SİYASƏT
2 dəqiqə oxuma
İraqda hərbi bazaya hücum edilib, çox sayıda ölən və yaralananlar var
Hücumu həyata keçirən tərəfin kimliyi açıqlanmayıb
İraqda hərbi bazaya hücum edilib, çox sayıda ölən və yaralananlar var
İraqda hərbi bazaya hücum edilib, çox sayıda ölən və yaralananlar var / AA

Martın 25-də (bu gün) səhər saatlarında Bağdadın qərbində yerləşən “Həbaniyyə” bazasında hərbi klinika və mühəndis bölməsinə həyata keçirilən hava hücumu nəticəsində 7 hərbçinin həlak olduğu, 13 hərbçinin isə yaralandığı bildirilir. Məsələ ilə bağlı açıqlama İraq Müdafiə Nazirliyi tərəfindən verilib.

Nazirlik “X” üzərindən yaydığı məlumatda bildirib ki, axtarış-xilasetmə qrupları ərazidə fəaliyyətini davam etdirir. Açıqlamada qeyd olunub ki, hücum hərbçilərin “milli və humanitar vəzifələrini” yerinə yetirdiyi vaxt baş verib və insan tələfatına səbəb olub.

Nazirlik hücumu “tibbi obyektlərin və tibb personalının hədəf alınmasını qadağan edən beynəlxalq hüquq və normaların açıq və ciddi pozuntusu” kimi qiymətləndirib.

Hücumun “təhlükəli eskalasiya” olduğunu vurğulayan nazirlik səhiyyə obyektlərinin hədəf alınmasının “ağır cinayət” təşkil etdiyini bildirib.

 

İraq “cavab verəcək”

İraq Müdafiə Nazirliyi hücumun şəxsi heyəti qorxutmayacağını qeyd edərək, İraqın “qüvvədə olan qanunvericiliyə uyğun şəkildə cavab vermək üçün bütün zəruri tədbirləri görmək hüququnu özündə saxladığını” açıqlayıb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-dən etibarən İrana qarşı hava hücumlarını davam etdirir. Bu hücumlar nəticəsində, həmin dövrün ali dini lideri Əli Xameneinin də daxil olduğu 1340-dan çox insan həyatını itirib.

Tehran hakimiyyəti isə İsraillə yanaşı, ABŞ-nin hərbi bazalarına ev sahibliyi edən İordaniya, İraq və Körfəz ölkələrini hədəf alan pilotsuz uçuş aparatları və raket hücumları ilə cavab verib. Bu hücumlar insan tələfatına, infrastrukturun zədələnməsinə, həmçinin qlobal bazarlarda və aviasiya sahəsində fasilələrə səbəb olub.

MƏNBƏ:TRT
Araşdırma
Çin dövlət başçısı Si Cinpin Misirə işgüzar səfər edib
Si Cinpin, V.Putin və N.Modi ŞƏT sammiti üçün Qırğızıstana səfər edəcəklər
M.B.Qalibaf:"Bizim neft sata bilmədiyimiz bir regionda heç kim neft sata bilməyəcək"
Mariya Zaxarova:"Böyük Britaniya və Fransa odla oynayır"
Donald Tramp İranla bağlı paylaşım edib
D. Peskov:"Rusiya öz məqsədlərinə dinc yolla nail olmağa üstünlük verir''
Təzyiqlərə baxmayaraq, Netanyahu qanunsuz məskunlaşmanı genişləndirəcək
İran Prezidenti: "Əsas prinsipimiz problemleri dialoqla həll etməkdir"
Netanyahu İranla diplomatik razılaşma əldə etməyin mümkün olmadığını iddia edib
Tramp administrasiyası miqrant viza müraciətlərini dayandırıb
Ermənistan parlamenti Bakı və Ankara ilə normallaşmanı nəzərdə tutan 5 illik proqramı təsdiqlədi
Rusiya NATO qoşunlarının Ukraynada yerləşdirilməsi məsələsinə etiraz edir
Səudiyyə Ərəbistanı və Fransa Fələstin dövlətinin qurulmasını dəstəklədiklərini bildirdi
N.Paşinyan Ermənistan dəmir yollarının idarəsini Rusiyanın əlindən almaq istəyir
Prezident V.Zelenski müharibə şəraitində seçkilərin keçirilməsinə etiraz edir
Fələstində parlament və prezident seçkiləri keçiriləcək
İsrail ordu rəsmiləri B.Netanyahunun davam edən müharibələrin başa çatmasını istəmədiyini bildirib
Suriya XİN rəhbəri Ə.H.Şeybani Türkiyəni Suriyanın yenidən qurulmasında əsas tərəfdaş adlandırıb
İran Baş Qərargah rəisi: "Düşmənin təhdidlərinə sərt cavab verəcəyik''
Ermənistanın yeni 5 illik proqramına Bakı və Ankara ilə normallaşma daxil edilib