DÜNYA
2 dəqiqə oxuma
Rusiya və Türkiyə prezidentləri arasında görüş olub
Vladimir Putin görüş zamanı Ukrayna böhranı mövzusunda göstrərdiyi vasitəçilik səylərinə görə Türkiyəyə təşəkkür edib və rəsmi Ankaranın bu məsələnin həll olunması üçün xüsusi rol oynamağa davam edəcəyinə əmin olduğunu bildirib
Rusiya və Türkiyə prezidentləri arasında görüş olub
Putin Türkiyənin Ukrayna danışıqlarındakı roluna görə təşəkkür edib, Prezident Ərdoğanla regional əməkdaşlığı yüksək qiymətləndirib
1 sentyabr 2025

 

Rusiya prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Çinin Tiencin şəhərində keçirilən iclasda Türkiyә prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Vladimir Putin görüş zamanı Ukrayna böhranı mövzusunda göstrərdiyi vasitəçilik səylərinə görə Türkiyəyə təşəkkür edib və rəsmi Ankaranın bu məsələnin həll olunması üçün xüsusi rol oynamağa davam edəcəyinə əmin olduğunu bildirib.

Vladimir Putin qeyd edib ki, may ayından etibarən İstanbulda Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundu keçirilib və bu danışıqlar tərəflərə humanitar məsələlərdə irəliləyiş əldə etməyə imkan verib.

Rəsmi Ankaranın bu prosesdəki rolunu yüksək qiymətləndirən Vladimir Putin Türkiyənin töhfələrini həm vacib, həm də lazımlı adlandırıb.

Rusiya lideri həmçinin bildirib ki, R.T.Ərdoğanla Yaxın Şərq, Şimali Afrika və Qafqaz kimi müxtəlif regional məsələləri müzakirə ediblər. O, iki ölkә arasındakı əməkdaşlığın konkret və faydalı etimada əsaslandığını qeyd edib.

Vladimir Putin vurğulayıb ki, liderlər səviyyəsində müntəzəm görüşlər mehriban qonşuluq prinsiplərinə uyğun konstruktiv dialoqun davam etdirilməsinə kömək edir.

O, iki ölkə arasında ticarət və sərmayənin davamlı artdığını da diqqətə çatdırıb. Ötən il ikitərəfli ticarətin 6,6 faiz artdığını, 2025-ci ilin ilk yarısında isə əlavə 3 faiz artımın gözlənildiyini bildirib. V.Putin qeyd edib ki, Rusiya şirkətləri Türkiyənin metallurgiya və avtomobil sektorunda, türk şirkətləri isə Rusiyada maşınqayırma, ağac emalı və metallurgiya sahələrində fəal fәaliyyәt göstәrir.

Enerji sahəsindəki əməkdaşlığı "strateji" adlandıran Vladimir Putin "Mavi axın" və "Türk axını" boru kəmərləri ilə təbii qaz nəqlinin fasiləsiz davam etdiyini və Rusiyanın Türkiyənin əsas tәbii qaz təchizatçılarından biri olaraq qaldığını bildirib.

Putin həmçinin Rusiyanın Rosatom şirkəti tərəfindən inşa edilən Akkuyu Atom Elektrik Stansiyasına toxunaraq bu layihəni ikitərəfli əlaqələrin “flaqmanı” adlandırıb və tərəfdaşlığın uzunmüddətli xarakter daşıdığını bildirib.

Qeyd edək ki, Kreml rəsmi danışıqlardan əvvəl Rusiya və Türkiyə nümayəndə heyətlərinin səmimi qarşılaşmasını əks etdirən görüntülər yayıb.

Vladimir Putin Moskva ilə Ankara arasında siyasi etimadın vacibliyini vurğulayaraq əməkdaşlığın yalnız ikitərəfli məsələlərlə məhdudlaşmayaraq, regional və beynəlxalq məsələləri də əhatə etdiyini bildirib.

Araşdırma
İsrailli sənətçilər Qəzzadakı soyqırıma görə beynəlxalq reaksiyalarla üzləşməyə davam edir
ABŞ daha üç narkotik qaçaqmalçısını öldürüb
RSF atəşkəs barədə razılığa gəldikdən sonra Xartuma  və Atbara şəhərinə dronlarla zərbə endirib
Məsud Pezeşkian: “Yağış yağmasa, Tehran sakinləri təxliyə olunacaq”
Cənubi Koreya ordusu: ''Şimali Koreya ballistik raket buraxıb''
Tramp Qəzzada beynəlxalq sabitləşdirmə qüvvələrinin "yaxın zamanda" təşkil ediləcəyini bildirdi
Filippində "Kalmaegi" qasırğası 188 nəfərin ölümünə səbəb olub
BMT Təhlükəsizlik Şurası Suriya Prezidenti və daxili işlər nazirinə qarşı sanksiyaları ləğv etdi
ABŞ və Səudiyyə Ərəbistanı Kaliforniya səhrasında birgə hərbi təlimə başlayıblar
ABŞ BMT Təhlükəsizlik Şurasına Qəzza üzrə işçi qrupunun layihəsini təqdim edib
Filippində "Kalmaegi" qasırğası Vyetnam istiqamətində irəliləyir
BMT:''Sudanın Kordofan bölgəsində törədilən hücumda 40 nəfər həlak olub''
Rusiya qüvvələri Pokrovsk və Kupyansk şəhərlərindəki Ukrayna birliklərini mühasirəyə alıb
İşğal olunmuş  İordan çayının qərb sahilindəki Fələstin şəhərlərinə İsrailin hücumları artıb
Çin astronavtlarının Yerə qayıdışı təxirə salınıb
Zohran Mamdani Nyu-York şəhərinin yeni meri seçildi
ABŞ Sakit okeanda narkotik qaçaqmalçılığı ilə məşğul olan gəmiyə hücum edib
Bosniya və Herseqovinada qocalar evində yanğın baş verib, ölən və yaralananlar var
Fridrix Merts Əhməd Şəraanı Berlinə dəvət edib
UNRWA: Qəzzada 75 mindən çox fələstinli BMT-yə məxsus 100 binada sığınacaq tapıb