ELM VƏ TEXNOLOGİYA
1 dəqiqə oxuma
Albaniyada “TikTok” qadağan edildi
Rəsmilər proqramın gənclər arasında zorakılıqdakı roluna görə bloklanmasını istəyib.
00:00
Albaniyada “TikTok” qadağan edildi
Albaniyada "Tik-Tok" qadağan edildi / AFP

Albaniyada “TikTok” sosial şəbəkəsi bir il müddətinə qadağan edilib.

Bunu Albaniyanın milli təhsil və idman naziri Ogerta Manastirliu deyib.

Onun sözlərinə görə, ölkədəki 65 min valideynlə aparılan danışıqlardan sonra belə bir qərara gəlinib.

Müxalifət isə bunu seçkilər ərəfəsində siyasi addım kimi qiymətləndirib.

Qeyd edək ki, ötən il Albaniyada “TikTok”da başlayan mübahisədən sonra 14 yaşlı şagird başqa bir şagirdə bıçaqla hücum edərək onu öldürmüşdü.

“TikTok” Çinin “ByteDance” şirkətinə məxsus olan video paylaşma platformasıdır. “TikTok” istifadəçilərinə müddəti 3 saniyədən 10 dəqiqəyə qədər olan videoları dərc etmək imkanı verir.

“TikTok” istifadəyə verildiyi gündən dünyanın ən çox istifadə edilən veb-saytlarından birinə çevrilib.

“TikTok” buraxıldığı vaxtdan bəri məxfilik problemləri, asılılıq, dezinformasiya və qeyri-etik məzmuna görə tənqidlərlə üzləşib. Bəzi ölkələr milli təhlükəsizliklərini qorumaq üçün öz sərhədləri daxilində “TikTok”-un istifadəsini məhdudlaşdırmalı olub.

Araşdırma
Nobel Sülh mükafatı Navanethem Navi Pillaya verilib
Türkiyə və Çin arasında kosmosun tədqiqi üçün peyk texnologiyaları sazişi imzalandı
NASA-dan Türkiyənin kosmosdakı roluna dair əməkdaşlıq mesajı
77-ci Beynəlxalq Astronavtika Konqresi Antalyada öz işinə başladı
Kosmos sahəsində əməkdaşlıq üçün Türkiyənin liderliyi ilə hazırlanan Antalya Bəyannaməsi imzalanıb
“TEKNOFEST Cənub-Şərq” festivalı Şanlıurfa şəhərində öz fəaliyyətlərini davam etdirir
“TEKNOFEST Cənub-Şərq” festivalı iki gündür davam edir
“TEKNOFEST Cənub-Şərq” festivalında TÜRKPATENT ISIF'26 İxtira Sərgisi başladı
“TEKNOFEST - Cənub-Şərq” festivalı hava şousu ilə rəngləndi
Türkiyənin yerli smartfonu Malatyada istehsal ediləcək
Türkiyənin "yaşıl" enerjiyə keçidi sürətlə davam edir
Antalyada qlobal kosmik və aviasiya sahəsi üzrə 77-ci Beynəlxalq Astronavtika Konqresi keçiriləcək
“Turkcell” şirkəti “TEKNOFEST Mavi Vətən” festivalında uzaqdan robotik cərrahiyyə sınağı kerçirib
"TCG Sancaktar" əməliyyat bölgələrindən fəlakət zonalarınadək kritik missiyaları icra edir
Türkiyə dövləti Tokioda süni intellekt və qlobal nizamla bağlı STARTCOM forumu təşkil edib
ASELSAN  “TEKNOFEST Mavi Vətən” tədbirində avtonom sualtı aparatını nümayiş etdirəcək
Gölcükdə "Mavi Vətən" həyəcanı: TEKNOFEST üçün qeydiyyat başladı
Türkiyənin qlobal süni intellekt mərkəzinə çevrilmək üçün 2026–2030-cu illər üzrə yol xəritəsi
Türkiyənin Arktika üzrə ekspedisiya qrupu mühüm mövzular üzrə tədqiqatlar aparıblar
COP31-in əsl sınağı: Türkiyə iqlim vədlərini investisiyaya çevirə biləcəkmi?