TÜRKİYƏ
2 dəqiqə oxuma
Türkiyə, Qətər, Pakistan və İndoneziya müdafiə sənayesi sazişi imzalayacaqlar
Saziş Qətərin yerli müdafiə istehsalı potensialını genişləndirmək səyləri çərçivəsində dörd ölkə arasındakı müdafiə sənayesi əlaqələrini gücləndirməyi hədəfləyir
Türkiyə, Qətər, Pakistan və İndoneziya müdafiə sənayesi sazişi imzalayacaqlar
[ARXİV] Türkiyənin müdafiə naziri Yaşar Gülər dörd ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq sazişi üçün Qətərə səfər edəcək. / Türkiye's Ministry of Defence

"Anadolu" Agentliyinin xəbərinə görə, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər dörd ölkənin iştirakı ilə təşkil olunacaq müdafiə sənayesi sahəsində əməkdaşlıq memorandumunun imzalama mərasimində iştirak etmək üçün Qətərə gedəcək.

Nazir Y. Gülərin oktyabrın 21-də günortadan sonra Qətərə səfər edəcəyi gözlənilir.

Türkiyə, Qətər, Pakistan və İndoneziya anlaşma memorandumunu oktyabrın 22-də imzalayacaqlar.

Həmçinin Qətərin müdafiə məsələləri üzrə dövlət naziri Saud bin Əbdülrəhman bin Həsən Al Tani oktyabrın 19-da Dohadakı Qlobal Təhlükəsizlik Forumunda verdiyi açıqlamada Qətərin yaxın vaxtlarda yerli müdafiə istehsalı mərkəzi yaratmaq planlarını elan edəcəyini bildirib.

Al Tani Qətərin yerli müdafiə potensialını inkişaf etdirmək və müdafiə şirkətlərində investisiya imkanlarını araşdırmaq üçün ABŞ, Böyük Britaniya və Fransa da daxil olmaqla regional və beynəlxalq tərəfdaşlarla işlədiyini qeyd edib.

Al Tani, həmçinin Qətərin ballistik raketlərə, pilotsuz uçuş aparatlarına və kiberhücumlara qarşı imkanlarını gücləndirmək üçün yaxın vaxtlarda yeni tərəfdaşlıq elan edəcəyini bildirib, lakin ətraflı məlumat verməyib.

Bu açıqlamalar Qətərin energetika sektoruna və dəniz ticarətinə təsir edən ABŞ-İsrail-İran müharibəsi zamanı verilib.

Qətər münaqişələrin başlamasından qısa müddət sonra Ras-Laffandakı əsas mayeləşdirilmiş təbii qaz kompleksinin böyük hissəsini bağlamış, strateji Hörmüz boğazından gəmi keçidinə tətbiq edilən məhdudiyyətlər isə qlobal ticarəti əngəlləmişdi.

Türkiyə və Qətər son illərdə strateji tərəfdaşlıqlarını gücləndirərək müdafiə, təhlükəsizlik, ticarət və sərmayə sahələrində əməkdaşlığı genişləndiriblər. Dohada ortaq hərbi komandanlıq saxlayan iki ölkə regional məsələlərdə koordinasiya həyata keçirir.

Türkiyə və Qətər 2025-ci ilin oktyabrında ikili əlaqələri dərinləşdirməyi hədəfləyən daha geniş sazişlərin bir hissəsi olaraq müdafiə sənayesi sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalayıblar.

Araşdırma
Prezident Ərdoğan: "Ölkəmizi ətrafımızdakı münaqişələrdən uzaq saxladıq"
Türkiyə Dəyanət Vəqfi Kərkükdə ehtiyac sahibi yetimlərə geyim və məktəb ləvazimatı dəstəyi göstərib
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Türkiyə dövləti H.Fidan haqqındakı iddiaları təkzib etdi
Türkiyə Kanadadakı hərbi bazada baş verən partlayışla bağlı bu ölkəyə başsağlığı verdi
Rəcəb Tayyib Ərdoğan: "Bu gün enerji sahəsində yeni bir səhifə açırıq"
Türkiyə İsrailin beynəlxalq hüquq pozuntularına qarşı beynəlxalq fəaliyyətə çağırıb
Hakan Fidan CICA Dövlət və Hökumət Başçıları Şurasının yeddinci iclasında iştirak edəcək
İspaniya milli reaktiv təyyarəmiz "Hürjet"ə böyük maraq göstərir
Prezident Ərdoğan: "Türkiyə Səudiyyə Ərəbistanının yanındadır"
Belçika Türkiyə ilə sənayə sahəsində əməkdaşlığın gücləndirilməsi çağırışı edir
Türkiyənin BMT-dəki daimi nümayəndəsi Ə.Yıldız Suriyanın irəliləyişi haqqında danışıb
Prezident Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciət edib
Prezident Ərdoğan: "Təhlükəsiz qidaya çıxışı milli təhlükəsizliyimizin əsas hissəsi kimi görürük"
Burhanettin Duran İsrailin müdafiə naziri İsrael Katzın açıqlamalarına reaksiya göstərib
Prezident R.T.Ərdoğan "Türk Dünyası Gənclər Görüşü"  münasibəti ilə video müraciət ünvanlayıb
Ankarada qatil İsrailin Qəzzaya hücumlarına qarşı etiraz aksiyası keçirildi
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial şəbəkədən istifadəsi qadağan edildi
Milli Kəşfiyyat Təşkilatının rəhbəri Suriyanın xarici işlər naziri ilə görüşüb
Milli Müdafiə Nazirliyi: Səudiyyə Ərəbistanına hərbi qüvvə yerləşdirilməsi müzakirə olunub