SİYASƏT
2 dəqiqə oxuma
İsrailin Qəzzadakı əməliyyatları soyqırım kimi tanındı
Beynəlxalq mütəxəssislər İsrailin hərbi siyasətinin BMT konvensiyasındakı soyqırım tərifinə uyğun olduğunu bildirdi
İsrailin Qəzzadakı əməliyyatları soyqırım kimi tanındı
Qəzza
2 sentyabr 2025

Dünyanın tanınmış Beynəlxalq Soyqırım üzrə Mütəxəssisləri Assosiasiyası İsrailin Qəzzadakı siyasət və hərbi əməliyyatlarının “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması” haqqında BMT Konvensiyasının II maddəsində göstərilən hüquqi tərifə uyğun olduğunu bəyan edib.

Assosiasiyanın sədri sentyabrın 1-də açıqlamasında bildirib ki, təşkilat üzvləri İsrailin Qəzzada soyqırım törətdiyini aşkar etmək üçün tələb olunan hüquqi meyarların qarşılandığını göstərən qətnamə qəbul ediblər.

500 üzvdən ibarət Beynəlxalq Soyqırım üzrə Mütəxəssisləri Assosiasiyasının səsverməsində iştirak edənlərin 86 faizi “İsrailin Qəzzadakı siyasəti və əməliyyatları, 1948-ci il “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması” haqqında Konvensiyasının II maddəsində göstərilən hüquqi tərifə uyğundur” ifadəsini dəstəkləyib.

Qeyd edək ki, 1994-cü ildə yaradılan assosiasiya indiyədək tarixi və ya davam edən hadisələri soyqırım kimi tanıyan doqquz qərar qəbul edib.

Məsələ ilə bağlı hələlik İsrail Xarici İşlər Nazirliyindən açıqlama verilməyib.

Xatırladaq ki, İsrail Fələstin müqavimət hərəkatı “Həmas”ın 2023-cü ilin oktyabrında həyata keçirdiyi hücumdan sonra Qəzzaya genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. İsrail rəsmilərinə görə, həmin hücumda təxminən 1.200 nəfər öldürülüb, 250 adam isə girov götürülüb.

İsrail tərəfi isə öz növbəsində bundan sonra Qəzzaya qarşı geniş miqyaslı hücuma başlayıb və 63 mindən çox fələstinlinin həyatına son qoyub. Bundan əlavə, bölgədəki binaların böyük hissəsi dağıdılıb və Qəzza əhalisinin demək olar ki hamısı öz evlərini tərk etməyə məcbur qalıb.

BMT-nin Qlobal Aclıq üzrə İzləmə Komissiyası 29 avqust tarixindəki açıqlamasında bildirib ki, Qəzza şəhəri və ətraf ərazilərdə dəhşətli aclıq hökm sürür və bu vəziyyətin daha da pisləşməsi gözlənilir.

Qida təhlükəsizliyi üzrə “Integrated Food Security Phase Classification” (IPC) agentliyinin araşdırmasına görə isə hazırda Qəzzadakı fələstinlilərin təxminən dörddə biri, yəni 514 min nəfər aclıq içərisindədir. Bu rəqəmin sentyabr ayının sonuna qədər 641 min nəfərə çatacağı ehtimal olunur.

MƏNBƏ:TRT
Araşdırma
Tanzaniyada 200-dən çox şəxs vətənə xəyanətdə ittiham olunur
ABŞ Cənubi Afrikada keçiriləcək G20 sammitinə qatılmayacaq
HƏMAS: İsrailin yaşayış məntəqələrini genişləndirməsi daha geniş ilhaq planının hissəsidir
ABŞ Qəzzaya sülhməramlı qüvvələrin göndərilməsi barədə qətnaməni BMT TŞ-nin üzvlərinə təqdim etdi
D.Tramp: "N.Maduronun hakimiyyəti bitmək üzrədir"
Tramp: "ABŞ Netanyahuya kömək etmək üçün hüquqi ittihamlarla bağlı proseslərə daxil olacaq"
Tramp Rusiya və Çinin gizli nüvə sınaqları keçirdiyini bildirib
ABŞ və Çin arasında hərbi əməkdaşlıq qurulacaq
Pakistan ilə Əfqanıstan arasındakı “Torkham” nəzarət-buraxılış məntəqəsi yenidən açılıb
Rusiya Ukraynaya məxsus pilotsuz uçuş aparatlarını məhv edib
İsrail hərbi baş prokuroru işgəncə görüntüləri sızdırdığını etiraf edərək istefa verib
Tanzaniyada Samia Hasan qələbəsini elan edib, yüzlərlə insanın öldürüldüyü bildirilir
Moskvanın Ukrayna tələblərində israr etməsi Tramp-Putin zirvə görüşünün qarşısını aldımı?
Suriya Kosovonu müstəqil və suveren dövlət kimi tanıdı
Volodimir Zelenski: “Ukraynanın Avropa İttifaqının dəstəyinə ehtiyacı var”
İordaniya Kralı Qəzzada sülhün təzyiqlə davam etdirilməsinə deyil, qorunmasına ümid edir
Belçikanın müdafiə naziri Teo Franken Rusiyanı hədələdi
Baş nazir: "Slovakiya Ukraynaya hərbi yardım planında iştirak etməkdən imtina edir"
Meloni Aİ-nin sanksiyalarını dəstəkləməyə söz verib
Çin İsraili BƏM-nin qərarına əməl etməyə və Qəzzaya yardım üçün BMT ilə işləməyə çağırıb