DÜNYA
2 dəqiqə oxuma
Kaliforniya Trampın tarifləri ilə bağlı məhkəməyə müraciət edən ilk ştat oldu
Sənəddə qeyd edilir ki, Kaliforniya ABŞ məhsullarının ən böyük idxalçısı olduğu üçün tarif xərclərinin qeyri-mütənasib yükünü öz üzərinə götürür
Kaliforniya Trampın tarifləri ilə bağlı məhkəməyə müraciət edən ilk ştat oldu
/ Reuters

Kaliforniya ABŞ prezidenti Donald Trampı tarif tətbiqi səbəbindən məhkəməyə verən ilk ABŞ ştatı olub.

"Bu gün Kaliforniya ştatı adından Tramp administrasiyasını məhkəməyə verdiyimizi elan edirəm. Kaliforniya, ölkəmizin ən böyük istehsal ştatıdır və qlobal miqyasda ən böyük ticarət tərəfdaşlarından biridir. Tramp administrasiyasının müasir Amerika tarixindəki ən böyük vergi artımını tətbiq etmək üçün irəli sürdüyü birtərəfli səlahiyyətlə bağlı heç bir ştat Kaliforniya qədər təsirlənməyib. Bu, ölkəmizin tarixindəki ən böyük avtoqoldur və müasir Amerika tarixindəki ən özünü məhv edən addımlardan biridir," - deyə Kaliforniya qubernatoru Qavin Nevsom bildirib.

40 milyon əhalisi olan və ABŞ-ın ÜDM-nin 14 faizini təşkil edən böyük iqtisadiyyatı ilə Kaliforniya, son dəyişikliklərin proqnozlaşdırılan iqtisadi zərərinin ağır yükünü daşıyacaq.

Nevsom administrasiyası xəbərdarlıq edib ki, əgər Trampın tarif siyasəti beynəlxalq ticarəti azaldarsa, Kaliforniya milyardlarla dollar gəlir itirə bilər.

"ABŞ Konstitusiyası Konqresə tariflər tətbiq etmək səlahiyyəti verir və Trampın yeni tariflər üçün səlahiyyətli kimi göstərdiyi IEEPA, prezidentə Amerika Birləşmiş Ştatlara daxil olan bütün mallara özbaşına vergi tətbiq etmək səlahiyyətini vermir. Prezident Trampın yeni tarif sərəncamı artıq iqtisadiyyata dağıdıcı təsir göstərib, səhm və istiqraz bazarlarında xaos yaradıb, yüz milyardlarla dolları bir neçə saat ərzində bazar dəyərindən silib, heç bir xəbərdarlıq və ya lazımi prosedur olmadan investisiyaları azaldıb", – deyə məhkəmə iddiasında vurğulanıb.

İddiada qeyd edilir ki, ABŞ ştatları arasında ən böyük idxalçı və dünyanın beşinci ən böyük iqtisadiyyatı olan Kaliforniya tariflərin xərclərinin qeyri-mütənasib yükünü daşıyır.

Ağ Evin sözçüsü Kuş Desai çərşənbə günü bildirib ki, Kaliforniya qubernatoru Gavin Nevsom Trampın tariflərini əngəlləməyə çalışmaq əvəzinə, öz ştatında cinayət, evsizlik və yüksək qiymətlərlə mübarizə aparmalıdır.

Desai həmçinin deyib: "Trump administrasiyası Amerika sənayelərini məhv edən və işçilərimizi tariflərdən tutmuş danışıqlara qədər istifadə edə biləcəyimiz hər vasitə ilə geridə qoyan bu milli fövqəladə vəziyyətin həllinə sadiqdir".

Tramp administrasiyası artıq üç analoji məhkəmə iddiası ilə üzləşib. Bunlardan biri Nyu-Yorkda yerləşən Beynəlxalq Ticarət Məhkəməsindəki Liberty Justice Center biznes vəkillik qrupu tərəfindən bütün tarifləri bloklamaq istəyən iddiadır; başqa biri kiçik bir biznes sahibi tərəfindən Florida federal məhkəməsində Çinə tətbiq edilən tarifləri bloklamaq üçün verilən iddiadır; üçüncüsü isə Kanadanın Alberta və Montana əyalətlərində yayılmış yerli Amerika qəbiləsi olan Blackfeet Nation üzvləri tərəfindən Montanada təqdim edilmiş və Trampın Kanadaya tətbiq etdiyi tariflərə etiraz edən iddiadır.

Araşdırma
Mark Karni Türkiyə ilə tərəfdaşlığı yeni mərhələyə qaldırmaq niyyətində olduqlarını açıqladı
Hindistan və Polşa müdafiə, kosmos və nüvə enerjisi sahələrində əməkdaşlığı dərinləşdirirlər
İsrailin Qəzza zolağına hücumu nəticəsində daha iki fələstinli həlak olub
Səudiyyə Ərəbistanındakı hava limanına hücum nəticəsində 1 nəfər həlak olub
Nyu-Yorkda Fələstinə dəstək nümayişi keçirilib
Ukrayna: Rusiya ordusunun təşkil etdiyi hücumlarda 5 nəfər həlak olub, 56 nəfər yaralanıb
Fransada "Mirage 2000D" tipli qırıcı qəzaya uğrayıb
Fransadakı aksiyalarda 2 nəfər həlak olub
Merts: "Türkiyədən gələn köç Almaniyanı mədəni, iqtisadi və elmi baxıdan zənginləşdirdi"
NATO gəmilərin qorunması üçün Qara dənizə əlavə qüvvələr göndərəcək
BMT Taiz şəhərində humanitar dəhlizin yaradılması ilə bağlı çağırıış edib
Liviya və Türkiyə arasında imzalanmış dəniz yurisdiksiyası memorandumu təsdiqlənib
Ukrayna: Rusiya ordusunun müxtəlif bölgələrə təşkil etdiyi hücumlarda 8 nəfər həlak olub
ABŞ senatoru İsrailə hərbi yardımı dayandırmağa çağırıb
Rusiyanın Kiyev və Xarkov vilayətlərinə hücumları nəticəsində 3 nəfər həlak olub, 11 nəfər yaralanıb
"Flynas" aviaşirkətinə məxsus təyyarə bomba təhlükəsinə görə Romaya təcili eniş edib
Yəmən ordusu: 1 164 əməliyyatda husilərdən 558 nəfər zərərsizləşdirilib
İsrail fələstinlilərə məxsus təxminən 18,3 hektar torpaq sahəsini müsadirə edib
Donald Trampla Benyamin Netanyahu arasında telefon danışığı olub
Qəzzada üç məktəbli İsrail hərbçiləri tərəfindən qətlə yetirildi