İDMAN
1 dəqiqə oxuma
“Qalatasaray” klubu “Ştuttqart”ı 2-0 hesabı ilə məğlub etdi
Beləliklə də Çempionlar Liqasında ard-arda ikinci qələbəsini qazanan "Cim-Bom" turnir cədvəlində xalını 6-ya yüksəltdi
“Qalatasaray” klubu “Ştuttqart”ı 2-0 hesabı ilə məğlub etdi
Galatasaray - Stuttgart

"Qalatasaray" UEFA Çempionlar Liqasının 4-cü həftəsində öz meydanında Almaniyanın "Ştuttqart" komandasını "RAMS Park" stadionunda qəbul edib. Turnirin ilk 3 həftəsində 1 qələbə və 2 məğlubiyyət alan sarı-qırmızılılar rəqibini 2-0 hesabı ilə məğlub edərək xalını 6-ya çatdırıb.

“Qalatasaray” komandasının rusiyalı oyunçusu Aleksey Batrakov 12-ci dəqiqədə vurduğu qolu ilə oyunda hesabı açıb. Bu qoldan 3 dəqiqə sonra müdafiəçi Davinson Sançesin verdiyi dəqiq ötürmədən düzgün istifadə edən A.Batrakov yenə toru silkələyərək hesabı 2-0 edib.

Mübarizənin ilk hissəsində oyuna nəzarəti əlində saxlayan "Cim-Bom" fasiləyə üstün hesabla yollanıb.

Matçın ikinci hissəsində oyuna "Ştuttqart" komandası nəzarət edib. Almaniya təmsilçisinin təşkil etdiyi təhlükəli hücumlarda həm qapıçı Uğurcan Çakır, həm də müdafiəçilər səhvə yol verməyiblər. "Qalatasaray" ilk 15 dəqiqədə A.Batrakovun vurduğu qollarla meydandan 2-0 hesablı qələbə ilə ayrılıb.

Qeyd edək ki, bu nəticə ilə "Qalatasaray" UEFA Çempionlar Liqasındakı xalını 6-ya yüksəldib.

MƏNBƏ:TRT