Şərhlər
DÜNYA
4 min read
İslamın qızıl dövrünə öz damğasını vuran dahi: Əbu Reyhan Məhəmməd əl-Biruni
Riyaziyyatı və təbiət qanunlarını qucaqlayan, yüksək səviyyəyə qaldıran Biruni alimləri bu gün də ruhlandırmağa davam edir.
İslamın qızıl dövrünə öz damğasını vuran dahi: Əbu Reyhan Məhəmməd əl-Biruni
Ring of Fire Eclipse
18 dekabr 2024

Min il əvvəl Yerin radiusunu hesablamaq böyük təxəyyül və mükəmməl elmi bilik tələb edirdi. Bu uğura nail olmaq üçün triqonometriya və cəbri birləşdirən şəxs isə 10-cu əsrdə yaşamış Əbu Reyhan Məhəmməd əl-Biruni idi.

Biruninin elmi irsi əsrlər boyu alimləri və riyaziyyatçıları ilhamlandırıb, onun adı bu gün də ehtiramla xatırlanır.

Tacikistanın məşhur akademiki Bobojon Qafurov 1975-ci ildə YUNESKO-nun "Courier" jurnalında dərc olunan məqaləsində Biruni haqqında deyib: “Onun parlaq kəşfləri o dövrdə yaşamış əksər alimlər üçün anlaşılmaz idi”. Elm tarixi intizamının banisi Corc Sarton isə XI əsri Biruni dövrü adlandırıb.

Biruni kimi alimlər, əksər elmi və riyazi mәlumatların ərəb dilinə tərcümə olunduğu bir dövrdə dünyaya gəliblər. O, müəyyən yaşa çatdıqda müxtəlif sivilizasiyaların və dövrlərin alimlərinin işlətdiyi anlayışlarla tanış olub. İslamın qızıl dövrünә öz damğasını vurmuş bütün müsəlman alimləri kimi, o da elmə böyük maraq göstərib.

Türkiyəli professor Fuat Sezginin dediyinə görə, 27 yaşlı Biruni ilə 18 yaşlı İbn Sina arasında intellektual cəhətdən mübahisələr olub. Alimlər "İşığın yayılması’’ mövzusunu müzakirə ediblər. 2018-ci ildə dünyasını dəyişən Sezgin bu mübahisələrin keyfiyyətinin misilsiz olduğunu ifadə edib.

Sezgin bu tarixi mübahisələrin bəzilərinin məzmununu araşdırarkən, iki alimin istilik və şüalar haqqında fikir mübadiləsi apardıqlarını söylədi. Biruni istiliyin şüaların içində olduğu fikrini irəli sürüb. İbn Sina isə istiliyin öz-özünə yayılmadığını, günəş şüalarının onları irəli apardığını addia edib.

Alman tarixçisi Maks Meyerhofun fikrincə, Biruni bəlkə də hamının hörmət etdiyi müsəlman alimləri cəmiyyətinin ən görkəmli şəxsiyyətidir. Maks Meyerhof qeyd edib ki, Biruninin elmә verdiyi töhfәlәr ona "Ustad" titulunu qazandırıb.

Biruninin Yerin radiusunu necə hesablamasına qayıtsaq, bu, şübhəsiz ki, onun ən diqqətəlayiq nailiyyəti idi. Əvvəlcə o, Pakistanın Pəncab əyalətindəki Nandana qalası yaxınlığındakı təpənin hündürlüyünü ölçdü. Sonra üfüqü ölçmək üçün təpənin zirvәsinә qalxdı. Triqonometrik və cəbri tənliklərdən istifadə edərək o, 3928,77 ingilis milinə ekvivalent bir ədəd əldə etdi. Bu, Yerin indiki radiusunun təxminən 99%-nə bәrabәrdir.

Biruni öz hesablamalarına əsaslanaraq, Yerin Günəş ətrafında fırlanması ehtimalını da nəzərdən keçirməyə başladı. Lakin Biruni öz məntiqinə və instinktlərinə o qədər güvəndi ki, Günəşin hərəkətləri və tutulmaları haqqında da yazdı. O, həmçinin astronomik alətlər icad etdi və Yerin ox ətrafında necə fırlandığını izah edərək enlik və uzunluq üzrə dəqiq hesablamalar apardı. Nəzəriyyə və müşahidələrini "El-Asârü'l-Bâkıye" adlı kitabında qeyd etdi. O, həmçinin təqvim sisteminin 1000-ci ildə necə hazırlandığını araşdırdı.

Biruni müxtəlif istiqamətləri tapmaq üçün yeni yollar kəşf etdi və fəsillərin başlanğıcını dəqiq müəyyən etmək üçün riyazi üsullar inkişaf etdirdi. O, Günəş tutulmasını 1019-cu il aprelin 8-də, Ay tutulmasını isə 1019-cu il sentyabrın 17-də müşahidə edib. İlk tutulmanı Qəndəhar və Kabil şəhərləri arasında dağlarla əhatə olunmuş Lamqan vadisində izləyib. Biruni deyib: "Günəş çıxdıqdan sonra təxminən üçdə bir hissəsi tutuldu."

