SİYASƏT
2 dəqiqə oxuma
ÇXR Avstraliya hökumətinə hava məkanında yaşanan gərginlik səbəbindən etiraz bildirib
Hər iki tərəf bir-birini təxribat və qanunsuz hərəkətlərdə ittiham edir
ÇXR Avstraliya hökumətinə hava məkanında yaşanan gərginlik səbəbindən etiraz bildirib
ÇXR Avstraliya hökumətinə hava məkanında yaşanan gərginlik səbəbindən etiraz bildirib / Reuters

Çin Müdafiə Nazirliyinin sözçüsü oktyabrın 22-də (bu gün) verdiyi açıqlamada bildirib ki, Çin hökuməti həftəsonu Avstraliya və Çin hərbi təyyarələrinin iştirakı ilə baş vermiş hava insidentindən sonra Avstraliyaya qarşı “kəskin etiraz notası” təqdim edib.

Avstraliya tərəfi oktyabrın 19-da bəyan edib ki, Çinə məxsus hərbi qırıcı Cənubi Çin dənizi üzərində patrul uçuşu həyata keçirən “Poseidon” tipli kəşfiyyat təyyarəsinə yaxın məsafəyə gəlib. Avstraliya Müdafiə Nazirliyi bildirib ki, Çinə məxsus qırıcı təyyarə Avstraliya təyyarəsinə “çox yaxın məsafədə” işıq fişəngləri ataraq ekipajın təhlükəsizliyini ciddi şəkildə riskə altıb.

Çin ordusu isə oktyabrın 20-də yaydığı açıqlamada, Avstraliya təyyarəsinin Şişa adaları (Pekinin “Parasel adaları” üçün istifadə etdiyi ad) üzərindəki Çin hava məkanına qanunsuz şəkildə daxil olduğunu iddia edib və bu səbəbdən bir sıra effektiv qarşı tədbirlər həyata keçirdiyini bildirib.

Qeyd edək ki, Asiyada getdikcə daha çox mübahisə doğuran hava və dəniz sərhədləri ətrafında Çin və Avstraliya arasında oxşar hadisələr əvvəllər də qeydə alınıb.

 

Rəsmi Pekin Kanberra rəhbərliyini təxribatda ittiham edib

Çin Müdafiə Nazirliyi oktyabrın 22-də verdiyi açıqlamada Avstraliyanın bəyanatını tənqid edərək bildirib ki, rəsmi Kanberra “doğru ilə yanlışı ayırd etmədən, günahı Çinə yükləməyə və öz qanunsuz, qərəzli hərəkətlərini gizlətməyə çalışır”.

Nazirliyin sözçüsü Jian Bin onlayn açıqlamasında deyib: “Bu vəziyyət bizi son dərəcə narahat edir və biz Avstraliya tərəfinə sərt etiraz notası təqdim etmişik.”

O əlavə edib ki, Kanberra rəhbərliyi hadisədə Çin tərəfini “əsassız şəkildə təhlükəli davranışlarda ittiham edib.”

Jian Bin vurğulayıb: “Bu iddialar tamamilə əsassızdır. Biz Avstraliyanı qanunsuz, təxribat xarakterli və şişirdilmiş hərəkətlərinə dərhal son qoymağa çağırırıq.”

Çin rəsmisi həmçinin bəyan edib ki, Çin ordusu “ölkənin milli suverenliyini qorumaq üçün zəruri addımlar atmağa davam edəcək.”

MƏNBƏ:TRT
Araşdırma
Endi Bernem Böyük Britaniyanın yeni Baş naziri oldu
Türkmənistan Prezidenti S.Berdiməhəmmədov Gürcüstana rəsmi səfər edib
"Tramp Netanyahunun Türkiyəyə F-35 satışı təklifini tənqid etməsinə qəzəbləndi"
D. Peskov:"Ukrayna böhranın sülh yolu ilə həll edilməsini istəmir"
Suriya ABŞ-nin ölkəni "terroru dəstəkləyən ölkələr" siyahısından çıxarmasını alqışlayıb
İran ABŞ-yə sərt xəbərdarlıq etdi
Donald Tramp: "İranın hər hücumuna adekvat cavab veriləcək''
ABŞ-ın müdafiə naziri İsrailin Baş naziri B.Netanyahu ilə planlaşdırılan görüşünü təxirə salıb
NATO-nun 36-cı sammitinin yekun bəyannaməsi qəbul olunub
Donald Tramp Ukrayna müharibəsinin tezliklə sona çatacağına ümid etdiyini bildirib
NATO və Aİ liderləri mühüm bəyanatlarla çıxış etdilər
D.Tramp:"Prezident R.T.Ərdoğanla F-35 məsələsini müzakirə edəcəyik"
Rusiya:''Ankarada keçirilən NATO sammitini yaxından izləyirik''
Hakan Fidan:"Türkiyə Avropanın müdafiəsində əvəzolunmaz rola malikdir"
H.Fidan:''Ərdoğan və Tramp arasındakı yaxın münasibətlər NATO daxilindəki gərginliyi azalda bilər''
Almaniya:''Avropa kollektiv müdafiədə ciddi olduğunu NATO sammitində göstərəcək''
ABŞ Prezidenti Donald Tramp iyulun 7-də Türkiyəyə rəsmi səfər edəcək
Donald Tramp:''İranla aparılan danışıqlarda irəliləyiş əldə olunub''
Rusiya: "Ukraynaya qarşı təzyiqləri artırmağa davam edəcəyik"
C.D.Vens:''D.Tramp ciddi səbəb olmadığı təqdirdə ordunu İrana göndərmək niyyətində deyil''