DÜNYA
2 dəqiqə oxuma
İsrail Qlobal Qətiyyət Donanmasının 171 üzvünü deportasiya etdi
Deportasiya edilənlәr arasında isveçli fәal Qreta Tunberq dә var
İsrail Qlobal Qətiyyət Donanmasının 171 üzvünü deportasiya etdi
İsrail Qlobal Qətiyyət Donanmasının 171 üzvünü deportasiya etdi / Reuters

İsrail Qəzzanın qeyri-qanuni mühasirəyə alınmasına etiraz edən yardım donanmasının 171 üzvünü deportasiya edib.

İsrail Xarici İşlər Nazirliyi Qlobal Qətiyyət Donanmasının 171 üzvünün Yunanıstan və Slovakiyaya deportasiya olunduğunu açıqlayıb. Deportasiya edilən şəxslər arasında isveçli fəal Qreta Tunberq də var.

Nazirliyin məlumatına görə, deportasiya olunanlar Yunanıstan, İtaliya, Fransa, İrlandiya, İsveç, Polşa, Almaniya, Bolqarıstan, Litva, Avstriya, Lüksemburq, Finlandiya, Danimarka, Slovakiya, İsveçrə, Norveç, Böyük Britaniya, Serbiya və ABŞ vətəndaşlarıdır.

Britaniyanın “The Guardian” qəzetinin yaydığı məlumata əsasən, Qreta Tunberq İsveç rəsmilərinə verdiyi açıqlamada İsraildə yataq qurdları ilə dolu bir kamerada saxlanıldığını bildirib.

Türkiyəli fəal Ersin Çelik isə ‘‘Anadolu’’ xəbər agentliyinə verdiyi müsahibədə qeyd edib ki, "İsrail qüvvələri gözümüzün qarşısında Qretaya ağır işgəncələr verdilər və onu İsrail bayrağını öpməyə məcbur etdilər".

İsrail son günlərdə təxminən 170 donanma üzvünü deportasiya edib. Onların əksəriyyəti İstanbula, digərləri isə İtaliya və İspaniyaya göndərilib. Bu məlumatı İsraildə fəaliyyət göstərən hüquq mərkəzi Adalah yayıb.

Qeyd edək ki, İsrail Hərbi Dəniz Qüvvələri oktyabrın 1-də gecə saatlarında Qlobal Qətiyyət Donanmasına məxsus gəmilərə hücum edərək 470-dən çox donanma üzvünü saxlamışdı. Donanmanın əsas məqsədi Qəzzaya humanitar yardım çatdırmaq və İsrailin əraziyə tətbiq etdiyi mühasirəyə etiraz etmək idi.

İsrail təxminən 18 ildir ki, 2,4 milyon əhalisi olan Qəzza zolağını mühasirədə saxlayır. 2023-cü ilin oktyabrından bu yana İsrailin hava hücumları nəticəsində əksəriyyəti qadın və uşaqlar olmaqla 67.200-dən çox fələstinli həyatını itirib, ərazi yaşayış üçün yararsız hala düşüb. Davam edən blokada Qəzza əhalisini aclıq və humanitar fəlakətlə üz-üzə qoyub.

Araşdırma
Mark Karni Türkiyə ilə tərəfdaşlığı yeni mərhələyə qaldırmaq niyyətində olduqlarını açıqladı
Hindistan və Polşa müdafiə, kosmos və nüvə enerjisi sahələrində əməkdaşlığı dərinləşdirirlər
İsrailin Qəzza zolağına hücumu nəticəsində daha iki fələstinli həlak olub
Səudiyyə Ərəbistanındakı hava limanına hücum nəticəsində 1 nəfər həlak olub
Nyu-Yorkda Fələstinə dəstək nümayişi keçirilib
Ukrayna: Rusiya ordusunun təşkil etdiyi hücumlarda 5 nəfər həlak olub, 56 nəfər yaralanıb
Fransada "Mirage 2000D" tipli qırıcı qəzaya uğrayıb
Fransadakı aksiyalarda 2 nəfər həlak olub
Merts: "Türkiyədən gələn köç Almaniyanı mədəni, iqtisadi və elmi baxıdan zənginləşdirdi"
NATO gəmilərin qorunması üçün Qara dənizə əlavə qüvvələr göndərəcək
BMT Taiz şəhərində humanitar dəhlizin yaradılması ilə bağlı çağırıış edib
Liviya və Türkiyə arasında imzalanmış dəniz yurisdiksiyası memorandumu təsdiqlənib
Ukrayna: Rusiya ordusunun müxtəlif bölgələrə təşkil etdiyi hücumlarda 8 nəfər həlak olub
ABŞ senatoru İsrailə hərbi yardımı dayandırmağa çağırıb
Rusiyanın Kiyev və Xarkov vilayətlərinə hücumları nəticəsində 3 nəfər həlak olub, 11 nəfər yaralanıb
"Flynas" aviaşirkətinə məxsus təyyarə bomba təhlükəsinə görə Romaya təcili eniş edib
Yəmən ordusu: 1 164 əməliyyatda husilərdən 558 nəfər zərərsizləşdirilib
İsrail fələstinlilərə məxsus təxminən 18,3 hektar torpaq sahəsini müsadirə edib
Donald Trampla Benyamin Netanyahu arasında telefon danışığı olub
Qəzzada üç məktəbli İsrail hərbçiləri tərəfindən qətlə yetirildi