SİYASƏT
2 dəqiqə oxuma
Ağ Ev Nobel Komitəsini D.Trampı mükafatlandırmadığı üçün tənqid etdi
Ağ Ev Nobel Komitəsinin ABŞ prezidenti Donald Trampı nəzərə almamasını “sülh əvəzinə siyasətin üstün tutulması” kimi qiymətləndirib
Ağ Ev Nobel Komitəsini D.Trampı mükafatlandırmadığı üçün tənqid etdi
Nobel Sülh Mükafatı / Reuters

Ağ Evin sözçüsü Stiven Çunq Nobel Sülh Mükafatının Venesuela müxalifətinin tanınmış siması Mariya Korina Maçadoya verilməsini kəskin şəkildə tənqid edib. S.Çunq “X” platformasında etdiyi paylaşımda yazıb:

“ABŞ prezidenti Donald Tramp sülh sazişləri imzalamağa, müharibələri bitirməyə və insan həyatını xilas etməyə davam edəcək. O, humanist bir ürəyə malikdir və iradəsinin gücü ilə dağları yerindən oynadacaq qədər qüvvətli bir liderdir. Nobel Komitəsi sülhü deyil, siyasəti üstün tutduqlarını bir daha sübut etdi.”

Xəbər verildiyi kimi, Norveç Nobel Komitəsi 2025-ci il üçün Nobel mükafatını Venesueladan olan Mariya Korina Maçadoya təqdim edərək onu “azadlığın cəsur müdafiəçilərindən biri” adlandırıb və “Venesuela xalqının demokratik hüquqlarının müdafiəsi uğrunda yorulmaz mübarizəsi”nə görə təltif edib.

M. Korina Maçado isə sosial şəbəkə “X”da paylaşım edərək bunları yazıb: “Biz qələbənin astanasındayıq və bu gün hər zamankindən daha çox prezident D.Trampa, ABŞ xalqına, Latın Amerikası xalqlarına və dünyanın demokratik millətlərinə azadlıq və demokratiyanın qazanılması uğrunda əsas müttəfiqlərimiz kimi güvənirik.”

 

“Ölkəmizə böyük təhqirdir”

Amerika prezidenti D.Tramp uzun müddətdirki Nobel mükafatı üçün kampaniya aparırdı. O, bu həftə İsrailin Qəzzadaki soyqırımını dayandırmaq məqsədi daşıyan atəşkəs və girov mübadiləsi razılaşmasını elan etmişdi.

D.Tramp Nobel qərarı barədə hələlik birbaşa açıqlama verməyib. Lakin o, oktyabrın 10-da səhər “Truth Social” hesabında İsrailin soyqırımını dayandıran Qəzza sülh razılaşmasını təbrik edən dəstəkçilərinin üç videosunu paylaşıb.

Xatırladaq ki, ABŞ-nin sabiq dörd prezidenti bu mükafata layiq görülmüşdü: Barak Obama 2009-cu ildə, Cimmi Karter 2002-ci ildə, Vudro Vilson 1919-cu ildə, Teodor Ruzvelt isə 1906-cı ildə Nobel Sülh Mükafatına layiq görülüblər. Onlardan yalnız C.Karter mükafatı vəzifədən getdikdən sonra qazanmışdı. B.Obama isə prezidentlik səlahiyyətlərinə başlamasından cəmi səkkiz ay sonra Nobel Sülh Mükafatına layiq görülmüşdü.

Qeyd edək ki, Nobel Sülh Mükafatını uzun illərdir arzu edən D.Tramp da ikinci prezidentlik dövrünün səkkizinci ayındadır. Hətta, BMT-dəki son çıxışlarından birində D.Tramp dəfələrlə “imkansız görünən yeddi müharibəni dayandırdığını” bəyan edib.

Ötən həftə isə Qəzza üçün hazırladığı 20 maddəlik sülh planının uğurlu olması halında, “səkkiz ayda səkkiz müharibənin sona çatacağını” bildirərək deyib: “Bu, olduqca yaxşıdır. Bunu heç kim etməyib. Nobel Mükafatını alacaqsınızmı? Əlbəttə ki, yox.” – deyə o, istehzalı şəkildə Komitəyə eyham vurmuşdu.

Sentyabrın 30-da Virciniyada hərbi liderlərlə görüşündə də D.Tramp Nobel Komitəsini tənqid edərək demişdi: “Onlar heç bir iş görməmiş birinə mükafat verəcəklər. Amma bu, ölkəmizə böyük bir təhqir olacaq. Bunu açıq şəkildə söyləyirəm.”

MƏNBƏ:TRT
Araşdırma
Tramp İranla danışıqlar aparmadıqlarını və yaxın zamanda "nəsə baş verəcəyini" bildirib
V.Putin və S.Vitkoff Sankt-Peterburqda Ukraynadakı müharibəni müzakirə etdilər
D.Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Ukrayna üzrə sülh planını V.Putinə təqdim edəcək
Möhsün Rzayi: "Ölkədən bir qram da zənginləşdirilmiş uran çıxarılmayacaq"
İran İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində ABŞ-yə məxsus PUA-nı zərərsizləşdirib
Abbas Əraqçı Binyamin Netanyahunun İran əleyhinə bəyanatlarına reaksiya verib
Aİ Ukraynaya 2,86 milyard avro müdafiə dəstəyi ödənişi etdi
ABŞ Prezidenti D.Tramp İranın heç vaxt nüvə silahına sahib olmayacağını bildirib
Prezident R.T.Ərdoğan Kosovanın yeni Prezidenti seçilən Şiroka Pulanı təbrik etdi
Axios: Tramp və Netanyahu İsrail və ABŞ-dəki seçkilərdən əvvəl İrana hücum ehtimalını müzakirə etdi
NATO Qara dənizdəki PUA hücumları ilə bağlı müdafiə tədbirlərini nəzərdən keçirəcək
ABŞ Prezidenti Tramp Çin və Rusiyanın İrana kömək etdiklərini düşünmədiyini bildirib
Rusiya: Atəşkəs deyil, uzunmüddətli sülh istəyirik
V.Zelenski Ukrayna nümayəndə heyətinin sabah S.Uitkoff  və C.Kuşnerlə görüşəcəyini bildirib
ABŞ mətbuatı: "Ağ Ev seçkilərdən sonra İrana qarşı hərbi əməliyyatları müzakirə edir"
Pakistan qüvvələri Səudiyyə Ərəbistanına göndərilib
İran:''ABŞ-nin təkliflərinə cavabımız diplomatik kanallarla çatdırılacaq''
Prezident R.T.Ərdoğan və V.Putin arasında telefon danışığı keçirilib
M.Rubio İranın Hörmüz boğazına nəzarəti tamamilə itirdiyini bildirib
Cey Di Vens: "Müharibənin başa çatması üçün İran uranı zənginləşdirmə fəaliyyətlərini azaltmalıdır"