SİYASƏT
2 dəqiqə oxuma
Rəsmi Tehran: “ABŞ sanksiyaları ləğv edərsə, İran nüvə danışıqlarında güzəştə getməyə hazırdır”
Lakin uranın zənginləşdirilməsinin sıfıra endirilməsi məsələsi gündəmdə deyil
Rəsmi Tehran: “ABŞ sanksiyaları ləğv edərsə, İran nüvə danışıqlarında güzəştə getməyə hazırdır”
Rəsmi Tehran: “ABŞ sanksiyaları ləğv edərsə, İran nüvə danışıqlarında güzəştə getməyə hazırdır” / Reuters Archive

İranın xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi bildirib ki, Vaşinqton rəhbərliyi sanksiyaların ləğvini müzakirə etməyə hazır olacağı təqdirdə, rəsmi Tehran ABŞ ilə nüvə sazişinə nail olmaq üçün mümkün güzəştləri nəzərdən keçirməyə hazırdır.

Lakin İranın yüksək vəzifəli diplomatı ötən il razılaşmanın əldə olunmasına mane olan əsas amillərindən biri olan uranın zənginləşdirilməsinin sıfıra endirilməsi tələbi ilə yenə də razılaşmayacaqlarını vurğulayıb. Çünki İran nüvə silahı əldə etmək niyyətində olmadığını vurğulayır. ABŞ isə İran ərazisində zənginləşdirmə prosesini nüvə silahına aparan yol kimi qiymətləndirir.

BBC-də fevralın 15-də yayımlanan müsahibəsində M.Taxt-Rəvançi bu ay Omanda tərəflər arası danışıqların bərpasından sonra fevralın 17-də Cenevrədə nüvə danışıqlarının ikinci mərhələsinə keçiləcəyini bildirib. İranlı diplomat deyib: “(İlk görüşlər) ümumilikdə müsbət istiqamətdə keçdi, lakin yekun nəticə barədə danışmaq üçün hələ tezdir.”

İran daha əvvəllər də nüvə proqramına tətbiq olunacaq məhdudiyyətləri sanksiyaların ləğvi müqabilində müzakirə etməyə hazır olduğunu bəyan etsə də, bu məsələnin raket proqramı da daxil olmaqla digər mövzularla əlaqələndirilməsini dəfələrlə rədd edib.

Mənbənin fevralın 13-də verdiyi məlumata görə, ABŞ nümayəndə heyəti, o cümlədən Stiv Vitkoff və Cared Kuşner fevralın 17-də səhər İran tərəfi ilə görüşəcək. Bildirilir ki, ABŞ-İran təmaslarında Oman nümayəndələri vasitəçilik edəcəklər.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp vəzifədə olduğu ilk müddətdə keçmiş prezident Barak Obamanın xarici siyasətdə əsas nailiyyəti hesab edilən 2015-ci il tarixli İranla Birgə Hərtərəfli Fəaliyyət Planından (BHFP) ABŞ-ı çıxarmışdı. Sözügedən saziş rəsmi Tehranın nüvə proqramını atom bombası hazırlamaq imkanına çatmayacaq səviyyədə məhdudlaşdırması müqabilində İran üzərindəki bəzi sanksiyaların yüngülləşdirilməsini nəzərdə tuturdu.

MƏNBƏ:TRT
Araşdırma
Rusiya: "Kosmosda hərbi rəqabətin qarşısını almaq üçün konkret addımlar atılmalıdır''
Marko Rubio və Ə.H.Şeybani ikitərəfli münasibətləri və regional təhlükəsizliyi müzakirə ediblər
Səudiyyə Ərəbistanı husilərin hücumlarına adekvat cavab verəcəyini açıqlayıb
Vladimir Putin avropalı hərbçilərin Ukraynaya göndərilməsi ehtimalına münasibət bildirib
Polşa Baş naziri sərhəddəki təhlükənin qarşısının alındığını açıqladı
Əlcəzair Birləşmiş Ərəb Əmirlikləri ilə diplomatik münasibətləri kəsib
Rusiya Ukraynanın "Mi-Ukrayna" telekanalının binasını PUA ilə hədəf alıb
Bazarel Smotriç və İtamar Ben-Qvir Böyük Britaniyaya sanksiya tətbiq olunmasını tələb edib
Rusiya:"Almaniya əsassız iddialar irəli sürərək Bonndakı baş konsulluğumuzu bağladı"
Rusiya Ukrayna və ABŞ ilə üçtərəfli danışıqların bərpa oluna biləcəyini açıqlayıb
Səkkiz ölkənin XİN rəhbəri İsrail rəsmilərinin fələstinlilərlə bağlı planını pislədi
V.Putin ABŞ nümayəndə heyəti ilə Ukrayna məsələsini müzakirə edib
İsmayıl Bəqayi "The Jerusalem Post"un amerikalı gənclərlə bağlı məqaləsinə münasibət bildirib
Benyamin Netanyahu: "Növbəti hədəfimiz İran rejimini devirməkdir"
Putin: "Rusiya ilə Ukrayna arasında razılaşma şansı var"
Donald Tramp İrana tətbiq edilən sanksiyaların əsas məqsədini açıqladı
Çin dövlət başçısı Si Cinpin Misirə işgüzar səfər edib
Si Cinpin, V.Putin və N.Modi ŞƏT sammiti üçün Qırğızıstana səfər edəcəklər
M.B.Qalibaf:"Bizim neft sata bilmədiyimiz bir regionda heç kim neft sata bilməyəcək"
Mariya Zaxarova:"Böyük Britaniya və Fransa odla oynayır"