SİYASƏT
3 dəqiqə oxuma
Trampın müşaviri Rusiya-Ukrayna müharibəsini "Modinin müharibəsi" kimi xarakterizə edib
Donald Tramp administrasiyasının yüksək səviyyəli rəsmisi Hindistanın enerji siyasətini sərt şəkildə tənqid edib
Trampın müşaviri Rusiya-Ukrayna müharibəsini "Modinin müharibəsi" kimi xarakterizə edib
Ağ Evin ticarət müşaviri Peter Navarro / Reuters

Donald Tramp administrasiyasının yüksək səviyyəli rəsmisi Hindistanın enerji siyasətini sərt şəkildə tənqid edərək Rusiyanın Ukraynadakı müharibəsini "Modinin müharibəsi" adlandırıb. Bu bəyanat Yeni Dehlinin neft idxalına görə Hind mallarına əlavə gömrük rüsumlarının tətbiqi fonunda verilib.

Navarrodans ərt ittihamlar

Ağ Evin ticarət müşaviri Peter Navarro avqustun 28-də “Bloomberg” telekanalına verdiyi müsahibədə Tramp administrasiyasının Hindistandan gələn məhsullara 50 faiz gömrük rüsumu tətbiq etməsindən danışıb.

Navarro "Hindistanın etdiklərinə görə Amerikadakı hər kəs itirir. İstehlakçılar, müəssisələr və işçilər itirir, çünki Hindistanın yüksək gömrük rüsumları bizə iş, zavod və gəlir itirir. Və vergi ödəyiciləri də itirir, çünki biz Modinin müharibəsini maliyyələşdirməyə məcburuq" deyib.

"Putin'in müharibəsi"ni nəzərdə tutub-tutmadığı soruşulduqda, o, ifadəsində israr edərək, "Modinin müharibəsi demək istəyirəm, çünki sülhə gedən yol qismən Yeni Dehlidən keçir," deyə cavab verib.

Gömrük rüsumları və iddialar

Gömrük rüsumlarının artırılması Hindistanın Rusiya nefti və silah alımlarına görə 25 faizlik cəza rüsumunu ehtiva edir.

Navarro Hindistanın Rusiya  xam neftini endirimli qiymətə alaraq və onu mənfəətlə yenidən sataraq "Rusiya müharibə maşınını bəsləməyə" kömək etdiyini iddia edib.

O, “Bu, çox sabədir. Hindistan Rusiya neftini almaqdan imtina etsə sabah 25 faizlik endirim qazana bilər” deyib.

Görülən tədbirlər Hindistanın ixraca əsaslanan iqtisadiyyatını sarsıdıb.

Analikitlər yüksək gömrük rüsumlarının milyonlarla məhsula təsir edə biləcəyi barədə xəbərdarlıq edirlər.

Qeyd edək ki, Tramp da daha əvvəl Hindistanı "gömrük rüsumlarının maharacası" adlandırmışdı. 31 iyulda isə cərimələrin daha da arta biləcəyi barədə xəbərdarlıq edib. "Mənə Hindistanın Rusiya ilə nə etdiyi maraqlı deyil. Onlar ölü iqtisadiyyatlarını birlikdə məhv edə bilərlər," deyən Tramp Moskvanın sülhə yönəlmədiyi təqdirdə, Rusiya enerjisi alan ölkələrə tətbiq olunan gömrük rüsumlarının 100%-ə çata biləcəyini vurğulayıb.

Hindistanın cavabı

Yeni Dehli Vaşinqtonun mövqeyini rədd edərək, gömrük rüsumlarını "son dərəcə bədnam" adlandırıb. Hindistan neft alımlarının bazar amillərindən və 1,4 milyard əhalisinin enerji təhlükəsizliyini qorumaq zərurətindən qaynaqlandığını bildirir.

