SİYASƏT
1 dəqiqə oxuma
Tayvanda “TSMC” şirkətinin üç əməkdaşı çip texnologiyasını oğurlamaqda ittiham olunur
Şirkətin 2 nanometr texnologiyası ilə bağlı məxfi sənədlərin qanunsuz əldə edildiyi bildirilir
Tayvanda “TSMC” şirkətinin üç əməkdaşı çip texnologiyasını oğurlamaqda ittiham olunur
Tayvan / Reuters

Tayvanda çip istehsalı nəhəngi olan “Taiwan Semiconductor Manufacturing Company” (TSMC) şirkətinin üç əməkdaşı 2 nanometrlik qabaqcıl çip texnologiyasına dair kommersiya sirlərini oğurlamaq ittihamı ilə saxlanılıb.

“Focus Taiwan” xəbər agentliyinin yerli prokurorluğa istinadən yaydığı məlumata əsasən, “TSMC” daxilində məxfi sənədlərə qeyri-adi giriş cəhdləri qeydə alınıb. Şirkət bu şübhəli fəaliyyəti aşkar etdikdən sonra məsələni hüquq-mühafizə orqanlarına ötürüb.

Hadisə bu texnologiyaya qeyri-qanuni girişin ilk nümunəsi kimi qeydə alınıb. Hazırda prokurorlar hadisənin motivlərini və gələcəkdə ola biləcək sızmaların qarşısını almaq üçün araşdırmalar aparır.

Bu hadisə ABŞ prezidenti Donald Trampın “CNBC” telekanalına verdiyi müsahibəsindən sonra yaşanıb.  “Tayvan gəlir və Arizona ştatında çiplər və yarımkeçiricilər üçün dünyanın ən böyük zavodunu inşa etmək məqsədilə 300 milyard dollar xərcləyir”, - deyə D.Tramp müsahibəsində bildirib.   

Qeyd edək ki,  əgər bu plan təsdiqlənsə, Tayvan şirkətinin ABŞ-da daha öncə açıqladığı sərmayə məbləği təxminən iki dəfə artmış olacaq.

Lakin “TSMC” bu iddianı təsdiqləməyib və bundan sonra şirkətin səhmləri avqustun 6-da (bu gün) ucuzlaşıb.

Xatırladaq ki, “TSMC” bu ilin mart ayında verdiyi açıqlamada ABŞ-dakı investisiyasını 165 milyard dollara qədər artıracağını və bununla da süni intellektin inkişafını dəstəkləyəcəyini bəyan etmişdi. Bu açıqlama Tayvan və Amerika arasında gömrük tarifləri ilə bağlı danışıqların davam etdiyi bir vaxtda səsləndirilmişdi.

MƏNBƏ:TRT Global
Araşdırma
İran XİN rəhbəri Abbas Ərakçi:"Hazırda ABŞ ilə danışıqlar aparmırıq"
İran Hörmüz boğazının açılması üçün altı şərt irəli sürüb
M.Zaxarova: “NATO və Aİ beynəlxalq terrorizmin bir hissəsinə çevrilib”
İran Hörmüz boğazında sabitliyi bərpa etmək üçün regional əməkdaşlıq çağırışı edib
Qeyri-qanuni israilli köçkünlər İordan çayının qərb sahilində iki məscidi yandırıblar
İran Xəzər dənizində ticarət gəmisinə edilən hücumda Ukraynanı günahlandırır
K.J.Tokayev V.Putinə Ukrayna müharibəsini "İstanbul Formulu 2.0" çərçivəsində dondurmağı təklif edib
BMT Baş katibi 17 ildən sonra Dəməşqə səfər edib
İran XİN rəhbəri A.Əraqçi rusiyalı və pakistanlı həmkarları ilə görüş keçirib
Türkiyə dövləti “Məscidi Əqsa”ya edilən basqınla bağlı bəyanat yayıb
İran prezidenti M.Pezeşkian ölkədəki iqtisadi problemlərlə bağlı danışıb
Endi Bernem Böyük Britaniyanın yeni Baş naziri oldu
Türkmənistan Prezidenti S.Berdiməhəmmədov Gürcüstana rəsmi səfər edib
"Tramp Netanyahunun Türkiyəyə F-35 satışı təklifini tənqid etməsinə qəzəbləndi"
D. Peskov:"Ukrayna böhranın sülh yolu ilə həll edilməsini istəmir"
Suriya ABŞ-nin ölkəni "terroru dəstəkləyən ölkələr" siyahısından çıxarmasını alqışlayıb
İran ABŞ-yə sərt xəbərdarlıq etdi
Donald Tramp: "İranın hər hücumuna adekvat cavab veriləcək''
ABŞ-ın müdafiə naziri İsrailin Baş naziri B.Netanyahu ilə planlaşdırılan görüşünü təxirə salıb
NATO-nun 36-cı sammitinin yekun bəyannaməsi qəbul olunub