Qəznidə müşahidə etdiyi Ay tutulması zamanı məlum olan ulduzların dəqiq hündürlüyü barədə dəqiq məlumatlar verib. O, həmçinin Süd Yolunu saysız-hesabsız ulduzların bir hissəsi kimi təsvir edib. Biruni "Kitabü't-Tefhim fî Evâili Sıbaati't-Tencim" adlı əsərində riyaziyyat və astronomiya sahəsində apardığı araşdırmalar haqqında məlumat verib. Qeyd edək ki, bu kitab 1934-cü ildə Ramsey Wright tərəfindən tərcümə edilib.

Biruninin fizikaya verdiyi töhfələr arasında on səkkiz element və birləşmənin xüsusi çəkisinin qeyd olunduğu araşdırmalar yer alır. O, "Kitabü'i-Cəmâhir" adlı əsərindә müxtəlif qiymətli daşların xüsusiyyətlərindәn bәhs edib. Biruni həmçinin, bucaqların və triqonometriyanın tədqiqində də qabaqcıl rol oynayıb. Alim dairəvi kölgələri və şüaları tədqiq edib və bucağı üçə bölmək üçün bir üsul hazırlayıb.

Biruni 973-ci ildə Xarəzmdə anadan olub və 1048-ci ildə vəfat edib. Gənc yaşlarında doğma şəhərini tərk edərək İran və Özbəkistana səyahət edib. Mahmud Qəznəli Buxara əmirliyini fəth etdikdən sonra Qəznəvilər sülaləsinin paytaxtı olan və indiki Əfqanıstanda yerləşən Qəznəyə köçüb.

Biruni Hindistanı da idarə edən məşhur müsəlman padşahı Mahmud Qəznəvi və onun oğlu Sultan Məsudla yaxın münasibətləri ilə tanınır. Sultan Mahmud Qəznəvi Hindistana səfəri zamanı Birunini bir neçə dəfə özü ilə aparıb və ona böyük hörmət bəsləyərək elminə heyran qalıb. Biruni 20 il ərzində Hindistanın bir çox bölgəsini gәzib və pşәrhçilәrdәn hind fəlsəfəsi, riyaziyyat, coğrafiya və din dərsləri alıb. Buna qarşılıq olaraq, o, onlara yunan və müsəlman elmlərini və fəlsəfəsini öyrədib.

Biruni heç vaxt işinə laqeyd yanaşmayıb və işindən şöhrət, nüfuz və ya maddi qazanc əldə etmək üçün vasitə kimi istifadə etməyib. Sultan Məsud ona "Əl-Qanunu’l-Mas’udî" adlı ensiklopedik əsəri üçün üç dəvə yükü gümüş sikkə göndərəndə, Biruni bu hədiyyəni nəzakətlə geri qaytararaq, "Mən biliyə pul üçün deyil, elm üçün xidmət edirəm" deyib.

MƏNBƏ:TRT Azerbaycan
Araşdırma
ÜST-nin rəhbəri Sudanda qan tökülməsinə son qoyulmasına çağırıb
Atəşkəsə baxmayaraq, İsrail Qəzzadakı fələstinlilərin evlərini dağıdıb və Xan Yunisə hücum edib
Filippində "Fung-Vong" adlı tayfun 1,4 milyon insanın təxliyəsinə səbəb olub
Filippində “Fung-wong” qasırğası şiddətini artırıb; aviareyslər ləğv edilib
İsrailli sənətçilər Qəzzadakı soyqırıma görə beynəlxalq reaksiyalarla üzləşməyə davam edir
ABŞ daha üç narkotik qaçaqmalçısını öldürüb
RSF atəşkəs barədə razılığa gəldikdən sonra Xartuma  və Atbara şəhərinə dronlarla zərbə endirib
Məsud Pezeşkian: “Yağış yağmasa, Tehran sakinləri təxliyə olunacaq”
Cənubi Koreya ordusu: ''Şimali Koreya ballistik raket buraxıb''
Tramp Qəzzada beynəlxalq sabitləşdirmə qüvvələrinin "yaxın zamanda" təşkil ediləcəyini bildirdi
Filippində "Kalmaegi" qasırğası 188 nəfərin ölümünə səbəb olub
BMT Təhlükəsizlik Şurası Suriya Prezidenti və daxili işlər nazirinə qarşı sanksiyaları ləğv etdi
ABŞ və Səudiyyə Ərəbistanı Kaliforniya səhrasında birgə hərbi təlimə başlayıblar
ABŞ BMT Təhlükəsizlik Şurasına Qəzza üzrə işçi qrupunun layihəsini təqdim edib
Filippində "Kalmaegi" qasırğası Vyetnam istiqamətində irəliləyir
BMT:''Sudanın Kordofan bölgəsində törədilən hücumda 40 nəfər həlak olub''
Rusiya qüvvələri Pokrovsk və Kupyansk şəhərlərindəki Ukrayna birliklərini mühasirəyə alıb
İşğal olunmuş  İordan çayının qərb sahilindəki Fələstin şəhərlərinə İsrailin hücumları artıb
Çin astronavtlarının Yerə qayıdışı təxirə salınıb
Zohran Mamdani Nyu-York şəhərinin yeni meri seçildi