Danimarka Ukraynaya həm hərbi, həm də enerji sahələrində təxminən 750 milyon dollar dəstək verəcəklərini bəyan edib.
Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen Parlamentin Xarici Siyasət Komitəsinin iclasından sonra mətbuata açıqlama verib.
Rasmussen Ukraynaya hərbi dəstək məqsədilə 32-ci yardım paketini reallaşdıracaqlarını bildirərək, bu çərçivədə Ukraynaya 720 milyon dollar (4,8 milyard Danimarka kronu) dəyərində vəsait ayrılacağını ifadə edib.
Ukraynada elektrik kəsintilərinin yaşandığını, əhalinin soyuq hava şəraiti ilə də mübarizə apardığını qeyd edən Rasmussen Danimarkanın enerji sahəsində də Ukraynaya əlavə 22,5 milyon dollar (150 milyon Danimarka kronu) vəsait ayıracağını söyləyib.
Rasmussen Ukrayna Prezidenti Volodimir Zelenskinin Danimarkanın paytaxtı Kopenhagenə edəcəyi səfəri də dəyərləndirərək, bunun bir müddətdir planlaşdırıldığını, lakin bu gün elan edildiyini bildirib.
Danimarkanın müdafiə naziri Yappe Bruus da Zelenskinin səfəri öncəsi açıqlanan yardım paketinin Ukraynanın hər zaman yanında olduqlarının bir göstəricisi olduğunu vurğulayıb.
Danimarka Baş Nazirliyi Zelenskinin bu gün paytaxt Kopenhagendə Skandinaviya ölkələrinin liderləri ilə görüşəcəyini bəyan etmişdi.






















