SİYASƏT
2 dəqiqə oxuma
Pakistandan Hindistana cavab
Fransa kəşfiyyatı rəsmisi CNN-ə bildirib ki, Fransa Pakistan Hərbi Hava Qüvvələrinin Hindistanla gecə baş verən toqquşmalar zamanı bir neçə “Rafale” qırıcı təyyarəsini vurduğu ilə bağlı iddiaları araşdırır
Pakistandan Hindistana cavab
At least three French-made Rafale jets were downed by Pakistani missiles launched from air and ground across Kashmir frontier, says Pakistani PM Shehbaz Sharif.
8 may 2025

   Fransa rəsmisi Pakistanın gecə saatlarında Hindistanla baş vermiş toqquşma nəticəsində Hindistan Hərbi Hava Qüvvələrinə məxsus bir “Rafale” döyüş təyyarəsini vurduğunu və bunun Fransa istehsalı olan ilk döyüş itkisi olacağını və məsələ ilə bağlı araşdırma aparıldığını bildirib.

  Pakistan tərəfi mayın 7-də bəyan edib ki, Çin istehsalı “J-10C” təyyarələrindən istifadə edərək üçü “Rafale” olmaqla ümumilikdə beş Hindistan döyüş təyyarəsini məhv edib.

  “The New York Times” qəzetində dərc olunmuş xəbərə istinadən, Hindistanda və onun nəzarətində olan Kəşmirdə iki təyyarə yerə çırpılıb.

  İnternetdə yayımlanan görüntülərdə Hindistanın Pakistanla sərhədində - Pəncab əyalətinin Bathinda bölgəsindəki bir tarlada “Rafale” təyyarəsinin quyruq qanadları və sükan hissələri göstərilib. Qalıqlar arasında “BS-001” seriya nömrəsi aşkar edilib ki, bu da həmin təyyarənin bir nəfərlik “Rafale EH” olduğunu deməyə əsas verib.

  Eyni zamanda, Pakistan ordusu bildirib ki, Hindistanın raket hücumları və Kəşmiri ikiyə bölən faktiki sərhəd kimi nəzarət xətti boyu baş verən toqquşmalar nəticəsində təxminən 31 mülki şəxs həlak olub və 57 nəfər yaralanıb.

  Bu gərginlik Hindistanın nəzarətində olan Kəşmirin Pahalqam bölgəsində 22 apreldə silahlılar tərəfindən 26 nəfərin öldürüldüyü hücumdan sonra baş verib. Hindistan ictimaiyyətə heç bir sübut göstərmədən bu terror hadisəsinə “sərhədin o tayından dəstək verildiyi”ni iddia edib və dərhal Pakistana qarşı ittiham irəli sürüb. Rəsmi İslamabad isə bu iddiaları rədd edərək üçüncü tərəfin nəzarətində neytral araşdırmaya çağırıb.

Pakistandan cavab

  Pakistanın Baş naziri Şahbaz Şərif bildirib: “Ordumuzun beş Hindistan döyüş təyyarəsini vurması bizdən onlara cavabdır. Əsgərlərimiz düşmən təyyarələrini məhv etdilər”.

  Şərif mayın 7-də etdiyi televiziya çıxışında “Hindistanın Pakistana hücum etməklə səhvə yol verdiyini və bunun nəticələrinə qatlanmaq məcburiyyətində qalacağını” deyib.

  Məsələ ilə əlaqədər Fransız aviasiya istehsalçısı “Dassault Aviation” şərh verməkdən imtina edib. Fransız ordusu da rəsmi açıqlama verməyib, lakin Hindistan müdafiə rəsmiləri ilə sıx əlaqədə olduğu bildirilir.

  Xatırladaq ki, Hindistan 2016-cı ildə Fransa ilə yüksək profilli müqavilə imzalayaraq 36 “Rafale” təyyarəsi alıb və bu yolla köhnələn hava gücünü regional gərginliyin artdığı bir dövrdə müasirləşdirməyi qarşısına məqsəd qoyub. İki mühərrikli bu təyyarə həm hava döyüşləri, həm də dərin hücum əməliyyatları üçün təchiz edilmiş, dünyanın çoxfunksiyalı döyüş təyyarələrindən biri hesab olunur.

MƏNBƏ:TRT Global
Araşdırma
HƏMAS: İsrailin yaşayış məntəqələrini genişləndirməsi daha geniş ilhaq planının hissəsidir
ABŞ Qəzzaya sülhməramlı qüvvələrin göndərilməsi barədə qətnaməni BMT TŞ-nin üzvlərinə təqdim etdi
D.Tramp: "N.Maduronun hakimiyyəti bitmək üzrədir"
Tramp: "ABŞ Netanyahuya kömək etmək üçün hüquqi ittihamlarla bağlı proseslərə daxil olacaq"
Tramp Rusiya və Çinin gizli nüvə sınaqları keçirdiyini bildirib
ABŞ və Çin arasında hərbi əməkdaşlıq qurulacaq
Pakistan ilə Əfqanıstan arasındakı “Torkham” nəzarət-buraxılış məntəqəsi yenidən açılıb
Rusiya Ukraynaya məxsus pilotsuz uçuş aparatlarını məhv edib
İsrail hərbi baş prokuroru işgəncə görüntüləri sızdırdığını etiraf edərək istefa verib
Tanzaniyada Samia Hasan qələbəsini elan edib, yüzlərlə insanın öldürüldüyü bildirilir
Moskvanın Ukrayna tələblərində israr etməsi Tramp-Putin zirvə görüşünün qarşısını aldımı?
Suriya Kosovonu müstəqil və suveren dövlət kimi tanıdı
Volodimir Zelenski: “Ukraynanın Avropa İttifaqının dəstəyinə ehtiyacı var”
İordaniya Kralı Qəzzada sülhün təzyiqlə davam etdirilməsinə deyil, qorunmasına ümid edir
Belçikanın müdafiə naziri Teo Franken Rusiyanı hədələdi
Baş nazir: "Slovakiya Ukraynaya hərbi yardım planında iştirak etməkdən imtina edir"
Meloni Aİ-nin sanksiyalarını dəstəkləməyə söz verib
Çin İsraili BƏM-nin qərarına əməl etməyə və Qəzzaya yardım üçün BMT ilə işləməyə çağırıb
ÜST Qəzzadan 41 ağır xəstənin tibbi təxliyyəsini həyata keçirib
Peru paytaxt Limada artan cinayət hallarına görə 30 günlük fövqəladə vəziyyət elan edib