Rəsmi Tehran ABŞ ilə İsrailin həyata keçirdiyi hücumlar nəticəsində həyatını itirən ən gənc qurbanın 8 aylıq bir körpə olduğunu açıqlayıb.
İRNA xəbər agentliyinin məlumatına görə, hökumət sözçüsü Fatma Mohacerani 28 fevraldan bəri 206 qadın və uşağın öldüyünü, onlardan 193-nün azyaşlı olduğunu bildirib. Mohacerani qeyd edib ki, bu müharibədə yaralanan ən gənc şəxs isə 4 aylıq bir körpədir. Hücumların ilk günündə Şəcərə Təyyəbə ibtidai məktəbinin hədəf alınması nəticəsində 170-dən çox insan həlak olub.
Fatma Mohacerani bildirib ki, hücumlar danışıqlar davam etdiyi bir vaxtda ABŞ və İsrail tərəfindən başladılıb.
“Müharibəni biz başlatmadıq, amma onu bitirən tərəf biz olacağıq’’,-deyə Fatma Mohacerani qeyd edib.
"The New York Times" qəzetinin yaydığı məlumatda isə dəniz bazası və qızlar məktəbinə atılan raketin Amerikaya aid olduğuna dair izlər olduğunu bildirib.
Qeyd edək ki, martın 9-da İranın keçmiş ali dini lideri Əli Xameneinin oğlu Müctəba Xamenei ölkənin yeni ali dini lideri vəzifəsinə təyin olunub.
Rəsmi məlumatlara görə, hücumlar başlayandan bəri İranın keçmiş ali dini lideri Əli Xamenei də daxil olmaqla 1200-dən çox insan həlak olub, 10 mindən çox adam isə yaralanıb.
İran bu hücumlara cavab olaraq İsrail, İordaniya, İraq və ABŞ hərbi qüvvələrinin yerləşdiyi Körfəz ölkələrini hədəf alan bir sıra raket hücumları hFatma Mohacerani yata keçirib.









