DÜNYA
1 dəqiqə oxuma
Təl-Əviv-Vyana reysini yerinə yetirən sərnişin təyyarəsi Sofiyaya eniş edib
"Avstriya Hava Yolları"na məxsus Təl-Əviv-Vyana reysini yerinə yetirən sərnişin təyyarəsi bomba həyəcanı səbəbindən Bolqarıstanın paytaxtı Sofiyaya eniş edib
Təl-Əviv-Vyana reysini yerinə yetirən sərnişin təyyarəsi Sofiyaya eniş edib
Avstriya Hava Yollarının Təl-Əviv–Vyana reysini həyata keçirən sərnişin təyyarəsi bomba xəbərdarlığı səbəbindən Bolqarıstanın paytaxtı Sofiyaya eniş edib.

Avstriya ictimai yayım qurumu ORF-in xəbərinə görə, “Avstriya Hava Yolları” İsraildən qalxan, içərisində 51 sərnişin və 6 heyət üzvünün olduğu "Airbus A320" tipli təyyarə ilə bağlı bomba həyəcanı olduğunu açıqlayıb.

Açıqlamada daxil olan xəbərdarlıq səbəbindən təyyarənin oktyabrın 18-də gecə saatlarında Sofiyaya eniş etdiyi bildirilib.

Şirkətdən verilən digər açıqlamada təyyarədə həyata keçirilən axtarış zamanı heç bir təhlükə mənbəyinə rast gəlinmədiyi ifadə edilib.

Bolqarıstan Nəqliyyat Nazirliyinin açıqlamasında da sərnişin təyyarəsini müşayiət etmək üçün "MiQ-29" tipli qırıcı təyyarənin havaya qalxdığı bildirilib.

Açıklamada böhran qərargahının yaradıldığı və səlahiyyətli qurumların hadisə ilə bağlı araşdırmaya başladığı qeyd olunub.

Təyyarədə aparılan yoxlamalardan sonra reysin davam etdiyi və təyyarənin Vyanaya çatdığı qeyd edilib.