Türkiyə Cümhuriyyəti Milli Müdafiə Nazirliyi yerli imkanlarla hazırlanan "AKYA" torpedosunun dəniz təlimi zamanı uğurla sınaqdan keçirildiyini açıqlayıb.
Nazirliyin "NSosyal" platformasındakı rəsmi hesabında yayımlanan məlumatda bildirilir ki, ROKETSAN tərəfindən milli resurslar hesabına ərsəyə gətirilən AKYA ağır torpedosu "DENİZKURDU-II 2026" təlimi çərçivəsində "TCG Sakarya" sualtı qayığından atılıb. Birbaşa dəqiq zərbə endirən torpedo "M/G Sokullu Mehmet Paşa" hədəf gəmisini uğurla məhv edib.
TÖVSİYƏ EDİLƏN
Nazirlik vurğulayıb ki, keçirilən bu döyüş atışı sınağı Türkiyə müdafiə sənayesinin çatdığı yüksək texnoloji səviyyəni bir daha nümayiş etdirir.















