SİYASƏT
1 dəqiqə oxuma
Qlobal Sumud Donanmasında yer alan türkiyəli aktivistlər İordaniya üzərindən vətənə qayıdır
Ötən həftə Qəzzaya humanitar yardım aparmağa çalışarkən beynəlxalq sularda İsrail qüvvələri tərəfindən habs edilən aktivistlər azadlığa buraxılıb
Qlobal Sumud Donanmasında yer alan türkiyəli aktivistlər İordaniya üzərindən vətənə qayıdır
Qlobal Sumud Donanmasında yer alan türkiyəli aktivistlər İordaniya üzərindən vətənə qayıdır / Reuters
7 oktyabr 2025

İsrailin Qəzza istiqamətində yola çıxan Qlobal Sumud Donanmasına hücumundan sonra qanunsuz şəkildə saxlanılan bir qrup türkiyəli aktivist oktyabrın 7-də (bu gün) azadlığa buraxılıb.

İsrailin cənubunda yerləşən “Ketziot” həbsxanasında saxlanılan aktivistlər işğal altındakı İordan çayının qərb sahili ilə İordaniya arasındakı Kral Hüseyn (Allenbi) körpüsü sərhəd-keçid məntəqəsinə gətirilib.

Qeyd edək ki, aktivistlərin azad olunması Ankara rəhbərliyinin gəmi basqınında saxlanılan Türkiyə vətəndaşlarının təhlükəsiz şəkildə geri dönməsini təmin etmək üçün günlərlə yürütdüyü diplomatik səylərin nəticəsində mümkün olub.

 

Beynəlxalq sularda hücum

Xəbər verildiyi kimi, İsrail hərbi-dəniz qüvvələri ötən həftə beynəlxalq sularda Qlobal Sumud Donanmasına hücum edərək gəmilərə ələ keçirib və 50-dən çox ölkədən olan 470-in üzərində aktivisti həbs edib.

Qəzzaya humanitar yardım çatdırmaq məqsədiylə yola çıxan onlarla gəmi İsrailin təxminən 18 ildir davam edən blokadasına meydan oxumağı hədəfləyirdi.

İnsan hüquqları təşkilatlarının dəniz hüququnun pozulması kimi qiymətləndirdiyi İsrail qüvvələrinin bu hücumu genişmiqyaslı beynəlxalq qınamalara səbəb olub.

Xatırladaq ki, bloka şəraitində yaşamağa məcbur qalan 2,4 milyon fələstinli 2023-cü ilin oktyabrından bəri İsrailin həyata keçirdiyi bombardmanlar nəticəsində, çoxu qadın və uşaq olmaqla 67 mində çox fələstinli həyatını itirib, demək olar ki, bütün Qəzza infrastrukturu məhv edilərək bölgə yaşanmaz hala çevrilib.

MƏNBƏ:TRT