SİYASƏT
1 dəqiqə oxuma
Rusiya hakimiyyəti ABŞ-ni qlobal nizamı pozmaqda ittiham edir
Bu barədə danışan Rusiya xarici işlər naziri Sergey Lavrov rəsmi Vaşinqtonu Venesuelada beynəlxalq hüququ pozmaqda günahlandırıb
Rusiya hakimiyyəti ABŞ-ni qlobal nizamı pozmaqda ittiham edir
Sergey Lavrov rəsmi Vaşinqtonu Venesuelada beynəlxalq hüququ pozmaqda günahlandırıb / Reuters

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, ABŞ Nikolas Maduronu devirmək məqsədilə qanunsuz əməliyyat həyata keçirib. İndi isə İranı hücum təhdidləri ilə qorxutmaqdadır. Rəsmi Vaşinqton bununla da beynəlxalq sistemi zəyiflədərək parçalayır.

Bu barədə S.Lavrov yanvarın 14-də N.Maduronun qaçırılmasına yönəlmiş ABŞ əməliyyatı ilə bağlı açıqlamasında deyib. Həmçinin nazir S.Lavrov bildirib ki, Rusiya dövləti müttəfiqi olan Venesuela ilə imzalanmış razılaşmalara sadiq qalmaqda davam edir.

S.Lavrov ABŞ-nin uzun müddət müdafiə etdiyi prinsiplərdən imtina etməsinin ölkənin öz imicinə zərər vurduğunu irəli sürərək, Moskvada namibiyalı həmkarı ilə keçirdiyi mətbuat konfransında deyib: “Amerikalı həmkarlarımız bu cür davrandıqda etibarsız görünürlər.”

“Bloomberg” agentliyinin ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşnerin prezident Vladimir Putinlə görüşməyi planlaşdırdıqları barədə dərc etdiyi xəbər S.Lavrova xatırladılıb. S.Lavrov isə bildirib ki, V.Putin Ukraynada sülhün təmin olunması məsələsində ciddi danışıqlara açıq olduğunu dəfələrlə bəyan edib.

Rusiya XİN rəhbəri S.Lavrov həmçinin bildirib ki, rəsmi Vaşinqtonun Ukrayna ilə bağlı son sülh təklifləri barədə Moskva rəhbərliyini də məlumatlandırması yaxşı olardı.

MƏNBƏ:TRT
Araşdırma
D.Tramp bütün İranı havaya uçurmaqla hədələyib
V.Putin Kiyev rəhbərliyinin danışıqlar aparmaq istəmədiyini bildirib
Nikol Paşinyan:"Bizim Rusiya hərbi bazasına ehtiyacımız yoxdur"
Donald Tramp:"Ümid edirəm ki, İranla müharibənin bitməsinə az qalıb''
Hakan Fidan Türkiyə-Yunanıstan münasibətlərini qiymətləndirib
Rusiya: "Kosmosda hərbi rəqabətin qarşısını almaq üçün konkret addımlar atılmalıdır''
Marko Rubio və Ə.H.Şeybani ikitərəfli münasibətləri və regional təhlükəsizliyi müzakirə ediblər
Səudiyyə Ərəbistanı husilərin hücumlarına adekvat cavab verəcəyini açıqlayıb
Vladimir Putin avropalı hərbçilərin Ukraynaya göndərilməsi ehtimalına münasibət bildirib
Polşa Baş naziri sərhəddəki təhlükənin qarşısının alındığını açıqladı
Əlcəzair Birləşmiş Ərəb Əmirlikləri ilə diplomatik münasibətləri kəsib
Rusiya Ukraynanın "Mi-Ukrayna" telekanalının binasını PUA ilə hədəf alıb
Bazarel Smotriç və İtamar Ben-Qvir Böyük Britaniyaya sanksiya tətbiq olunmasını tələb edib
Rusiya:"Almaniya əsassız iddialar irəli sürərək Bonndakı baş konsulluğumuzu bağladı"
Rusiya Ukrayna və ABŞ ilə üçtərəfli danışıqların bərpa oluna biləcəyini açıqlayıb
Səkkiz ölkənin XİN rəhbəri İsrail rəsmilərinin fələstinlilərlə bağlı planını pislədi
V.Putin ABŞ nümayəndə heyəti ilə Ukrayna məsələsini müzakirə edib
İsmayıl Bəqayi "The Jerusalem Post"un amerikalı gənclərlə bağlı məqaləsinə münasibət bildirib
Benyamin Netanyahu: "Növbəti hədəfimiz İran rejimini devirməkdir"
Putin: "Rusiya ilə Ukrayna arasında razılaşma şansı var"