SİYASƏT
2 dəqiqə oxuma
Aİ Rusiyanın xəbərdarlığına baxmayaraq, Kiyevdəki diplomatlarını geri çağırmayacağını açıqlayıb
Avropa İttifaqı Rusiya üzərindəki təzyiqi artırmağı nəzərdən keçirərkən, Ukraynaya əlavə hava hücumundan müdafiə və maliyyə dəstəyi verməyə davam edəcəyini bildirib
Aİ Rusiyanın xəbərdarlığına baxmayaraq, Kiyevdəki diplomatlarını geri çağırmayacağını açıqlayıb
Annitta Kipper / AA

Avropa İttifaqı (Aİ) Rusiyanın Ukraynanın paytaxtına qarşı hücumların davam edəcəyi barədə xəbərdarlığına baxmayaraq, diplomatlarının Kiyevdə qalacağını açıqlayıb

Avropa Komissiyasının sözçüsü Anitta Hipper Brüsseldə keçirdiyi mətbuat konfransında "Aİ Kiyevdəki mövcudluğunu və fəaliyyətini davam etdirir, bu təhdidlərdən çarəsizlik hissi gəlir" deyib.

A.Hipper "Onlar Ukraynada və digər yerlərdə qorxu və təcrid istəyirlər, lakin mesajımız aydındır. Bunun xeyri olmayaq" ifadələrini işlədib.

Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndəsi Kaja Kallasın bəyanatlarını təkrar edən Hipper Rusiyanın "döyüş meydanında uduzduğunu" və növbəti dəfə mülki şəxsləri və qeyri-hərbi infrastrukturu hədəf almağa yönəldiyini söyləyib.

Hipper bu hücumların Ukrayna, Kiyev xalqı və bölgədəki Aİ nümayəndəliyi üçün "təəssüf ki, gündəlik bir reallıq" olduğunu bildirərək, Aİ-nin mülki missiya qərargahının saymazyana hücumlar kimi xarakterizə edilən zərbələrdə hədəf alındığını qeyd edib.

Hərtərəfli laqeydlik

Hipper son hadisələr səbəbindən Aİ-nin Rusiyanın işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırdığını da bildirib.

Sözçü bu hadisənin Rusiyanın "sülhlə qətiyyən maraqlanmadığını" və davam edən sülh səylərinə qarşı "tam bir laqeydlik" nümayiş etdirdiyini göstərdiyini ifadə edib.

Annita Hipper Aİ-nin Ukraynaya əlavə hava hücumundan müdafiə dəstəyi və maliyyə yardımı ilə dəstək verməyə davam edəcəyini vurğulayaraq, xarici işlər nazirlərinin qarşıdan gələn qeyri-rəsmi görüşündə Rusiya üzərindəki təzyiqin artırılması məsələsini müzakirə edəcəklərinin gözlənildiyini deyib.

Rusiya mayın 25-də Kiyev sakinlərinə, o cümlədən diplomatlar və beynəlxalq təşkilatların əməkdaşlarına, Ukraynanın hərbi sənayesi ilə bağlı obyektlərə yönəlmiş sistemli hücumlardan əvvəl şəhəri "mümkün qədər tez" tərk etmək çağırışı edib.

Moskva bildirib ki, Rusiyanın nəzarətindəki Luqansk bölgəsində 21 nəfərin ölümü ilə nəticələnən və Ukraynanın hücumu kimi xarakterizə edilən hadisədən sonra, bu zərbələr PUA (Pilotsuz Uçuş Aparatı) istehsalı ilə bağlı obyektləri və komanda mərkəzlərini hədəf alacaq.

Ukrayna isə bu iddiaları rədd edərək, qüvvələrinin beynəlxalq humanitar hüquqa uyğun olaraq yalnız hərbi infrastrukturu hədəf aldığını bəyan edib.

Araşdırma
Möhsün Rzayi: "Ölkədən bir qram da zənginləşdirilmiş uran çıxarılmayacaq"
İran İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində ABŞ-yə məxsus PUA-nı zərərsizləşdirib
Abbas Əraqçı Binyamin Netanyahunun İran əleyhinə bəyanatlarına reaksiya verib
Aİ Ukraynaya 2,86 milyard avro müdafiə dəstəyi ödənişi etdi
ABŞ Prezidenti D.Tramp İranın heç vaxt nüvə silahına sahib olmayacağını bildirib
Prezident R.T.Ərdoğan Kosovanın yeni Prezidenti seçilən Şiroka Pulanı təbrik etdi
Axios: Tramp və Netanyahu İsrail və ABŞ-dəki seçkilərdən əvvəl İrana hücum ehtimalını müzakirə etdi
NATO Qara dənizdəki PUA hücumları ilə bağlı müdafiə tədbirlərini nəzərdən keçirəcək
ABŞ Prezidenti Tramp Çin və Rusiyanın İrana kömək etdiklərini düşünmədiyini bildirib
Rusiya: Atəşkəs deyil, uzunmüddətli sülh istəyirik
V.Zelenski Ukrayna nümayəndə heyətinin sabah S.Uitkoff  və C.Kuşnerlə görüşəcəyini bildirib
ABŞ mətbuatı: "Ağ Ev seçkilərdən sonra İrana qarşı hərbi əməliyyatları müzakirə edir"
Pakistan qüvvələri Səudiyyə Ərəbistanına göndərilib
İran:''ABŞ-nin təkliflərinə cavabımız diplomatik kanallarla çatdırılacaq''
Prezident R.T.Ərdoğan və V.Putin arasında telefon danışığı keçirilib
M.Rubio İranın Hörmüz boğazına nəzarəti tamamilə itirdiyini bildirib
Cey Di Vens: "Müharibənin başa çatması üçün İran uranı zənginləşdirmə fəaliyyətlərini azaltmalıdır"
Kanada Baş naziri M.Karni Türkiyəyə rəsmi səfər edəcək
İsrailin müdafiə naziri Katz ordunun Qəzzadakı hazırlıqlarını artırmağı tapşırıb
Məsud Pezeşkian:"ABŞ ilə danışıqların heç bir mənası yoxdur"