‘‘Baykar’’ şirkəti tərəfindən yerli imkanlarla istehsal olunan Bayraktar AKINCI PUA-sı havada döyüş qabiliyyətini bir daha nümayiş etdirib. Aparat Qara dənizdə keçirilən sınaq zamanı hədəfi ROKETSAN-nın istehsal etdiyi SUNGUR raketi uğurla sıradan çıxarıb.
Tekirdağdakı Çorlu Uçuş Təlim və Sınaq Mərkəzindən havaya qalxan AKINCI PUA-sı Qara dəniz üzərindəki sınaq bölgəsinə doğru irəliləyib. Sinop sahillərində həyata keçirilən sınaq zamanı hədəf AKINCI-dan buraxılan SUNGUR raketi ilə uğurla vurulub. Sınaqdan sonra PUA planlaşdırılan marşrutla Çorluya geri qayıdıb.
Bütün layihələrini öz maliyyə imkanları ilə həyata keçirən ‘‘Baykar’’ şirkəti qlobal PUA bazarındakı liderliyini qoruyur. Şirkət 2025-ci ildə 2,2 milyard dollarlıq ixrac həcmi ilə öz rekordunu yeniləyib.





















