SİYASƏT
2 dəqiqə oxuma
H.Fidan venesuelalı həmkarı İ.Xil ilə telefon danışığı aparıb
Türkiyənin XİN rəhbəri H.Fidan təxminən 200 nəfərin ölümünə səbəb olan zəlzələ ilə bağlı baş sağlığı verib
H.Fidan venesuelalı həmkarı İ.Xil ilə telefon danışığı aparıb
H.Fidan venesuelalı həmkarı İ.Xil ilə telefon danışığı aparıb / AP

Türkiyə Xarici İşlər Nazirliyindən "Anadolu" agentliyinə verilən məlumata görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan iyunun 25-də venesuelalı həmkarı İvan Xil ilə telefon daşığı aparıb.

Bildirilir ki, nazir H.Fidan həmkarına Türkiyə xalqı adından başsağlığı diləklərini çatdıraraq Venesuelada baş verən zəlzələ fəlakətini və bundan sonra yarana biləcək humanitar ehtiyacları müzakirə edib. Baş tutan görüşdə H.Fidan zəlzələnin törətdiyi fəsadlar və Venesuelanın yardım ehtiyacları barədə İ.Xildən məlumat alıb.

Danışıqlar zamanı nazir H.Fidan Türkiyənin yardım göstərməyə davam edəcəyini vurğulayıb.

Xəbər verildiyi kimi, iyunun 24-də axşam saatlarında Venesuelanın şimal-qərbindəki San-Felipe şəhərində 7,2, daha sonra isə Yumarenin cənub-şərqində 7,5 maqnituda gücündə iki güclü zəlzələ baş verib.

Milli Assambleyanın spikeri Xorxe Rodriqes ilk təkanlardan bəri 138 yeraltı təkanın qeydə alındığını deyib.

X.Rodriqes fəlakətdən sonra ölənlərin sayının 188-ə yüksəldiyini bildirib. O, həmçinin 1520 nəfərin yaralandığını, 200 insanın dağıntılar altında qaldığını və 157 adamın isə itkin düşdüyünü qeyd edib.

X.Rodriqes əksəriyyəti La-Quayra ştatında olmaqla, 250 bina və 20 ticarət mərkəzi daxil olmaqla, ümumilikdə 346 infrastruktur obyektinə ziyan dəydiyini ifadə edib.

Səkkiz xəstəxana da zəlzələdən zərər çəkib. Buna görə də rəsmi qurumlar xəstələri digər tibb müəssisələrinə təxliyə etmək məcburiyyətində qalıblar.

Venesuela prezidentinin səlahiyyətlərinin müvəqqəti icraçısı  Delsi Rodriqes fəlakətdən sonra ölkədə fövqəladə vəziyyət elan edib.

Venesuela hökuməti zərər çəkmiş evlərin və xəstəxanaların bərpası da daxil olmaqla, təxirəsalınmaz yenidənqurma işlərinə dəstək məqsədilə 200 milyon dollarlıq xüsusi fondun yaradıldığını da bəyan edib.

MƏNBƏ:TRT