DÜNYA
1 dəqiqə oxuma
Yunanıstanın paytaxtı Afinada Fələstinə dəstək yürüşü keçirilib
Monastiraki meydanından Sintaqma meydanına doğru yürüş edən minlərlə aksiyaçı şüarlar səsləndirərək Yunanıstan hökumətini İsrailə dəstək verməkdə və soyqırıma şərik olmaqda ittiham ediblər
Yunanıstanın paytaxtı Afinada Fələstinə dəstək yürüşü keçirilib
Yunanıstanda 106 müxtəlif nöqtədə Fələstinə Azadlıq mitinqləri keçirildi

Yunanıstanın paytaxtı Afinada Fələstinə dəstək yürüşü keçirilib. Monastiraki meydanından Sintaqma meydanına doğru yürüş edən minlərlə aksiyaçı şüarlar səsləndirərək Yunanıstan hökumətini İsrailə dəstək verməkdə və soyqırıma şərik olmaqda ittiham ediblər.

Qeyd edək ki, ölkənin 106 fərqli bölgəsində, o cümlədən bir çox adada Fələstinə azadlıq tələbi ilə mitinqlər təşkil olunub. Nümayişçilər Afina rəhbərliyinin İsrailyönlü xarici siyasətinə kəskin etirazlarını bildiriblər.

Kütləvi etirazlar fonunda İsrail Xarici İşlər Nazirliyi Yunanıstandakı vətəndaşlarına müraciət edib. Nazirlik israillilərə diqqət cəlb etməməyi və şəxsiyyətlərini bəlli edəcək davranışlardan çəkinməyi tövsiyə edib.