TÜRKİYƏ
2 dəqiqə oxuma
H.Fidan: "Türkiyə dövləti İrana qarşı heç bir hərbi müdaxiləni qəbul etmir"
Beynəlxalq sanksiyalar altında olan bir ölkədə iqtisadi vəziyyətin müəyyən qədər aşağı olması təbii haldır
H.Fidan: "Türkiyə dövləti İrana qarşı heç bir hərbi müdaxiləni qəbul etmir"
H.Fidan: "Türkiyə dövləti İrana qarşı heç bir hərbi müdaxiləni qəbul etmir" / AA

Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan yanvarın 15-də verdiyi açıqlamada Türkiyənin İrana yönəlik istənilən hərbi müdaxiləyə qarşı olduğunu vurğulayıb. Nazir H.Fidan rəsmi Tehranın öz daxili problemlərini özü həll etməli olduğunu bildirib. H.Fidan bu fikirləri İstanbulda jurnalistlərlə keçirdiyi görüş zamanı səsləndirib.

İranlı həmkarlarını regional ölkələrlə olan problemləri həll etməyə çağırdığını bildirən H.Fidan deyib: “İqtisadi çətinliklərə səbəb olan bəzi struktur problemlərin aradan qaldırıla bilməsi üçün qlobal nüvə məsələsi ilə bağlı problemlərini heç bir fürsəti qaçırmadan diplomatiya yolu ilə həll etməlidir.”

Məsələnin beynəlxalq müstəvidə olduğunu qeyd edən H.Fidan əlavə edib ki, Tehran rəhbərliyi bəzi siyasi məqamlar səbəbilə sanksiyalara məruz qalır. Beynəlxalq sanksiyalar altında olan bir ölkədə isə iqtisadi vəziyyətin müəyyən qədər aşağı olması təbii haldır.

“İran böyük əhaliyə və dinamik cəmiyyətə malikdir. Yaşamaq və ictimai həyata qatılmaq istəyi çox güclüdür, yetişmiş insan potensialı var. Belə bir cəmiyyəti müəyyən imkanlardan məhrum etdikdə bu cür problemlər ortaya çıxır. Burada qarışdırılan məqam ondan ibarətdir ki, insanların iqtisadi və digər çətinliklər səbəbilə yaşadığı sıxıntılar rejimə qarşı ideoloji üsyan kimi görünə bilər; əslində isə bu tam olaraq belə deyil. Çünki məsələyə yaxından baxıldıqda aydın olur ki, xaricdəki bəzi İran əleyhdarı ölkələrin iştahını artıracaq səviyyədə rejimə qarşı bir düşmənçilik vəziyyəti yaranmayıb. Lakin mövcud siyasətin yaratdığı iqtisadi çətinliklər və bu çətinliklərin yüngülləşdirilə bilməməsi ciddi problemlərə yol açır. Ancaq biz hər bir halda hər hansı bir xarici müdaxilə görmək istəmirik”, - deyə nazir H.Fidan əlavə edib.

MƏNBƏ:TRT
Araşdırma
Belçika Türkiyə ilə sənayə sahəsində əməkdaşlığın gücləndirilməsi çağırışı edir
Türkiyənin BMT-dəki daimi nümayəndəsi Ə.Yıldız Suriyanın irəliləyişi haqqında danışıb
Prezident Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciət edib
Prezident Ərdoğan: "Təhlükəsiz qidaya çıxışı milli təhlükəsizliyimizin əsas hissəsi kimi görürük"
Burhanettin Duran İsrailin müdafiə naziri İsrael Katzın açıqlamalarına reaksiya göstərib
Prezident R.T.Ərdoğan "Türk Dünyası Gənclər Görüşü"  münasibəti ilə video müraciət ünvanlayıb
Ankarada qatil İsrailin Qəzzaya hücumlarına qarşı etiraz aksiyası keçirildi
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial şəbəkədən istifadəsi qadağan edildi
Milli Kəşfiyyat Təşkilatının rəhbəri Suriyanın xarici işlər naziri ilə görüşüb
Milli Müdafiə Nazirliyi: Səudiyyə Ərəbistanına hərbi qüvvə yerləşdirilməsi müzakirə olunub
Türkiyə Qəzzaya humanitar yardım göndərməyə davam edir
R.T. Ərdoğan Fələstin məsələsini hər zaman müdafiə edən liderlərdən biri olub
Prezident R.T.Ərdoğan 2026-2027-ci tədris ilinin açılış mərasimində çıxış edib
Prezident Ərdoğan İstanbulun işğaldan azad edilməsinin 103-cü ildönümünü təbrik edib
Prezident Ərdoğan "AileFest" festivalını gəzib
Türkiyə İsrailin Suriyadakı pozuntularına reaksiya verib
ASELSAN ilə Müdafiə Sənayesi İdarəsi arasında 2,46 milyard avro dəyərində müqavilə imzalanıb
Prezident R.T.Ərdoğan TEKNOFEST tədbirində iştirak edib
Türkiyə ilə Fransa arasında müdafiə əməkdaşlığı sahəsində mühüm addım
Türkiyə husilərin Mədinədəki mədəni infrastruktura hücumunu qınayıb