SİYASƏT
2 dəqiqə oxuma
Radoslav Sikorski: Rusiya NATO-nu pilotsuz uçuş aparatlarının pozuntuları ilə sınaqdan keçirir
R.Sikorski Trampın hadisənin səhv olduğu iddiasını rədd etdi və bildirdi ki,...
Radoslav Sikorski: Rusiya NATO-nu pilotsuz uçuş aparatlarının pozuntuları ilə sınaqdan keçirir
Radoslav Sikorski / Reuters

Xarici işlər naziri Radoslav Şikorski Trampın Rusiya pilotsuz təyyarələrinin Polşanın hava məkanını pozması ilə bağlı iddiasının “səhv” olduğu barədəki açıqlamasını rədd edərək, 7 saat ərzində 19 pilotsuz təyyarə pozuntusunun təsadüf ola bilməyəcəyini bildirib.

Polşanın xarici işlər naziri Radoslav Sikorski qeyd edib ki, keçən həftə Polşanın hava məkanını pozan Rusiyaya aid pilotsuz təyyarələr, tammiqyaslı müharibəni hədəfləməsələr belə, NATO-nun cavabını sınamaq məqsədi daşıyır.

Radoslav Sikorski İngiltərədə dərc olunan "The Guardian" qəzetinə deyib: "Maraqlıdır ki, onların hamısı uğursuz oldu; bu, mənə elə gəlir ki, Rusiya müharibəyə başlamadan bizi sınamağa çalışırdı".

Təxminən 19 pilotsuz təyyarədən yalnız üç və ya dördünün vurulması ilə bağlı tənqidləri rədd edən Şikorski, "Pilotsuz təyyarələr hədəflərinə çata bilməyib və maddi ziyana səbəb olub, heç kim xəsarət almayıb. Bu, Ukraynada baş versəydi, Ukrayna standartları ilə müqayisədə 100 faiz uğur sayılardı" deyib.

Sikorski əlavə edib ki, itkilər olarsa, Varşavanın cavabı "daha sərt" olacaq.

Səhv deyil

Radoslav Sikorski Trampın “Rusiyanın pozuntuları xəta ola bilər” ifadəsini qəti şəkildə rədd edib.

Şikorski "Bir və ya iki dronun səhv istiqamətləndirilməsinə inana bilərsiniz, amma bir gecədə yeddi saat ərzində 19 səhv? Bağışlayın, buna inanmıram" deyib.

Rusiya tərəfi Polşanı qəsdən hədəfə alması ilə bağlı iddiaları təkzib edib.

Radoslav Sikorski "X" platformasındakı paylaşımda Moskvanı ziddiyyətli bəyanatlarla ittiham edərək, "Rusiya hökuməti pilotsuz təyyarələrin təsadüfən Polşa hava məkanını pozduğunu iddia edir, Rusiyanın BMT-dəki daimi nümayəndəsi isə Rusiya pilotsuz təyyarələrinin fiziki olaraq Polşaya çata bilməyəcəyini iddia edir. Hansı rus yalanına inanmalıyıq?" deyib.

NATO sentyabrın 12-də verdiyi açıqlamada bildirib ki, şərq cinahına daha çox döyüş təyyarəsi yerləşdirməklə gələcək dron hücumlarına qarşı müdafiəsini gücləndirəcək.

Araşdırma
ABŞ-ın müdafiə naziri İsrailin Baş naziri B.Netanyahu ilə planlaşdırılan görüşünü təxirə salıb
NATO-nun 36-cı sammitinin yekun bəyannaməsi qəbul olunub
Donald Tramp Ukrayna müharibəsinin tezliklə sona çatacağına ümid etdiyini bildirib
NATO və Aİ liderləri mühüm bəyanatlarla çıxış etdilər
D.Tramp:"Prezident R.T.Ərdoğanla F-35 məsələsini müzakirə edəcəyik"
Rusiya:''Ankarada keçirilən NATO sammitini yaxından izləyirik''
Hakan Fidan:"Türkiyə Avropanın müdafiəsində əvəzolunmaz rola malikdir"
H.Fidan:''Ərdoğan və Tramp arasındakı yaxın münasibətlər NATO daxilindəki gərginliyi azalda bilər''
Almaniya:''Avropa kollektiv müdafiədə ciddi olduğunu NATO sammitində göstərəcək''
ABŞ Prezidenti Donald Tramp iyulun 7-də Türkiyəyə rəsmi səfər edəcək
Donald Tramp:''İranla aparılan danışıqlarda irəliləyiş əldə olunub''
Rusiya: "Ukraynaya qarşı təzyiqləri artırmağa davam edəcəyik"
C.D.Vens:''D.Tramp ciddi səbəb olmadığı təqdirdə ordunu İrana göndərmək niyyətində deyil''
Ermənistan rəhbərliyi İsrailin 1915-ci il hadisələrini “siyasi alətə çevirməsinə” qarşı çıxıb
İordan çayının qərb sahilində yeni məskunlaşma planı hazırlandığı iddia edilib
Tramp İranla görüşün Qətərdə keçiriləcəyini bildirsə də, İran birbaşa danışıqları rədd edir
İran D.Trampın danışıqlar barədə bəyanatını təkzib etdi
ABŞ və İran arasında əldə olunmuş razılaşma pozuldumu?
ABŞ İsrail və Livan arasında əldə olunmuş sülh sazişinin təfərrüatlarını açıqlayıb
Qazaxıstan Ukraynanın Rusiyadakı zavoda törətdiyi PUA hücumundan sonra qaz hasilatını azaldıb