“Kpler” enerji məsləhətçi şirkətinin məlumatlarına görə, 2022-ci ilin fevralında müharibə başlamazdan əvvəl Hindistanın xam neftinin 2%-dən azını təmin edən Rusiya indi idxalın təxminən 40%-ni təşkil edir.

Hindistanın xarici işlər naziri S. Cayşankar, ABŞ-ın daha əvvəl qlobal qiymət şoklarının qarşısını almaq üçün Hindistanı Rusiya nefti almağa təşviq etdiyini söyləyib. Cayşankar "Rusiya neftinin ən böyük alıcısı biz deyilik, Çindir. LNG-nin ən böyük alıcısı biz deyilik, bu Avropa İttifaqıdır" deyib və əlavə edib: "Bu arada, biz də ABŞ-dan neft alırıq və bu miqdar artıb".

Baş nazir Narendra Modi də "Təzyiqə dözəcəyik, lakin fermerlərin, heyvandarlıqla məşğul olanların və kiçik sənayelərin maraqlarından güzəştə getməyəcəyik," deyərək müqavimət göstərəcəklərini bəyan edib.

İqdisadi gərginliklər

Hindistanın Maliyyə Nazirliyi gömrük rüsumlarının iqtisadiyyatda "ikinci və üçüncü növbədə təsirlər" yarada biləcəyini qəbul etsə də, hökumət əsas sektorlarda vergi yükünü azaltmağı öhdəsinə götürüb.

Analitiklər siyasi ritorikanın kəskinləşməsinə baxmayaraq, hər iki tərəfin də Çinin yüksəlişinə qarşı mühüm hesab edilən əlaqədə uzunmüddətli zərərin qarşısını almaq üçün nəticədə uzlaşma yolları axtaracaqlarını bildirirlər.

Araşdırma
Suriya XİN rəhbəri Ə.H.Şeybani Türkiyəni Suriyanın yenidən qurulmasında əsas tərəfdaş adlandırıb
İran Baş Qərargah rəisi: "Düşmənin təhdidlərinə sərt cavab verəcəyik''
Ermənistanın yeni 5 illik proqramına Bakı və Ankara ilə normallaşma daxil edilib
Məsud Pezeşkian: "Müharibə tərəfdarı deyilik"
İran ordusu Körfez ölkələrinə xəbərdarlıq edib
İranın xarici işlər naziri : "ABŞ ilə əldə edilən razılaşmanın icrasındakı ən böyük maneə İsraildir"
D.Tramp ABŞ-İran danışıqlarına "mane olacağı" təqdirdə Omanı bombalamaqla hədələyib
ABŞ Müdafiə naziri: ''İrana qarşı dəniz blokadası müddətsiz uzadıla bilər''
İran: "Şərtlərimiz qəbul edilənədək Hörmüz boğazı açılmayacaq"
İran XİN rəhbəri Abbas Əraqçi: “Həm müharibədə, həm də diplomatiyada qalib gəldik”
Şimali Koreya Rusiyaya 50 min hərbçi göndərir
''Hizbullah'' rəsmi Beyrutu İsraillə danışıqları dərhal dayandırmağa çağırıb
İran XİN rəhbəri Abbas Ərakçi:"Hazırda ABŞ ilə danışıqlar aparmırıq"
İran Hörmüz boğazının açılması üçün altı şərt irəli sürüb
M.Zaxarova: “NATO və Aİ beynəlxalq terrorizmin bir hissəsinə çevrilib”
İran Hörmüz boğazında sabitliyi bərpa etmək üçün regional əməkdaşlıq çağırışı edib
Qeyri-qanuni israilli köçkünlər İordan çayının qərb sahilində iki məscidi yandırıblar
İran Xəzər dənizində ticarət gəmisinə edilən hücumda Ukraynanı günahlandırır
K.J.Tokayev V.Putinə Ukrayna müharibəsini "İstanbul Formulu 2.0" çərçivəsində dondurmağı təklif edib
BMT Baş katibi 17 ildən sonra Dəməşqə səfər edib