SİYASƏT
2 dəqiqə oxuma
“Microsoft” Fələstin tərəfdarı etirazlara qatılan əməkdaşlarını işdən çıxarır
Şirkət Qəzzada davam edən soyqırım fonunda İsraillə əməkdaşlığa qarşı keçirilən aksiyalara qatılan daha iki nəfəri işdən azad etdiyini açıqlayıb
“Microsoft” Fələstin tərəfdarı etirazlara qatılan əməkdaşlarını işdən çıxarır
Microsoft / Reuters

“Microsoft”un avqustun 28-də yaydığı məlumatda bildirilib ki, bir gün əvvəl işdən azad olunan iki nəfərə əlavə olaraq Nisrin Caradat və Culius Şan adlı əməkdaşların da müqaviləsinə xitam verilib.

“No Azure for Apartheid” adlı etirazçı qrup avqustun 27-də yaydığı bəyanatda Anna Hattle və Riki Fameli adlı iki əməkdaşa işdən azad olunduqlarını bildirən səsli mesaj göndərildiyini açıqlamışdı. Qrupun sonrakı gün verdiyi əlavə açıqlamada isə Nisrin Caradat və Culius Şanın da işdən çıxarıldığı bildirildi. Onların hər ikisi son vaxtlar “Microsoft”un binası qarşısında çadır quraraq aksiyalarda iştirak edirdi.

Şirkət açıqlamasında bildirdi ki, işdən çıxarılmalar “şirkət siyasətlərinin ciddi şəkildə pozulması”ndan ötürü həyata keçirilib. “Microsoft” əlavə edib ki, son dövrdə keçirilən aksiyalar ciddi təhlükəsizlik narahatlığı yaradıb.

Fələstin tərəfdarı aksiyaçılar “Microsoft” şirkətindən İsraillə bütün əməkdaşlığı dayandırmağı və fələstinlilərə kompensasiya ödəməyi tələb edir.

Anna Hattle aksiya zamanı çıxışında deyib: “Biz buradayıq, çünki “Microsoft” İsrailə soyqırımı həyata keçirmək üçün lazım olan vasitələri təmin etməyə davam edir, eyni zamanda öz əməkdaşlarını bu həqiqət barədə aldadır və yanlış yönləndirir.”

Bu ay yayımlanan birgə media araşdırması, İsrail hərbi nəzarət qurumunun işğal altındakı İordan çayının qərb sahilində və mühasirədə olan Qəzzada yaşayan fələstinlilərin saysız-hesabsız telefon danışıqlarının qeydlərini saxlamaq üçün “Microsoft”un “Azure” bulud proqramından istifadə etdiyini üzə çıxarıb.

Məsələ ilə bağlı “Microsoft” yönəldilən sorğuya cavab olaraq deyib ki, məsələni araşdırmaq üçün “Covington & Burling LLP” hüquq şirkətinə müraciət edəcək.

Qeyd edək ki, İsrailin Qəzzada həyata keçirdiyi hücumların yaratdığı humanitar böhran getdikcə dərinləşir. Aclıqdan əziyyət çəkən fələstinlilərin, o cümlədən uşaqların görüntüləri dünya ictimaiyyətində güclü qəzəb doğurub. Bu səbəbdən bir çox şirkət və təhsil müəssisəsi İsraillə olan əlaqələrinə görə etiraz hədəfinə çevrilib.

Xatırladaq ki, İsrail 2023-cü ilin oktyabrından bəri Qəzzada həyata keçirdiyi hücumlarda əksəriyyəti qadın və uşaqlar olmaqla təxminən 63 min fələstinlini qətlə yetirib. Hücumlar bölgənin böyük hissəsini dağıntıya çevirib və əhalinin demək olar ki, hamısını didərgin salıb.

MƏNBƏ:TRT
Araşdırma
Rusiya: "Kosmosda hərbi rəqabətin qarşısını almaq üçün konkret addımlar atılmalıdır''
Marko Rubio və Ə.H.Şeybani ikitərəfli münasibətləri və regional təhlükəsizliyi müzakirə ediblər
Səudiyyə Ərəbistanı husilərin hücumlarına adekvat cavab verəcəyini açıqlayıb
Vladimir Putin avropalı hərbçilərin Ukraynaya göndərilməsi ehtimalına münasibət bildirib
Polşa Baş naziri sərhəddəki təhlükənin qarşısının alındığını açıqladı
Əlcəzair Birləşmiş Ərəb Əmirlikləri ilə diplomatik münasibətləri kəsib
Rusiya Ukraynanın "Mi-Ukrayna" telekanalının binasını PUA ilə hədəf alıb
Bazarel Smotriç və İtamar Ben-Qvir Böyük Britaniyaya sanksiya tətbiq olunmasını tələb edib
Rusiya:"Almaniya əsassız iddialar irəli sürərək Bonndakı baş konsulluğumuzu bağladı"
Rusiya Ukrayna və ABŞ ilə üçtərəfli danışıqların bərpa oluna biləcəyini açıqlayıb
Səkkiz ölkənin XİN rəhbəri İsrail rəsmilərinin fələstinlilərlə bağlı planını pislədi
V.Putin ABŞ nümayəndə heyəti ilə Ukrayna məsələsini müzakirə edib
İsmayıl Bəqayi "The Jerusalem Post"un amerikalı gənclərlə bağlı məqaləsinə münasibət bildirib
Benyamin Netanyahu: "Növbəti hədəfimiz İran rejimini devirməkdir"
Putin: "Rusiya ilə Ukrayna arasında razılaşma şansı var"
Donald Tramp İrana tətbiq edilən sanksiyaların əsas məqsədini açıqladı
Çin dövlət başçısı Si Cinpin Misirə işgüzar səfər edib
Si Cinpin, V.Putin və N.Modi ŞƏT sammiti üçün Qırğızıstana səfər edəcəklər
M.B.Qalibaf:"Bizim neft sata bilmədiyimiz bir regionda heç kim neft sata bilməyəcək"
Mariya Zaxarova:"Böyük Britaniya və Fransa odla oynayır"