MƏDƏNİYYƏT
2 dəqiqə oxuma
"TRT World" Nyu-York festivalında dörd mükafat qazandı
TRT dövlət yayımçısı müxtəlif kateqoriyalar, o cümlədən “Araşdırmaçı jurnalistika”, “Beynəlxalq məsələlər” və “Tanıtım məzmunu” üzrə seçilib
"TRT World" Nyu-York festivalında dörd mükafat qazandı
Holy Redemption features exclusive undercover footage captured by TRT World teams who infiltrated illegal radical Jewish settler groups in the occupied West Bank.
24 may 2025

  “TRT World” 2025-ci il “New York Festivals”də (NYF) bədii və sənədli filmlər üzrə dörd nüfuzlu mükafata layiq görülərək beynəlxalq media və sənədli film istehsalında aparıcı mövqeyini bir daha təsdiqlədi.

  TRT dövlət yayımçısı müxtəlif kateqoriyalar, o cümlədən “Araşdırmaçı jurnalistika”, “Beynəlxalq məsələlər” və “Tanıtım məzmunu” üzrə seçilib.  

  “TRT World” “Araşdırmaçı jurnalistika” kateqoriyasında “Müqəddəs qurtuluş” (Holy Redemption) sənədli filmi ilə Qızıl, “Beynəlxalq məsələlər” nominasıyasında isə Gümüş mükafatlar qazanıb.

  “Holy Redemption” sənədli filmində “TRT World” komandalarının işğal olunmuş İordan çayının Qərb sahillərində qeyri-qanuni radikal yəhudi məskunlaşma qruplarına sızaraq əldə etdikləri eksklüziv gizli çəkilişləri təqdim olunur. Film Fələstin torpaqlarının sistematik şəkildə mənimsənilməsi, insan hüquqlarının pozulması və bölgədəki mülki əhalinin gündəlik çətinliklərini əhatə edən nadir və dərin bir baxış sərgiləyir. Cəsarətli və tərəddüdsüz jurnalist yanaşması ilə sənədli film bu ərazilərdə beynəlxalq hüququn tez-tez qulaqardına vulurduğunu göstərir.

  Digər Gümüş mükafat “Xəbər proqramı tanıtımı” kateqoriyası üzrə “TRT World”ün hazırladığı “Anniversary Promo” üçün təqdim edilib. Bu vizual baxımdan təsirli tanıtım filmi kanalın 9-cu ildönümü münasibətilə hazırlanıb, “TRT World”ün redaksiya istiqaməti və qlobal baxışını auditoriyaya effektiv şəkildə çatdırır.

  “Cari məsələlər” kateqoriyasında “Yemen: The Third Frontier” sənədli filmi də Gümüş mükafat qazanıb. Bu film Yəməndə davam edən münaqişənin humanitar təsirlərini araşdırır və müharibənin gizli aspektlərini üzə çıxarır. Sənədli filmdə Husi qüvvələri tərəfindən ələ keçirilən birinci gəmi “Galaxy Leader”ə nadir çıxışı və cəbhə xəttindən güclü görüntülər təqdim olunur. “TRT World” Yəməndəki aclıq böhranı, səhiyyə xidmətlərinə məhdud çıxış və humanitar yardım çatışmazlığına dünyanın diqqətini çəkir.

  Bu mükafatlar “TRT World”ün nailiyyətlərini və kanalın qlobal media səhnəsində artan təsirini vurğulayır. Kanal üzərindən keçilən hadisələrə işıq tutaraq onları beynəlxalq aləmə çatdırmaq missiyasını əks etdirir.

MƏNBƏ:trt global
Araşdırma
Göbəklitəpədən gətiriləcək müxtəlif əsərlər Almaniyada xüsusi sərgidə nümayiş etdiriləcək
400-dən çox sənətçi İsrailə qarşı boykot çağırışı edib
İordan çayının qərb sahilində öldürülən Ayşənur Ezgi Eyginin həyatından bəhs edən sənədli film
F.Say Qərb klassik musiqi institutlarında İsrail tərəfdarılarının qərəzli fikirlərindən narahatdır
Hollivud ulduzları Qəzza faciəsini ekranlaşdırır  – “Hind Rəcəbin səsi”
Sami Yusufun İstanbuldakı konsert proqramında minlərlə insan iştirak etdi
İsrail İordan çayının qərb sahilindəki 63 arxeoloji sahəni "İsrail mədəni irsi" elan edib
Madonna Roma Papasını Qəzzada aclıq çəkən uşaqlara kömək göstərməyə çağırdı
Türkiyənin Laodikeya antik şəhərində 2 min illik məclis binası aşkar edilib
Türkiyə 65 ildən sonra Mark Avreli heykəlini geri qaytardı
Suriya yenidən qurularkən arxeoloji məkanlar üzə çıxır
Türkiyə Roma sərgisində mədəni incilərini nümayiş etdirir
Türkiyədə muzeylər axşam gec saatlara qədər ziyarətçilərin üzünə açıq olacaq
İstanbulun əfsanələri: Mif və tarixi birləşdirən epik hekayə təcrübəsi
"Wanderlust" jurnalı Türkiyəni ekoloji cəhətdən ən yaxşı istiqamətlər siyahısına daxil edib
Türkiyənin paylaşmaq üçün çox geniş və zəngin mədəniyyəti var
"TRT World" 2025-ci il "Telly" müsabiqəsində gümüş mükafata layiq görüldü
Papa XIV Leo kimdir?
Mosab Abu Toha kimdir?
Osman tablosu Londonda 1 milyon funta satıldı