Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli Srebrenitsa soyqırımının əsas təşkilatçılarından biri, "Bosniya qəssabı" ləqəbli Ratko Mladiçin dəfn mərasimi ilə bağlı rəsmi internet səhifəsində bəyanat yayıb.
Ö. Keçeli bildirib ki, beynəlxalq məhkəmələr tərəfindən soyqırım və hərbi cinayətlərdə təqsirli bilinən R. Mladiçin dəfn mərasiminin bu ağır cinayətləri danmaq üçün bir vasitəyə çevrilməsi qəbuledilməzdir.
XİN rəsmisi vurğulayıb ki, beynəlxalq məhkəmə qərarlarının inkar edilməsi və ya məhkum olunmuş cinayətkarların qəhrəmanlaşdırılması cəhdləri qurbanların və onların yaxınlarının acısını daha da dərinləşdirir. Onun sözlərinə görə, bu kimi addımlar regionda illərdir davam edən sülh səylərinə ciddi zərbə vurur.
Balkanların əsas ehtiyacının keçmişdən dərs çıxarmaq və dinc, firavan, ortaq gələcək qurmaq olduğunu bildirən XİN sözçüsü Bosniya müharibəsi zamanı həyatını itirən bütün günahsız insanları, xüsusilə Srebrenitsa soyqırımı qurbanlarını ehtiramla yad edib, onların ailələrinə başsağlığı verib.





















