SİYASƏT
2 dəqiqə oxuma
“ABŞ İrana dəyən ziyanı ödəməlidir”
“Mehr” agentliyi İran Xarici İşlər Nazirliyinin bəyanatına istinadən yazıb
“ABŞ İrana dəyən ziyanı ödəməlidir”
Иран потребовал от США возместить ущерб
25 iyun 2025

“Mehr” agentliyi İran Xarici İşlər Nazirliyinin bəyanatına istinadən yazıb. Nazir müavini Səid Xətibzadə 24 iyun tarixində bildirib: “Rəsmi Vaşinqton İran obyektlərinə vurulan ziyanı kompensasiya etməlidir”. O, dəqiq ziyan məbləğini açıqlamasa da, ilkin qiymətləndirmələrə görə, yalnız Natanz obyektinə görə İrana 5 milyard dollardan çox ziyan vurulduğu söyləyib.

  Diplomatın bəyanatı ABŞ-ın “B-2” bombardmançı təyyarələri və “Tomahawk” qanadlı raketləri ilə İranın üç nüvə obyektinə zərbələr endirməsindən sonra səsləndirilib.

  ABŞ prezidenti Donald Tramp əməliyyatı “tarixi uğur” adlandırmışdı. O: “İranın nüvə obyektləri tamamilə məhv edilib”, - deyə “Truth Social” platformasında yazıb və əlavə edib ki, “ABŞ tarixin ən uğurlu hərbi əməliyyatlarından birini həyata keçirib”.

  Pentaqon Kəşfiyyat İdarəsinin (DİA) məxfi qiymətləndirməsi isə fərqli mənzərə yaradır. “Reuters” və CNN-in yazdığına görə, zərbələr yalnız yerüstü tikililərə və enerji infrastrukturuna ziyan vurub. Zənginləşdirilmiş uran ehtiyatları və sentrifuqalar əsasən toxunulmaz qalıb, çünki onların bir hissəsi əvvəlcədən çıxarılıbmış.

  “Biz bəlkə də onların nüvə proqramını bir neçə ay geri saldıq, amma illərlə yox”, - deyə CNN yazıb.

  İsrail hökuməti hesab edir ki, birgə əməliyyat İranın nüvə ambisiyalarını zəiflədib. Lakin Midlberi İnstitutunun analitiki Ceffri Lyuis əmindir ki, İranda Natanz, İsfahan və Parçində salamat qalan yeraltı komplekslər var. Bunlar nüvə proqramının tez bir zamanda bərpasına imkan verəcək.

  D.Tramp və müdafiə naziri Pit Heqsetin bəyanatlarına baxmayaraq, ABŞ Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keyn etiraf edib: “Təhdidin aradan qaldırılıb-qaldırılmadığını demək hələ tezdir.”

  Bu arada, ABŞ Müdafiə Nazirliyi bütün brifinqləri gözlənilmədən təxirə salıb. Bəzi qanunvericilər hesab edir ki, Ağ Ev əməliyyatın real nəticələrini gizlədir ki, Donald Trampın imicinə zərər dəyməsin.

MƏNBƏ:trt global
Araşdırma
Tramp: "ABŞ Netanyahuya kömək etmək üçün hüquqi ittihamlarla bağlı proseslərə daxil olacaq"
Tramp Rusiya və Çinin gizli nüvə sınaqları keçirdiyini bildirib
ABŞ və Çin arasında hərbi əməkdaşlıq qurulacaq
Pakistan ilə Əfqanıstan arasındakı “Torkham” nəzarət-buraxılış məntəqəsi yenidən açılıb
Rusiya Ukraynaya məxsus pilotsuz uçuş aparatlarını məhv edib
İsrail hərbi baş prokuroru işgəncə görüntüləri sızdırdığını etiraf edərək istefa verib
Tanzaniyada Samia Hasan qələbəsini elan edib, yüzlərlə insanın öldürüldüyü bildirilir
Moskvanın Ukrayna tələblərində israr etməsi Tramp-Putin zirvə görüşünün qarşısını aldımı?
Suriya Kosovonu müstəqil və suveren dövlət kimi tanıdı
Volodimir Zelenski: “Ukraynanın Avropa İttifaqının dəstəyinə ehtiyacı var”
İordaniya Kralı Qəzzada sülhün təzyiqlə davam etdirilməsinə deyil, qorunmasına ümid edir
Belçikanın müdafiə naziri Teo Franken Rusiyanı hədələdi
Baş nazir: "Slovakiya Ukraynaya hərbi yardım planında iştirak etməkdən imtina edir"
Meloni Aİ-nin sanksiyalarını dəstəkləməyə söz verib
Çin İsraili BƏM-nin qərarına əməl etməyə və Qəzzaya yardım üçün BMT ilə işləməyə çağırıb
ÜST Qəzzadan 41 ağır xəstənin tibbi təxliyyəsini həyata keçirib
Peru paytaxt Limada artan cinayət hallarına görə 30 günlük fövqəladə vəziyyət elan edib
Uqandada baş verən qəza nəticəsində təxminən 63 nəfər həlak olub
ÇXR Avstraliya hökumətinə hava məkanında yaşanan gərginlik səbəbindən etiraz bildirib
Çin Donald Tramp-Si Cinpin görüşdən əvvəl ABŞ-a çağırış etdi