28 may 2025
SpaceX-in "Starship" raketi doqquzuncu sınaq uçuşu çərçivəsində kosmosa buraxılıb. Lakin kosmik gəmi havaya qalxdıqdan bir müddət sonra partlayıb.
Bu barədə "SpaceX" şirkətinin rəsmi "X" sosial media səhifəsində edilən paylaşımda bildirilib. Paylaşımda bu ifadələrə yer verilib: "Starship raketi sınaq uçuşu zamanı qəfil partlayıb. Komandalar məlumatları nəzərdən keçirməyə və növbəti sınaq uçuşumuza hazırlıq görməyə davam edəcəklər".
Tövsiyə edilən
Qeyd edək ki, raket ABŞ Federal Aviasiya Administrasiyasından (FAA) icazə aldıqdan sonra "SpaceX" şirkətinin Texas ştatının Boka Çika bölgəsindəki buraxılış məntəqəsindən havaya qalxıb.







