SİYASƏT
2 dəqiqə oxuma
Rusiya Zelenskinin Ukrayna seçkilərinə hazır olduğuna dair açıqlamasına ehtiyatla cavab verib
Kreml Zelenskinin təhlükəsizlik təmin edilərsə, seçkilər keçirməyə hazır olduğuna dair açıqlamasına ehtiyatla cavab verərək...
Rusiya Zelenskinin Ukrayna seçkilərinə hazır olduğuna dair açıqlamasına ehtiyatla cavab verib
Putin [Arxiv foto] / AP

Kreml Zelenskinin təhlükəsizlik təmin edilərsə, seçkilər keçirməyə hazır olduğuna dair açıqlamasına ehtiyatla cavab verərək "hadisələrin necə inkişaf edəcəyini görəcəyik", -deyə bildirib.

Rusiya Ukrayna prezidenti Volodimir Zelenskinin təhlükəsizlik təmin edilərsə, prezident seçkilərini keçirməyə "hazır" olduğunu söyləməsindən sonra "hadisələrin necə inkişaf edəcəyini görəcəklərini" bildiib.

Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında Ukraynada seçkilərin keçirilməsi məsələsinin Rusiya prezidenti Vladimir Putinin uzun müddətdir danışdığı mövzu olduğunu və ABŞ prezidenti Donald Trampın da bu barədə bu yaxınlarda danışdığını söyləyib.

"İşlərin bu istiqamətdə necə inkişaf edəcəyinə baxacağıq" deyən Peskov Moskvanın hələlik bu məsələni ABŞ da daxil olmaqla heç kimlə" müzakirə etmədiyini vurğulayıb.

Peskov Zelenskinin Rusiya da razılaşarsa, enerji atəşkəsinə hazır olduqları barədə verdiyi açıqlama barədə deyib: "Biz atəşkəs üçün deyil, müvafiq sənədlərin imzalanması yolu ilə əldə ediləcək davamlı, zəmanətli, uzunmüddətli sülh üçün çalışırıq. Bu, bizim üçün prioritetdir."

Zelenski dekabrın 9-da təhlükəsizlik və hüquqi şərtlər yerinə yetirilərsə, 60-90 gün ərzində prezident seçkilərini keçirməyə "hazır" olduğunu söyləyib və ABŞ və Avropa tərəfdaşlarını müharibə şəraitində seçkilərin keçirilməsi üçün lazımi mühitin yaradılmasına kömək etməyə çağırıb.

Siyasi üstünlük

Zelenskinin bu açıqlaması Trampın dekabrın 8-də "Politico"ya verdiyi müsahibədə Ukraynanın seçkilər keçirməsinin "vaxtının" çatdığını söyləməsindən sonra verilib, Tramp Kiyevin prezident seçkilərindən yayınmaq üçün "müharibədən istifadə etdiyini" və uzun müddətli gecikmənin Ukrayna demokratiyasını zəiflətmək riski daşıdığını iddia edib.

Zelenski Kiyevin siyasi mənfəət üçün seçkilərdən yayındığı iddialarını rədd edərək, üç ildən çoxdur davam edən Ukrayna müharibəsinin "kimlərin hakimiyyətdə olması ilə heç bir əlaqəsi olmadığını" irəli sürüb.

O, seçkilərin keçirilməsi ilə bağlı qərarların yalnız ukraynalılara aid olduğunu bildirib və bu məsələnin Amerika rəsmiləri ilə son görüşü zamanı qaldırılmadığını vurğulayıb.

Ukrayna prezidenti əlavə edib ki, o, artıq qanunvericilərdən müharibə dövründə seçkilərə imkan verən hüquqi düzəlişlər hazırlamağı xahiş edib və ABŞ və Avropa tərəfdaşlarını Rusiyanın hücumları altında lazımi təhlükəsizlik mühitinin təmin edilməsinə kömək etməyə çağırıb.

Kreml sözçüsü həmçinin Trampın "Politico"ya verdiyi müsahibəni şərh edərək bildirib ki, Moskva Ukrayna sülh prosesi ilə bağlı hissəni "diqqətlə" araşdırır. Peskov onu da deyib ki, prezident Tramp müsahibə zamanı bir çox cəhətdən bu münaqişənin kök səbəblərinə toxunub və Ukraynanın NATO üzvlüyü və ərazi məsələləri ilə bağlı açıqlamaları anlayışımıza uyğundur.

Peskov bildirib ki, bu, sülh yolu ilə həll perspektivləri baxımından çox vacibdir.

Araşdırma
İran İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində ABŞ-yə məxsus PUA-nı zərərsizləşdirib
Abbas Əraqçı Binyamin Netanyahunun İran əleyhinə bəyanatlarına reaksiya verib
Aİ Ukraynaya 2,86 milyard avro müdafiə dəstəyi ödənişi etdi
ABŞ Prezidenti D.Tramp İranın heç vaxt nüvə silahına sahib olmayacağını bildirib
Prezident R.T.Ərdoğan Kosovanın yeni Prezidenti seçilən Şiroka Pulanı təbrik etdi
Axios: Tramp və Netanyahu İsrail və ABŞ-dəki seçkilərdən əvvəl İrana hücum ehtimalını müzakirə etdi
NATO Qara dənizdəki PUA hücumları ilə bağlı müdafiə tədbirlərini nəzərdən keçirəcək
ABŞ Prezidenti Tramp Çin və Rusiyanın İrana kömək etdiklərini düşünmədiyini bildirib
Rusiya: Atəşkəs deyil, uzunmüddətli sülh istəyirik
V.Zelenski Ukrayna nümayəndə heyətinin sabah S.Uitkoff  və C.Kuşnerlə görüşəcəyini bildirib
ABŞ mətbuatı: "Ağ Ev seçkilərdən sonra İrana qarşı hərbi əməliyyatları müzakirə edir"
Pakistan qüvvələri Səudiyyə Ərəbistanına göndərilib
İran:''ABŞ-nin təkliflərinə cavabımız diplomatik kanallarla çatdırılacaq''
Prezident R.T.Ərdoğan və V.Putin arasında telefon danışığı keçirilib
M.Rubio İranın Hörmüz boğazına nəzarəti tamamilə itirdiyini bildirib
Cey Di Vens: "Müharibənin başa çatması üçün İran uranı zənginləşdirmə fəaliyyətlərini azaltmalıdır"
Kanada Baş naziri M.Karni Türkiyəyə rəsmi səfər edəcək
İsrailin müdafiə naziri Katz ordunun Qəzzadakı hazırlıqlarını artırmağı tapşırıb
Məsud Pezeşkian:"ABŞ ilə danışıqların heç bir mənası yoxdur"
D. Peskov: "Ukrayna etdiklərinə görə cavab verəcək"