DÜNYA
1 dəqiqə oxuma
Nepalda sosial şəbəkələrin bloklanması ləğv edilib
Nazirlər Kabinetinin sözçüsü və rabitə ilə İnformasiya texnologiyaları naziri Pritvi Suba Qurunq ötən həftə tətbiq olunan sosial media qadağasının ləğv edildiyini açıqlayıb
Nepalda sosial şəbəkələrin bloklanması ləğv edilib
9 sentyabr 2025

Nepalda 19 nəfərin ölümü ilə nəticələnən etirazlardan sonra sosial şəbəkələrin bloklanması ləğv edilib.

Nazirlər Kabinetinin sözçüsü və rabitə ilə İnformasiya texnologiyaları naziri Pritvi Suba Qurunq ötən həftə tətbiq olunan sosial media qadağasının ləğv edildiyini açıqlayıb.

Qərar “Z nəsli”nin geniş yayılmış korrupsiyaya qarşı etirazları zamanı 19 nəfərin öldürülməsi və 100-dən çox insanın yaralanmasından sonra verilib. Etirazlar sosial media şəbəkələrinin bloklanmasına qarşı reaksiya olaraq başlayıb.

“Reuters” agentliyinə müsahibə verən Qurunq deyib: “Sosial media platformalarının bloklanması ilə bağlı qərarı ləğv etdik”.

Baş nazir K.P. Şarma Oli baş verən zorakılığa görə kədərləndiyini bildirib. Oli həlak olanların ailələrinə maddi dəstək veriləcəyini və yaralıların pulsuz müalicə olunacağını açıqlayıb.

Oli həmçinin bildirib ki, 15 gün ərzində hadisənin səbəblərini araşdırmaq, itkiləri qiymətləndirmək və gələcəkdə belə halların təkrarlanmaması üçün tədbirlər görmək məqsədilə araşdırma komitəsi yaradılacaq.

Qeyd edək ki, ölkədə ‘‘Facebook’’ da daxil olmaqla bir neçə sosial media platformasına giriş bloklanmışdı. Bu qərar gənclər arasında qəzəbə səbəb olmuşdu.

Səlahiyyətlilər bildiriblər ki, qadağa saxta şəxsiyyət vəsiqələri, dezinformasiya və nifrət nitqi ilə mübarizə məqsədilə hökumətdə qeydiyyatdan keçməmiş sosial media platformalarını hədəf alırdı. Nepalın əsas müxalifət partiyası isə bu qərarı tənqid edib.

Araşdırma
ABŞ daha üç narkotik qaçaqmalçısını öldürüb
RSF atəşkəs barədə razılığa gəldikdən sonra Xartuma  və Atbara şəhərinə dronlarla zərbə endirib
Məsud Pezeşkian: “Yağış yağmasa, Tehran sakinləri təxliyə olunacaq”
Cənubi Koreya ordusu: ''Şimali Koreya ballistik raket buraxıb''
Tramp Qəzzada beynəlxalq sabitləşdirmə qüvvələrinin "yaxın zamanda" təşkil ediləcəyini bildirdi
Filippində "Kalmaegi" qasırğası 188 nəfərin ölümünə səbəb olub
BMT Təhlükəsizlik Şurası Suriya Prezidenti və daxili işlər nazirinə qarşı sanksiyaları ləğv etdi
ABŞ və Səudiyyə Ərəbistanı Kaliforniya səhrasında birgə hərbi təlimə başlayıblar
ABŞ BMT Təhlükəsizlik Şurasına Qəzza üzrə işçi qrupunun layihəsini təqdim edib
Filippində "Kalmaegi" qasırğası Vyetnam istiqamətində irəliləyir
BMT:''Sudanın Kordofan bölgəsində törədilən hücumda 40 nəfər həlak olub''
Rusiya qüvvələri Pokrovsk və Kupyansk şəhərlərindəki Ukrayna birliklərini mühasirəyə alıb
İşğal olunmuş  İordan çayının qərb sahilindəki Fələstin şəhərlərinə İsrailin hücumları artıb
Çin astronavtlarının Yerə qayıdışı təxirə salınıb
Zohran Mamdani Nyu-York şəhərinin yeni meri seçildi
ABŞ Sakit okeanda narkotik qaçaqmalçılığı ilə məşğul olan gəmiyə hücum edib
Bosniya və Herseqovinada qocalar evində yanğın baş verib, ölən və yaralananlar var
Fridrix Merts Əhməd Şəraanı Berlinə dəvət edib
UNRWA: Qəzzada 75 mindən çox fələstinli BMT-yə məxsus 100 binada sığınacaq tapıb
Peru keçmiş baş nazirə sığınacaq verilməsindən sonra Meksika ilə əlaqələrini dayandırıb