TÜRKİYƏ
1 dəqiqə oxuma
Türkiyə ŞKTC-nin təhlükəsizliyinin təmin olunması üçün lazımi tədbirləri görməyə hazırdır
Türkiyə Müdafiə Nazirliyi Cənubi Kipr Rum Administrasiyasının İsraildən hava hücumundan müdafiə sistemləri alması ilə bağlı xəbərləri diqqətlə izlədiyini açıqlayıb
Türkiyə ŞKTC-nin təhlükəsizliyinin təmin olunması üçün lazımi tədbirləri görməyə hazırdır
Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk İsrailin 16 sentyabrda Qəzzada həyata keçirdiyi yer əməliyyatını qınadı. / Foto: AA
18 sentyabr 2025

Türkiyə Müdafiə Nazirliyi Cənubi Kipr Rum Administrasiyasının İsraildən hava hücumundan müdafiə sistemləri alması ilə bağlı xəbərləri diqqətlə izlədiyini açıqlayıb.

Nazirliyin sözçüsü Zeki Aktürk bu barədə deyib:
“Bir daha vurğulamaq istəyirik ki, Cənubi Kipr Rum Administrasiyasının davam edən silahlanma səyləri, adada sülh və sabitliyi pozan fəaliyyətləri təhlükəli nəticələrə səbəb ola bilər. Adadakı tarazlığı pozmaq cəhdləri diqqətlə izlənilir və Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) təhlükəsizliyi və sülhü üçün bütün zəruri tədbirlər görülür. Türkiyə dünən olduğu kimi, bu gün də ŞKTC-nin yanındadır.”

Zeki Aktürk həmçinin İsrailin Qəzzada həyata keçirdiyi son hərbi əməliyyatına da toxunub. O, bildirib ki, bu hücumlar bölgədə iki ildən artıqdır davam edən humanitar böhranı daha da dərinləşdirir.

“İsrailin Qəzzada dinc sakinləri hədəf alan hücumları və bölgə ölkələrinə qarşı təxribat xarakterli addımları onun Yaxın Şərqi yenidən qeyri-sabitliyə sürükləmək niyyətini açıq şəkildə göstərir. Beynəlxalq ictimaiyyət Qəzzada baş verən sistematik zülmü, dövlət terrorunu və soyqırımı görməzdən gələ bilməz. Beynəlxalq ictimaiyyəti İsrailə qarşı daha ciddi tədbirlər görməyə çağırırıq’’,-deyə Zeki Aktürk vurğulayıb.