SİYASƏT
2 dəqiqə oxuma
BMT-dən iqlim böhranı ilə bağlı tarixi qərara dəstək
BMT qərarına әsasәn dövlətlər iqlim böhranı ilə mübarizədə hüquqi öhdəlik daşıyacaq
BMT-dən iqlim böhranı ilə bağlı tarixi qərara dəstək
/ AP

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk Amerika İnsan Hüquqları Məhkəməsinin qərarını alqışlayaraq, onu region və onun hüdudlarından kənarda atılmış mühüm addım kimi qiymәtlәndirib. Həmin qərarda Amerika qitəsindəki dövlətlərin iqlim böhranını aradan qaldırmaq üçün hüquqi öhdəliklərə malik olduğu bildirilir.

V.Türk bəyan edib ki, dövlətlər təkcə mövcud əhalini deyil, gələcək nəsillərin maraqlarını da qorumaq üçün geri dönüşü olmayan iqlim və ətraf mühit zərərlərinə səbəb ola biləcək addımlardan çəkinməlidirlər. İqlim dəyişikliyinin təsirləri dünyada getdikcə daha açıq görünməyə başladığı bir dövrdə məhkəmənin mövqeyi aydındır: insanların sabit iqlim və sağlam ətraf mühit hüququ vardır.

Qeyd edәk ki, qlobal miqyasda hökumətlərə iqlim sahəsində hərəkətə keçmək üçün hüquqi təzyiqlər artmaqda davam etdiyi bir vaxtda, son məlumatlar Amerika materikindəki dövlətlərin qarşı-qarşıya qaldığı böhranın dərinliyini ortaya qoyur.

 

ABŞ-da çirklənmənin artması

“Ember” təşkilatının məlumatına əsasən, ABŞ-da enerji sektorundan qaynaqlanan karbon tullantıları kömür istifadəsinin artması səbəbilə 2025-ci ilin ilk yarısında 5 faiz yüksəlib.

Bu vəziyyət Donald Tramp administrasiyasının federal qurumlarda apardığı genişmiqyaslı dəyişikliklərin fonunda baş verib. Həmin dəyişikliklər nəticəsində minlərlə dövlət qulluqçusu, iqlim alimləri və ictimai səhiyyə mütəxəssisləri vəzifələrindən uzaqlaşdırılıb.

Bundan əlavə, Ətraf Mühitin Mühafizəsi Agentliyi (EPA), Milli Okean və Atmosfer Administrasiyası (NOAA) və ABŞ Milli Sağlamlıq İnstitutları kimi qurumlar iqlim və ətraf mühit sahəsindəki tədqiqatlardan kənarlaşdırılıb və bu da elm ictimaiyyətində narahatlığa səbəb olub.

Həmçinin son beynəlxalq təhlillərə əsasən, qlobal temperatur sənaye dövrü öncəsi səviyyədən 1,5 dərəcə selsi artıqdır. Bu isə ABŞ-da meşə yanğınları, quraqlıqlar, daşqınlar və fırtınaların daha da şiddətlənməsinə gətirib çıxarır.

Bu həftənin əvvəlində dərc olunan Amerika İnsan Hüquqları Məhkəməsinin rəy xarakterli qərarında qeyd olunur ki, iqlim dəyişikliyinin ağırlaşan təsirləri əsas insan hüquqlarını pozur və hökumətlərin həm hazırkı, həm də gələcək nəsilləri qorumaq üçün təcili tədbirlər görməsi zəruridir.

Sözügedən məhkəmə prosesi çərçivəsində mütəxəssis rəyləri təqdim edən BMT İnsan Hüquqları Ofisi uzun müddətdir ətraf mühitin pisləşməsinin insanlar üçün yaratdığı təhlükə barədə xəbərdarlıqlar edir. Volker Türk məhkəmənin bu rəyinin dövlətlərin iqlim sahəsindəki məsuliyyətlərini müəyyənləşdirmək baxımından mühüm bələdçi olduğunu bildirib.

V.Türkün sözlərinə görə, iqlim böhranının daha da dərinləşməsinin qarşısını almaq üçün qanunvericilik islahatları, siyasi dəyişikliklər, resursların səfərbər edilməsi və beynəlxalq əməkdaşlıq vasitəsilə təcili və əhəmiyyətli addımlar atılmalıdır. Buna görә dә dövlətlərin bu istiqamətdə hərəkətə keçməsi vacibdir.

MƏNBƏ:TRT Global
Araşdırma
D. Peskov: "Ukrayna etdiklərinə görə cavab verəcək"
Almaniya kansleri Fridrix Merts Rusiya Prezidenti Vladimir Putinə çağırış etdi
M.B.Qalibaf şərtlər yerinə yetirilməyənədək Hörmüz boğazının açılmayacağını bildirdi
D.Tramp Türkiyəyə tətbiq edilən CAATSA sanksiyalarının ləğvinə müsbət yanaşdığını bildirib
ABŞ İran heyətinə "ölkəni tərk edin" təlimatı verib
Fransa və Böyük Britaniya La-Manş boğazı ilə bağlı sazişinin ləğvini müzakirə edir
Yunanıstanlı deputat etiraf etdi: "Türkiyənin müdaxiləsindən sonra geri addım atdıq"
Səudiyyə Ərəbistanı Nazirlər Kabineti Türkiyə ilə viza rejiminin ləğvi haqqında sazişi təsdiqləyib
Tramp İrana qarşı sanksiyaları yumşaltmağa hazır olduğu ilə bağlı yayılan xəbərləri təkzib edib
Rusiya ordusu Kiyevə yeni hücumlar təşkil edib, bir Azərbaycan vətəndaşı həlak olub
Serbiya Prezidenti A.Vuçiç vəzifəsindən istefa verdi
İran ABŞ ilə danışıqlar aparmaq niyyətində olmadığını açıqlayıb
D.Tramp İranın 7 günlük atəşkəs təklifini qəbul etmədi
K. Mitsotakis BMT-dəki çıxışında Türkiyə-Yunanıstan münasibətlərini qiymətləndirib
Pezeşkian ABŞ ilə "razılığa gəlməyə hazır" olduqlarını bildirib
Donald Tramp Si Cinpini hava limanında qarşılayıb
ABŞ prezidenti D.Tramp ilə Venesuelanın müvəqqəti dövlət başçısı D.Rodriqez görüş keçiriblər
Fələstin dövlət rəsmisi N.Rudeyne M.Abbasın BMT-də iştirakının qarşısının alınması ilə bağlı danışıb
Qərbi Trakiya türklərindən N.Papaioannunun türk dili ilə bağlı sözlərinə reaksiya
E.Börnhem İordan çayının qərb sahili və Qəzzadakı vəziyyəti qiymətləndirib