DÜNYA
2 dəqiqə oxuma
Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən çıxmaqla bağlı qanun layihəsini təsdiqləyib
Macarıstan parlamenti mayın 20-də ölkənin Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) çıxması prosesini başladan qanunu qəbul edib
Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən çıxmaqla bağlı qanun layihəsini təsdiqləyib
Beynəlxalq Cinayət Məhkəməsi / AP
20 may 2025

Macarıstan hökuməti İsrailin Baş naziri Netanyahuya qarşı atılan addımlara görə Beynəlxalq Cinayət Məhkəməsinə reaksiya verib və məhkəmədən çıxmaq prosesinə başladığını açıqlayıb.

Macarıstan parlamenti mayın 20-də ölkənin Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) çıxması prosesini başladan qanunu qəbul edib.

Orban hökuməti qərarı aprelin 3-də İsrailin Baş naziri Benyamin Netanyahunun BCM-nin həbs qərarına baxmayaraq nadir xarici səfəri çərçivəsində Macarıstana gəlməsindən qısa müddət sonra elan edib.

BCM-yə üzv olan Dövlətlərin Assambleyasına sədrlik bu addımdan narahatlığını bildirib.

Beynəlxalq Cinayət Məhkəməsi iyirmi ildən artıqdır ki, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və soyqırımda ittiham olunanları mühakimə etmək üçün yaradılıb.

Orban keçən ay deyib ki, BCM indi “qərəzsiz məhkəmə deyil, qanunun aliliyi məhkəməsi deyil, siyasi məhkəmədir”.

Macarıstan İsrailin baş nazirinin həbsi ideyasını rədd edərək, qərarı "cəsarətli" adlandırıb.

Netanyahunun həbsi dönüş nöqtəsidir

Macarıstan BCM-nin təsisçilərindən biridir və məhkəmənin təsis sənədini 2001-ci ildə ratifikasiya edib. Lakin bu qanun hələ də qüvvəyə minməyib.

BMC-dən çıxmaq qərarı 134 ölkənin lehdə, 37 üzvün isə əleyhdə səs verməsi ilə qəbul edilib.

Baş nazirin müavini Zsolt Semjenin parlamentə təqdim etdiyi qanun layihəsində deyilir: "Macarıstan beynəlxalq təşkilatların, xüsusən də cinayət məhkəmələrinin siyasi təsir aləti kimi istifadəsini qəti şəkildə rədd edir".

Netanyahu Macarıstanın BCM-dən çıxmaq qərarını “cəsarətli və prinsipial qərar” kimi qiymətləndirib.

İsrailin baş naziri Qəzzada hərbi cinayətlər törətdiyi iddiası ilə BCM-nin həbs qərarı ilə üzləşib. Netanyahu bu ittihamları rədd edib.

Ölkənin BCM-dən çıxması Birləşmiş Millətlər Təşkilatının Baş katibinə yazılı bildiriş göndərildikdən bir il sonra qüvvəyə minir.

Araşdırma
Rusiya hərbi obyektinə dəyən raketin qalıqları səbəbindən yaxınlıqdakı kəndlərdən biri boşaldılıb
Sudanda Nil çayında bərənin aşması nəticəsində on beş nəfər həlak olub
Rusiya Ukraynanın Odessa bölgəsindəki elektrik stansiyasına zərbə endirib
Liviyada təcili yardım helikopteri qəzaya uğrayıb
Kolumbiyada rekord həddə yağan yağış ölümcül daşqınlara və torpaq sürüşmələrinə səbəb olub
Yaponiyada güclü qar yağışı 46 nəfərin ölümünə səbəb olub
Liviya sahillərində qayıq aşıb, ikisi körpə olmaqla 53 miqrant ölüb və ya itkin düşüb
İsak Hersoqun Avstraliyaya səfəri zamanı Fələstin tərəfdarı etirazlar keçirilib
İsrail qüvvələri atəşkəs davam edərkən Rəfahın şərqində daha dörd fələstinlini öldürüb
Suriyanın şimal-qərbində baş verən qəfil daşqınlar yüzlərlə insanı evsiz qoyub
Rusiyaya məxsus dronlar Odessa və Xarkova zərbələr endirib, ən azı üç nəfər ölüb
Nigeriyada yol-nəqliyyat hadisəsi olub, ölən və yaralananlar var
Livanda beşmərtəbəli binanın çökməsi nəticəsində həyatını itirənlərin sayı 9 nəfərə çatıb
Cənubi Koreyada "AH-1S Cobra" helikopteri qəzaya uğrayıb
Hindistanda kömür mədənində baş verən partlayışda ölənlərin sayı 27-yə çatıb
Çin və Cənubi Koreya 15 ildən sonra birgə SAREX təlimlərini bərpa etməyi müzakirə etdi
Karni: "Türkiyə Kanada üçün həyati tərəfdaşdır"
Qətərdə keçirilən “Ərəb Körfəzi Təhlükəsizliyi–4” təlimi başa çatıb
İsrail 54 fələstinlinin cəsədini təhvil verib
İsrailin bir zabitin yaralandığını iddia etməsindən sonra Qəzzada doqquz fələstinli həlak olub