinin ən böyük tədarükçülərindən biriyik. Bəzi kritik hissələrin isə dünyada yeganə istehsalçısıyıq. "Airbus"un uçan demək olar ki, hər bir təyyarəsində TUSAŞ-ın əməyi var."

 

Türkiyə Avropadan çox irəlidədir

Altıncı nəsil qırıcı təyyarələr mövzusunda dünyada söz sahibi olan qurumlardan birinə çevrilməyi hədəflədiklərini bildirən M.Demiroğlu bunları qeyd edib:

"Avropada "Tempest" və ya FCAS kimi layihələr müzakirə edilsə də Fransa, Almaniya, İspaniya və ya Böyük Britaniya hələ rəsmi olaraq öz layihələrinə başlaya bilməyiblər. Biz isə onlardan çox irəlidəyik. Milli Müharibə Təyyarəmiz KAAN-ın 2024-cü fevralın 21-də ilk uçuşu ölkəmizin bu sahədəki gedişatını dəyişdi. Türkiyə bu texnologiyanı uğurla icra edən dünyadakı 4 ölkədən biri oldu. Türkiyə Hava Qüvvələrinin F-16-lardan ibarət hücum sistemini yerli və milli sistemlərlə modernləşdirmək naminə qoyulan hədəfləri dəqiqliklə dəqiqliklə yerinə yetiririk."

 

Beyin axınının tərsinə dönməsi

Kosmos sahəsindəki hədəfləri də bölüşən M.Demiroğlu Somalidə qurulan kosmos mərkəzinin çox strateji bir addım olduğunu söyləyib. Kosmos yarışı sürətləndikdə qlobal səviyyədə raket buraxılışı böhranının yaşanacağını bildirən baş direktor, bu investisiyanın Türkiyənin raket buraxılışı sahəsindəki müstəqilliyini təmin edəcəyini ifadə edib.

M.Demiroğlu 2020-ci illərin əvvəllərində baş verən ixtisaslı işçi qüvvəsi itkisinin artıq tərsinə döndüyünü vurğulayaraq: "Artık xaricə gedən əməkdaşlarımızdan daha çoxu ölkəmizə və TUSAŞ-a geri qayıdır. Bu şirkət 86 milyon vətəndaşımızın ortaq mülkiyyətidir", – deyə bildirib.

TUSAŞ-ın baş direktoru xaricdə fəaliyyət göstərən gənc mühəndisləri Türkiyəyə qayıtmağa və Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsi (YTB) ilə birgə həyata keçirilən təcrübə proqramlarında iştirak etməyə çağırıb.

MƏNBƏ:TRT